Ötən prezident seçkilərində İlham Əliyevi dəstəkləyərək bununla bağlı xeyli aktivlik sərgiləyən Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu builki seçkilərdə susqunluq nümayiş etdirdi. Bəziləri bunu onun inciməsi və ifadə etdiyi dəstəyə hakimiyyətin əhəmiyyət verməməsiylə izah etdi. Amma Tərəqqi sədri bu iddialarla razılaşmır və hesab edi ki, bir dəfə öz qəralarını veriblər və bu gün də meydanda görünməmələrinin səbəbi inciklik-filan deyil: “Meydanda olub nə edəsiyik ki? Mən meydanda olanda da iqtidarla müxalifətin arasında düşmənçilik olmasına qarşı çıxmışam. Mən millətimi, xalqımı sevən adamam. Siyasi baxışından asılı olmayaraq hamıya hörmətlə yanaşıram, insanlara şəxsiyyətinə və millətə verə biləcəyi fayda pizmasından baxmışam.Mən başqalarından fərqli olaraq iqtidarı dəstəkləyəndə də müxalifətin ünvanına bir kəlmə də olsun pis fikir bildirməmişəm. Məni milli mənafe və milli birlik maraqlandırır. Mən qərəz və qisasın əleyhinəyəm. İstəyirəm ki, nəhayət, bu millət toparlanıb öz problemlərini həll edəcək gücdə olsun.
Çingiz
Dəmiroğlu onu
da bildirdi ki, Solmaz Ələsgərova bu günlərdə
ACP-dən istefa
verdikdən sonra
onunla əlaqə saxlamayıb. Xatırladaq ki, keçmiş
deputat Solmaz Ələsgərova 2006-cı ildə ADP-dən
getdikdən sonra
2008-ci il prezident seçkilərində Tərəqqi
Partiyasına transfer etmişdi, sonradan ACP təsis olunanda rəfiqəsi Zəminə Dünyamalıyeva ilə birlikdə yenidən Rəsul
Quliyevin lideri olduğu partiyaya qayıtmışdı. Bir neçə gün öncə isə ACP-dən
də birlikdə getdilər. Bəzi
iddialar var idi ki, Solmaz Ələsgərova yenidən Tərəqqi Partiyasına qayıdacaq. Ancaq
bu iddialar təsdiqini
tapmadı.