Səudiyyə Ərəbistanının kralının təşəbbüsü ilə "Qurani-Kərim"in kürd dilinə çap olunaraq İraq kürdləri arasında paylanmasının ardından Türkiyə də anoloji addım atmağa hazırlaşır. Türkiyədə qəbul olunan “Demokratikləşmə Paketi”nə əsasən bu ölkədə yaşayan kürdlər üçün müsəlmanların müqəddəs kitabı olan "Qurani -Kərim" kürd dilinə tərcümə olunaraq kürdlər arasında pulsuz paylanılacaq. Maraqlıdır, bu günə kimi milyonlarla Kürd müəsalmanlarının yaşadığı Türkiyədə "Qurani- Kərim"i Kürd dilinə tərcümə edən olubmu?
Azərbaycanda nəşr olunan “Diplomat” qəzetinin kürd
əsilli baş redaktoru Tahir Süleymanovun Moderator.az-a bildirdiyinə görə, bu günə qədər dəTürkiyədə "Qurani -Kərim"i kürdcəyə tərcümə edənlər olub.
“Quranın Türkiyədə kürdcə tərcüməsi var idi. Sadəcə
olaraq əvvəllər kitabın nəşrinə qadağa qoyulduğu üçün kürdcə Quran
Türkiyədə yayılmamışdı. indi isə Türkiyədə yeni qəbul olunan “Demokratikləşmə Paketi”ndən
sonra artıq Quranın kürdcə tərcüməsi də çap olunaraq yayılacaq. Quranın Kürd
dilinə tərcümə edilərək yayılması müsbət qarşılanmalıdır”.