Cəmil Həsənlinin 9 oktyabr seçkilərinin nəticələrinə etiraz olaraq çağırdığı bu günkü mitinqdən sonra təxribat baş verib. Aksiya iştirakçıları mitinq başa çatdıqdan sonra meydanı tərk edən zaman bir qrup gənc şüarlar səsləndirərkən mülki geyimli naməlum şəxslər onlara hücum edib.
Bunu əsas götürən polislər və təhlükəsizlik qüvvələri də dərhal hərəkətə keçiblər. Polis və mülki geyimli şəxslər aksiyaya qatılan insanları, o cümlədən də jurnalistləri də döyüblər. Aksiyada aktivlik edən mitinq iştirakçıları, o cümlədən şüarlar səsləndirən gəncləri zorla polis maşınlarına basıb, müxtəlif istiqamətə aparıblar.
Qeyd edək ki, hələ mitinqdən əvvəl BŞBPİ-nin rəis müavini Səhləb Bağırov təxribat gözlənildiyi barədə açıqlama vermişdi. Təxribat nəticəsində xəsarət alaraq həbs olunanlar arasında AXCP üzvlərinin üstünlük təşkil etdiyi bildirilir. Polis və mülki geyimlilərin zorakılığına məruz qalaraq həbs olunan AXCP üzvlərindən olan Fuad Əliyev Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə aparılmış, bir neçə saat orada saxlandıqdan sonra isə Yasamal Rayon Məhkəməsinə gətirilib. Axşam saatlarında məlum olub ki, AXCP fəalı Fuad Əliyev məhkəmə tərəfindən inzibati qaydada 15 gün müddətinə azadlıqdan məhrum edilib. Onun Yasamal Rayon Polis İdarəsində işgəncələrə məruz qalması barədə də məlumatlar var.
- FOTO" src="//old.moderator.az/fotobaza/original/1488.jpg">