Nəsimi rayon məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Dəyanət Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi.
Məhkəmə prosesi heç bir əsas olmadan qapalı keçirilib və jurnalistlər, hüquq müdafiəçiləri məhkəməyə buraxılmayıb. Prosesin gedişi barədə məhkəmədən sonra jurnalistlərə Dəyanət Babayev və vəkili Əsabəli Mustafayev məlumat verib. Dəyanər Babayev son sözlə çıxış edib. “Çıxışım işin mahiyyəti üzrə oldu. Bildirdim ki, irəli sürülmüş ittiham üzrə özümü təqsirli bilmirəm və heç bir cinayət əməlinə yol verməmişəm. İş üzrə təqsirləndirilən şəxs qismində tanınan şəxs də məhkəməyə ərizə ilə müraciət edərək, məndən şikayətçi olmadığını bildirib. Mən də çıxışımda bəraət verilməsini istədim” ”“ deyə Dəyanət Babayev bildirdi. O, əlavə etdi ki, bu gün işin yekunlaşması gözlənilsə də, hakim hökmün növbəti prosesdə elan ediləcəyini deyib.
Növbəti proses oktyabrın 14-ə təyin edilib.
Dəyanət Babayev ötən il noyabrın 7-də Bakının Nizami küçəsində ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol verməkdə, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib ona yüngül dərəcəli bədən xəsarətləri yetirməkdə ittiham olunur. Prokuror Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə ittiham edilən Dəyanət Babayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. həbs cəzası verilməsini istəyib.