Ana Vətən Partiyasının uzunmüddətli müşahidəçi qrupunun rəhbəri Zülfiyyə Mustafayeva prezident seçkilərinin gedişi ilə bağlı partiyanın ilkin müşahidələrini açıqlayıb.
Moderator.az-a daxil olan məlumatda deyilir:
“Ana Vətən Partiyasının seçkiləri müşahidə edən 1000-ə yaxın uzunmüddətli və qısamüddətli müşahidəçilərinin verdiyi məlumata əsasən prezident seçkiləri demokratik azad və şəffaf keçirilir. Vətəndaşların bütün seçki məntəqələrində yüksək aktivliyi müşahidə olunur.
20 saylı Nərimanov ikinci, 23 saylı Nəsimi-Səbail, 16 saylı Yasamal ikinci, 26 saylı Sabunçu, 45 saylı Abşeron,41 saylı Sumqayıt birinci və 42 saylı ikinci, 33 saylı Xətai birici , 34 saylı Xətai ikinci və 35 saylı Xətai üçüncü, 59 və 60 saylı Səlyan, 52 saylı Quba,67 saylı Cəlilabad,73 saylı Lənkaran ,78 saylı Lerik,88 saylı Göyçay ,91 saylı Ucar , 90 saylı Ağdaş ,116 saylı Qəbələ,105 saylı Tovuz, 108 saylı Ağstafa ,98 saylı Şəmkir,101 saylı Göygöl-Daşkəsən,103 saylı Gədəbəy rayonun, 93 saylı Bərdə,95 saylı Tərtər seçki dairələrindən müşahidəçilərin verdiyi məlumata görə seçkilər sakit, hər hansı qarşıdurma olmadan siyası fəallıq və tam demokratik şəraitdə davam edir.