Sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun başlatdığı uğurlu əks-hücum əməliyyatı müvəffəqiyyətlə davam etməkdədir. Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlərdə çoxlu sayda hərbi texnika itirən Ermənistan, canlı qüvvə baxımından da böyük itkilərlə üz-üzə qalıb. Müharibədən öncə belə insan resursu baxımından böyük çatışmazlıqlarla üzləşən, səngərləri polis qüvvələri, yanğınsöndürənlər, habelə muzdlular hesabına doldurmağa çalışan Ermənistan, hərbi əməliyyatların davam etdiyi indiki şəraitdə kütləvi canlı qüvvə itkiləri səbəbi ilə çıxılmaz vəziyyətə düşüb. Azərbaycan ordusunun dağıdıcı hücumlarının qarşısını almaq üçün müdafiə mövqeyini qorumağa əsgər tapmayan işğalçı ölkədə qocaların, yeniyetməlrəin ordu sırlarına çağırılmaları ilə bağlı xəbərlər mövcuddur. Vətəndaşlarını məcburi şəkildə döyüşlərdə iştirak etməyə məcbur edən Ermənistan, bu yolla müvəqqəti də olsa Azərbaycan ordusunun hücumunun qarşısını almağa çalışır. Lakin insan resursuna duyduğu ehtiyacın böyüklüyü Ermənistanı, həm də sözün həqiqi mənasında insan dilənçiliyi həyata keçirməyə, digər ölkələrdən Qarabağa muzdlu qüvvələr gətirməyə sövq edir.
Terrrorçu dövlətin terrorçu ümidinə qalmasından
daha məntiqli heç nə yoxdur!
Məlumat üçün qeyd edək
ki, muzdlu qüvvələrdən istifadəyə aid dünya hərb tarixində çoxsaylı nümunələr
olsa da, insan dilənçiliyi ilk dəfə Ermənistan tərəfindən həyata keçirilib.
Çoxsaylı muzdlu döyüşçülər tutmaq üçün gərəkli maddi imkana malik olmayan
işğalçı, indiki şəraitdə daha çox dünyadakı çoxsaylı erməni terror təşkilatlarından
Qarabağa terrorçular cəlb etmək yolu ilə əsgər çatışmazlığını ortadan
qaldırmağa çalışır. Mahiyyət etibari ilə terrorçu olan, terroru hər zaman dövlət
səviyyəsində dəstəkləyən Ermənistanın bu gün də məhz terrorçulardan asılı hala
düşməsi, onların dəstəyinə ümid etməsi bəlkə də tarixin ən böyük istehzası kimi
dəyərləndirilməlidir. Əslində, terrrorçu dövlətin terrorçu ümidinə qalmasından
daha məntiqli heç nə yoxdur və Ermənistanla bağlı yaşananlar da bu gerçəyi
sübut edir.
Xatırladaq ki, hələ 12 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Suriya və Livan ərazisindən işğaldakı Azərbaycan torpaqlarına köçürülən adamlardan muzdlular kimi istifadə etdiyini bildirmişdir. Qeyd etmişdir ki, qanunsuz məskunlaşma 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Hansı ki, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
Ancaq hər zaman olduğu
kimi bu gün də Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığı göz önündədir.
Bağışlayın, sizdə ölməyə artıq adam olmaz?
Ermənistanın insan dilənçiliyi
siyasətinin əsas ana xətlərindən birini isə özünü məzlum, təcavüzə məruz qalan
kiçik dövlət obrazında təqdim etməklə, dünyanın müxtəlif xalqlarından könülüllər
cəlb etmək, öz məkirli niyyətini digər xalqların nümayəndələrinin əli və qanı
bahasına həyata keçirməkdir.
Maraqlıdır ki, Ermənistanın
muzdlu qüvvələrdən istifadə etdiyi işğalçı dövlətin siyasi liderləri tərəfindən
də etiraf edilməkdədir. Nümunə üçün qeyd
edək ki, Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə"
telekanalına müsahibəsində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq
Qarabağda döyüşdüklərini etiraf edib: “Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin
vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey
yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda
iştirakını qəbul edirik".
Ermənistan prezidenti bu şəxslərin vətəndaşı olduğu dövlətlərin adlarını da çəkib və bildirib ki, bunlar ABŞ, Fransa, Ukrayna və Rusiyadır.
Ermənistanın muzdlu diləndiyi
dövlətlərdən biri də Yunanıstandır. Hansı ki, bu barədə prezidentin köməkçisi
Hikmət Hacıyev də 2 oktyabr tarixində mətbuat konfransında məlumat verib. Azərbaycana qarşı kiberhücumlar həyata keçirənlərin
arasında ermənilərlə yanaşı, bəzi yunan hakerlərinin də olduğu vurğulanır.
Hikmət Hacıyev 3
oktyabr tarixli çıxşında bir daha Ermənistana gələn muzdlularla bağlı məsələyə
toxunub, dünya dövlətlrinə öz vətəndaşlarına sahib çıxmaqla bağlı xəbərdarlıq
edib:
“Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular və muzdlu şəxslər iştirak edir. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Bu, təkcə bu gün deyil. Həmişə Ermənistan tərəfindən Azərbaycana qarşı terrorçulardan istifadə olunub. Hətta son dövrlər, bir sıra Avropa ölkələrində olan erməni əsilli şəxslərin muzdlular kimi Azərbaycana qarşı gəlib döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz də kanallardan istifadə edərək aidiyyatı ölkələrə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar, onları bu kimi əməllərdən çəkindirsinlər. Xüsusən, Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Bir məqamı diqqətinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal olunmuş ərazilərinə gələrsə, Azərbaycanın mülki əhalisinə, Azərbaycan hərbçilərinə qarşı silahdan istifadə edərlərsə, beynəlxalq hüquqa əsasən kombotant (silah yoldaşı - red.) anlayışını daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən onların zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq”.
Göründüyü kimi, törətdiyi
saysız-hesabsız təxribatlara cavab olaraq Azərbaycan ordusunun sarsıdıcı zərbələrinə
məruz qalan Ermənistan, bütün dünyada insan dilənçiliyi həyata keçirəklə
Qarabağda ölməyə adam axtarır. Yəqin ki, ki, rəsmi İrəvan təslimiyyət bayrağı
qaldırana qədər Ermənistanın dünya dövlətlərinə
ünvanlayacağı ən aktual sual məhz bu olacaq: “Bağışlayın, sizdə ölməyə artıq
adam olmaz?”
Azərbaycan ordusu Qarabağı işğalçıya köməyə gələn hər
kəs üçün məzara çevirəcək
Yuxarıdakı faktlardan da
məlum olduğu kimi, Ermənistan Yaxın Şərq ölkələrindən, eləcə də müxtəlif dövlətlərdən
terrorçuları Qarabağa cəlb etmək, o cümlədən bəzi şəxsləri müxtəlif şirnikləndirici
vədlər verərək hərbi əməliyyatlarda iştirakını təmin etməyə çalışır. Işğalçı
dövlət bununla öz labüd aqibətini uzatmağa, son və qəti məğlubiyyətdən qaçmağa
cəhd edir. Halbuki, Azərbaycan ordusunu əks-hücum əməliyyatının elə ilk günündə
düşmənə vurduğu zərbə ilə Qarabağı işğalçıya köməyə gələn hər kəs üçün məzara
çevirəcəyinin mesajını verdi. Və bu mesaj bu gün də qüvvədədir. Bundan sonra da
Azərbaycan ordusu Qarabağı işğalçıya köməyə gələn hər kəs üçün məzara çevirəcək,
bu torpaqlar üzərində nəzarəti tam bərpa edəcəkdir. Ordumuzun döyüş hazırlığı,
maddi-texnii təminatı buna imkan verir. Odur ki, Ermənistanın Qarabağa hansı
dövlətdən nə qədər muzdlu cəlb etməsinin, hansı terror təşkilatları ilə
ittifaqa girməsinin heç bir önəmi yoxdur. Heç kim Ermənistanı Azərbaycan
ordusunun ölümcül zərbələrindən xilas edə bilməyəcək. Necə ki, prezident İlham
Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində dedi:
“Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır”.
Ölkə başçısının qeyd
etdiyi kimi, işğalçıya köməyə gələn şəxslərin erməni, yaxud qeyri-erməni
olmasının heç bir fərqi yoxdur. Necə ki, kəsiləcək qoyun üçün toyda, yoxsa
yasda kəsilməsi heç bir önəm daşımır. Ordumuza qarşı gələn hər kəsi eyni
sonluq, eyni aqibət gözləyir və sonluğun bir adı var: Ölüm!
Seymur ƏLİYEV
E-mail: seymur_dq04@mail.ru