Bəlli bir müddətdir ki, ölkə başçısının işğalçı Ermənistana sərt xəbərdarlığı fonunda ehtiyatda olan hərbi mütəxəssislərin təlimlərə cəlb edilməsi prosesi müşahidə edilir.
Maraqlıdır, ordumuzdakı
döyüş və mübarizə əzmi cəmiyyətimizdə də müşahidə edilirmi? İndiki məqamda
xalq-ordu həmrəyliyi nə dərəcədə vacibdir?
Moderator.az-a açıqlama
verən millət vəkili Ceyhun Məmmədov, eyniylə orduda olduğu kimi, cəmiyyətdə də
mübarizə əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etdi:
“Bu gün Azərbaycan xalqında
döyüş ruhu ən yüksək səviyyədədir. Xalqın səbr kasası dolub. Xalq öz torpaqlarını
azad etmək istəyir. Cənab preizdent öz çıxışında bir daha qeyd etdi ki, ermənilər
danışıqlar prosesini pozur, bölgədə təxribatlar törədir, məskunlaşdırma siyasəti
həyata keçirir və s.
Azərbaycanda xalq-iqtidar
arasında güclü birlik var. Xalqımız səbirsizliklə işğaldakı torpaqların
azadlığını gözləyir. Erməni təxribatlarının qarşısını almaq üçün xalq-iqtidar,
xalq-ordu birliyi güclü olmalıdır. Bu gün cəmiyyətimizdə yüksək əhval-ruhiyyə
var. Xalqımız heç vaxt işğalla barışmayıb və bu gün də barışmır. Xalqın səbr
kasası dolub və xalq problemin müharibə yolu ilə olsa da həllini istəyir.
Şübhəmiz yoxdur ki,
ordu-xalq həmrəyliyi hesabına işğaldakı torpaqlarımızı azad edəcəyik. Onu da
qeyd edim ki, ermənilər hazırda çox narahatdırlar. Düşmən də bilir ki, Azərbaycan
heç vaxt işğalla barışmayacaq, ərazi bütövlüyünü təmin etmək üçün gərəkən bütün
addımları atacaq. İnanıram ki, torpaqlarımızın azad ediləcəyi günə çox qalmayıb”.
Seymur ƏLİYEV