"Bütün günahlar Rusiyadadır, çünki Moskva bu məsələni çox asanlıqla həll edə bilər..."
Müsahibə
Oxunub: 3778
19 Sep 2020 | 09:49
Moderator.az İsraildə yaşayan dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Hüseynovun Kult.az-a müsahibəsini təqdim edir:

- Çingiz müəllim, səhhətiniz necədir?

- Səhhətim yaşıma uyğundur. Səhhətimdən şikayətlənmək günah olardı.

- “Məhəmməd Məmməd Məmiş” əsərinizin iki dildə orijinalı var. Bu roman əvvəlcə Azərbaycan dilində yazılmışdı, sonradan nəyə görə rus dilində də işləyəsi oldunuz?

- Çünki onun Azərbaycan dilində olan variantının “əl-qolunu” tamamilə sındırdılar. Tam şəkildə, olduğu kimi çap olunmadı. Hətta mən özüm də Azərbaycan dilindəki variantı oxuya bilmədim. Sonradan üzərində dəfələrlə işlədim və ruscaya tərcümə elədim. Əslində, tərcümə deyil, rus dilində yazılmış orijinalıdır. Əsər tam variantda rus dilində çap olunub. “Məhəmməd Məmməd Məmiş”i rus dilində oxumayanlar çox şey itiriblər. Təəssüf ki, mənim iki əsərim iki orijinal dildə yaşayır. Onlardan biri də “Fətəli Fəthi”dir. Bu iki romanın arasında da çox böyük fərq var. Rusdilli orijinalı Azərbaycan dilindəki orijinalından daha həcmlidir.

- Romanı sonradan genişləndirməyinizə səbəb nə idi?

- Oxucuların, ənənələrin, dilin hökmünü nəzərə alaraq romanı genişləndirməli oldum. Rus dilində yazılan əsərlərimi Azərbaycan dilinə çevirməkdən qorxuram. Çünki təzə əsər yazmalı oluram. Rus dilini bilmədən mənim bu əsərlərim haqqında fikir formalaşdırmaq düzgün olmaz.

- Eşitdiyimizə görə, təzə bir roman da bitirmisiniz. Adı nədir yeni romanınızın?

- “Kəhər atı nallamaq”... Bu romanın nə “at”a, nə də “nallanmağa” dəxili var. Onu da deyim ki, əsər də nallanmazsa, yeriyə bilməz. Yeni romanımın əsas məkanı Rusiya və Azərbaycandır. Təəccüb doğura bilər ki, mən Azərbaycanda yaşamaya-yaşamaya belə bir roman yazmışam. Qəribədir (köks ötürür), mən hər gün Azərbaycandayam, Bakıdayam... Moskvada yaşayanda da elə bilirdim ki, hər günüm Bakıda keçir. Elə düşünürdüm ki, Bakıda olan bütün hadisələr mənim gözümün qarşısında baş verir.

- Bir çoxları düşünür ki, Azərbaycandan şair və yazıçıların dünya ədəbiyyatına çıxa bilməməsinin əsas səbəbi dil problemidir. Siz necə düşünürsünüz?

- Qətiyyən! Bu, dillə bağlı məsələ deyil! Azərbaycan ədəbiyyatında yasaq olunmuş mövzular var. Yazıçılar, şairlər yaza bilmirlər. Əsas səbəb budur. Hətta mənə elə gəlir ki, əsl yazıçı yazmaya bilməz. Bilmirəm, bəlkə də yanılıram. Amma mənə elə gəlir ki, 10 ildən sonra Azərbaycanda sandıq ədəbiyyatları açılacaq. Qələm Allah vergisidir, onu boş-boş şeylərə istifadə etmək yolverilməzdir, günahdır. Qələmi əlinə bir yazıçı kimi alırsansa, həqiqəti yazmalısan. İndiki məqamda həqiqəti yazmaq qətiyyən mümkün deyil. Belə bir şəraitdə sandıq ədəbiyyatı yaranır. Təkcə Azərbaycanı demirəm, elə Ermənistanın özündə də böyük ədəbiyyat yarana bilməz. Çünki onlarda da yasaq olunmuş mövzular çoxdur. Həmin mövzuları da bu cür yazmaq lazımdır, həqiqəti deməklə... Başqa cür yazmaq olmaz. Ermənilərdə də nifrət var. Nifrət isə sənəti, yazıçılığı öldürür. Nifrət şeytana, insanın öz-özünə ola bilər. Çünki hər insanın qəlbində iki qüvvə bir-biri ilə vuruşur. Onlardan biri ilahiyə bağlıdır, o biri iblisə. Bunların arasında daima mübarizə gedir. İnsan daima ilahi qüvvələrə yazı göndərməlidir. Onu müdafiə etməlidir.

- Çingiz müəllim, biz bu 30 ildə Qarabağla bağlı həqiqətlər, münaqişə nəticəsində baş vermiş soyqırımlarla haqda sanballı əsər ortaya çıxara bilmədik. Amma ermənilər Hollivudda film çəkdilər...

- Nədənsə bu münaqişədə dünya onları daha çox müdafiə edir. Bilmirəm, bəlkə də təbliğatın burada rolu çoxdur. Hələ mən bizim günahlarımızdan danışmaq istəmirəm. Burada bizim də günahlarımız çoxdur. Həqiqət ortadadır, bizim torpaqlarımızı zəbt ediblər. Mən açıq deyirəm, Şuşanı, Qarabağı işğal eləmək qeyri-mümkün idi. Deməli, içimizdə satqınlıq var.

Ermənilər Qarabağ münaqişəsi zamanı rus muzdlularını cəlb etmək üçün nə qədər pul xərclədilər. Biz bunu bacarmadıq. Nefti, sərvəti, milyonları olan ölkə bunu bacara bilmədi. Ermənilər də, biz də dünya qarşısında döyüşkən deyilik. Əgər ruslar olmasaydı, ermənilər qətiyyən qələbə çala bilməzdilər.

- İsraildən Azərbaycan, Qarabağ münaqişəsi necə görünür?

- İsrail Azərbaycanın tərəfindədir. Türkiyə ilə İsrailin münasibətləri yaxşı deyil. Bəzən Türkiyənin acığına İsrail Ermənistanı müdafiə edir. Amma Qarabağ münaqişəsində İsrail Azərbaycanın tərəfindədir. Çünki həqiqətən də Azərbaycanın torpaqları işğal olunub. Ermənilərin Qarabağda çoxluq təşkil etməsinin səbəbi də hamıya məlumdur. Qriboyedova, çar sisteminə bağlı bir məsələdir. Amma biz bunu da sübut edə bilmirik. Bu həqiqətlər Qriboyedovun bütün yazılarında əks olunub. Biz bu kimi mənbələrdən, qaynaqlardan istifadə edə bilmirik. İndiki məqamda müharibəyə çağırış da məsuliyyətli işdir. Çünki müharibəyə çağıran - xalqı Rusiya ilə savaşa çağırır. Rusiya ilə müharibə aparmaq qeyri-mümkündür. Fikrimcə, danışıqlar da boş-boşuna aparılır.

- Belə çıxır ki, biz ümidimizi Rusiyanın çöküşünə bağlamalıyıq?

- Mən qəti əminəm ki, gec-tez Rusiya dağılacaq. Çünki Rusiyada dövlətçilik sənəti çox zəifdir. Rusiya öz-özünü çökdürür. Sovet İttifaqı da rus dövləti idi. Özü özünü məhv etdi. Rusiya da indi Sovet İttifaqının tutduğu yolla gedir. Gec-tez o da dağılacaq. Bizim Qarabağı qaytarmağımız da tarixi, qlobal şəraitə bağlıdır. Digər tərəfdən, İran da erməniləri müdafiə edir. Vəziyyət çox mürəkkəbdir. Fikrimcə, İran da gec-tez dağılacaq. 35 milyonluq azərbaycanlıya davam gətirə bilməyəcək.

- Qayıdaq ədəbiyyat mövzusuna... İsraildən Azərbaycan ədəbiyyatı necə görünür?

- İsraili Azərbaycan ədəbiyyatı maraqlandırmır. Məni “Azərbaycan-rus, israilli yazar” kimi təqdim edirlər. Mənim rusdilli kitablarımın İsraildə kifayət qədər oxucusu var. Mən bu cür təsəvvür etmirdim. Rus dilində çıxan yazılarım sovet dövründə daha çox digər respublikalarda yayılmışdı. Özbəkistanda, Estoniyada rusdilli İsrail yazıçıları mənim əsərlərimi oxuyurdular. O zaman hiss edirdilər ki, mən imperiyanın əleyhinə çıxıram. O vaxt mən Azərbaycanı Azərbaycan kimi yox, sosializmin bir parçası kimi tənqid edirdim. Bir sözlə, Azərbaycanın fövqündə mən ümumittifaq, ümumrusiyada olan mənfilikləri tənqid edirdim.

- Sadaladıqlarınıza nəzərən sizi dissident adlandırmaq olarmı?

- Nisbi şəkildə dissident adlandırmaq olardı. Çünki mən yazılarımı leqallaşdırmağa çalışmışam. Müxtəlif dil və üslub yolları axtarırdım. Rusiyada Azərbaycan senzurasından azad idim. Çünki Rusiyada çap etdirmək daha asan idi. Deyirdilər ki, mən Azərbaycan xalqını tənqid edirəm... Xeyr, mən o vaxt Azərbaycadakı sosializm qayda-qanunlarını tənqid edirdim. “Fətəli Fəthi” bu mənada tamamilə Azərbaycanın xeyrinə yazılmış bir romandır. Sovet sistemini, rus inqilabını Azərbaycana gətirən nə qədər azərbaycanlılar var idi. Rus gəmilərini buraxan, limanı açan mənim adaşım Çingiz İldırım olub. Amma Nərimanov barədə bunu demək çətindir. Çünki ziddiyyətli adam təsiri bağışlayır. Mürəkkəb şəxsiyyət idi. 1925-ci ildə oğlu Nəcəfə yazdığı məktubunda deyirdi ki, oğlum, sən böyüyəndə sosializm olmayacaq, çünki sosializm adı ilə biz başqa həyat, sistem qurmuşuq. Yəni sosializmə dəxli olmayan bir sistemdən bəhs edirdi. Hətta demişdi ki, Sovet İttifaqı çar imperiyasının davamıdır.

- Təzə romanınızın məzmunu nədir?

- Təzə romanımı oxusalar, çoxu məndən üz döndərəcək. Kimin üz döndərib-döndərməyəcəyindən asılı olmayaraq, mən həqiqəti yazmalıyam. Mən qələmimi sındıra bilmərəm. Qələm məni ilahiyə aparır. Qələm mənim deyil. Yoxsa mən də tərifləyib adlar, nişanlar, təqaüdlər alardım. Amma qələm mənim qələmim deyil, ilahinindir. Təzə romanımda mən iki qardaş ölkənin mahiyyətini, iç üzünü açıb göstərmişəm.

- Hansı ölkələrin?

- Mənim məkanlarım Azərbaycan və Rusiyadır. Çünki neçə onilliklər mən Rusiyada yaşamışam. Amma İsrail, Yerusəlim, Qüds çox qəribədir. İlahiyə ən yaxın yer bura hesab edilir. Bunu müsəlmanlar da, xristianlar da, yəhudilər də təsdiqləyir. Buna baxmayaraq, mən xalqıma, yurduma, elimə, ata-anama məhəbbət bəsləyirəm. Onlara bağlıyam. Həmin məhəbbət indi də durur. Məhəbbətsiz yazmaq qətiyyən mümkün deyil.

- Çingiz müəllim, sizi nə ilə ağlatmaq olar?

- Məni yalnız muğamla ağlatmaq mümkündür. Muğamı çox sevirəm. Doğma qardaşım Əlikram Hüseyov məşhur tarzən idi. Operada tar üzrə solist olaraq fəaliyyət göstərirdi. Atam da tar çalırdı. Uşaqlıqdan tara vurğun idim. Solaxay olduğum üçün tar çalmaq çətin gəlirdi.

- Vətənlə bağlı daha çox nələri xatırlayırsınız?

- İlk növbədə mehribanlığını. Azərbaycan xalqının mehribanlığı, “sənə qurban olaram” deməyini. Dilimizi... çox zəngin bir dilimiz var. Mənim ilk yazılarımdan ibarət Azərbaycan dilində beş kitabım çapdan çıxmışdı. Sonradan onu latın əlifbası ilə çap etdilər. Çox sağ olsunlar.

- Çingiz müəllim, sosial şəbəkələri, medianı izləyirsiniz. Azərbaycandakı gənc yazıçı və şairlərdən kimlərin gələcəyinə ümidiniz varmı?

- Bilirsən, mənə çox adam öz yazılarını göndərir. Özü də Azərbaycan dilində. Adları soruşursan, bu yaşda adlar yadımda qalmır, çox tez unuduram. Ona görə də ad çəkməyəcəm. Onu deyə bilərəm ki, Azərbaycan dili hazırda çox böyük inkişafdadır. Buraya şeir və nəsr dilini də aid edirəm. Dilimiz şeir və publisistika dilidir.
Son dönəmlərdə Azərbayan dili o qədər inkişaf edib ki, hətta ayaqlaşmaq belə çətindir. Onu da nəzərə alın ki, Qüdsdə mən Azərbycan dilində heç kimlə danışmıram. Uzun müddətdir ki, ancaq özüm-özümlə söhbət edirəm. Mənim taleyim də belə alınıb. Ona görə də Azərbaycan dilində daha çox məktublaşıram. Çoxlu məktublar yazırlar. Amma bəzən məktublaşmağa da zamanım qalmır. Çünki yazılarımın üzərində işləyirəm. Artıq romanımı bitirmişəm. Günü sabah çap etmək olar. Hələ ki, çapını özüm saxlayıram. Səkkiz ildir bu romanın üzərində gəzişirəm. Mənim yazıçılıqla bağlı iki fikrim var; birini bayaq dedim ki, qələm Allahın hədiyyəsidir və həqiqəti yazmalısan. İkinci fikrim isə budur ki, özün üçün yazmalısan. Həyatı, insanı dərk etmək üçün qələmə sarılmalısan.

- Niyə özün üçün?

- Çünki başqaları üçün yazanda fikirləşirsən, düşünürsən ki, kiminsə xoşuna gələcək, bir başqası da bəyənməyəcək. Yazarkən heç kimi nəzərə almamalısan. Daha da dəqiqləşdirsək, yazdıqların heç kimə ünvanlanmamalıdır.

- Çingiz müəllim, Əkrəm Əylislinin “Daş yuxular”ına və yazıçıya sərgilənən münasibətlə bağlı fikirlərinizi almaq istərdik...

- Yazıçı ilə o cür rəftar eləmək olmaz. Yazılan əsərlə bağlı müzakirə açmaq, mübahisə etmək olar. Mən özüm də “Daş yuxular”la bağlı müzakirə və müqayisə, mübahisələr etmişəm. Çünki əsərdə çiy yerlər çoxdur. Ona görə ki, Əkrəm Əylisli tarixi faktları o dərəcədə yaxşı bilmir. Amma mən onu hücumlardan qorumaq üçün bir yazıçı kimi müdafiə etdim. Kitaba münasibətimlə bağlı onunla mübahisəmiz də olub. O, vəziyyəti belə görüb. Yalnız ermənilərin ölməyini görüb, azərbaycanlıların həlak olmağını görməyib. Təbii ki, yanlış yanaşmadır.

- Bəs qondarma erməni soyqırımı ilə bağlı mövqeyiniz necədir?

- Ermənilər 1915-ci ilə öz ölkələrində, Osmanlıda üsyan qaldırdılar. Soyqırım məsələsi uydurmadır. Sadəcə üsyançılar və üsyanı yatıranlar arasında qırğın, tələfat olub. Bunun qarşılığında da üsyan qaldıran ermənilər imperiyanın kənar vilayətlərinə sürgün ediliblər. İmperiyadan kənara yox, ölkənin içərisindəki ucqarlara, kənarlara qovulublar. Qovulma prosesində öldürülən də olub, ölən də. Qırğınları pisləmək lazımdır. Onları soyqırım kimi qələmə vermək isə gülüncdür.

- Bir yazıçı kimi Qarabağın sülh, yoxsa müharibə yolu ilə azad edilməsinin tərəfdarısınız?

- Bu iki yolun tərəfdarı deyiləm. Çünki danışıqlar mənasızdır və bunu hamı görür. İndiki şəraitdə müharibə də demək olar ki, sui-qəsd kimi bir şeydir. Ona görə də mən yalnız geopolitik vəziyyətin dəyişməsinə ümidliyəm. Həmin vəziyyət dəyişəcək. Çünki Qarabağ mənim üçün çox əzizdir. Qarabağda, Şuşada çox olmuşam. 14-15 yaşım olanda Şuşada ayaqyalın gəzmişəm. Qarabağı sevirəm... Laçın... Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın...

Bu ərazilər olmadan Azərbaycan Azərbaycan deyil. Şuşa olmalıdır, Qarabağ olmalıdır. Biz həmişə Yuxarı Qarabağdan danışırıq. Axı, Qarabağ böyük məkandır! Onun da düzən hissələri var. Orada yüzcə min erməni yaşayırdı. Ermənilərə bir yerdə qələbə çalmaq lazım idi. Çünki onlar bizə azərbaycanlı yox, türk deyirlər. Biz türkük. Düşündülər ki, Türkiyə ilə bacarmayacaqlar, ona görə də rusların köməyi ilə Azərbaycan türklərini əzsinlər. Bütün günahlar Rusiyadadır, çünki Moskva bu məsələni çox asanlıqla həll edə bilər. Qorbaçovun nə bacarığı, nə ağlı çatdı ki, bu məsələni həll etsin. Üstəlik, satqınlıq da oldu.
Oxşar xəbərlər
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:41, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuata konfransı - CANLI YAYIM
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:04
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO