Livan və Suriyadakı erməni əsilli şəxslərin rəsmi İrəvan tərəfindən işğaldakı Azərbaycan torpaqlarında məskunlaşdırılması dövlətimizi və xalqımızı ən çox narahat edən problemlərdən biridir. Hansı ki, rəsmi Bakı dəfələrlə beynəlxalq təşkilatlar və dünya birliyi qarşısında bu problemi qaldırıb.
Moderator.az-a
açıqlamasında məlum məsələyə toxunan Ümid Partiyasının sədri İqbal Ağazadə,
işğaldakı torpaqların azad edilməsi istiqamətində konkret addımlar atılmayacağı
təqdirdə, bu tendensiyanın daha da genişlənəcəyini bildirib:
“Bildiyiniz kimi, uzun
müddətdir ki, Azərbaycan torpaqları işğal altındadır. Bu işğal davam etdikcə
ermənilərdə və digər dövlətlərdən gətirilərək burada məskunlaşdırılan ermənilərdə
bir arxayınlıq yaranandan sonra bu proses daha da sürətlənəcək. Biz torpaqlarımızı
işğaldan azad etmədikcə, həmin torpaqlarda mütləq və mütləq başqa yerlərədn gələn
ermənilər məskunlaşdırılacaq. Buna görə də bizim tək vəzifəmiz işğaldakı
torpaqlarımızı azad etməkdir”.
Seymur ƏLİYEV