“Düşmən işğaldakı torpaqları sülh yolu ilə boşaldan deyil. Bunu açıq demək lazımdır”.
Bu sözləri Moderator.az-a
açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspertin sözlərinə görə, Ermənistanın
təxribatçı davranışları, uzun illərdir ki, problemin diplomatik yolla həllini
süni şəkildə əngəlləməsi başqa cür düşünməyə imkan vermir:
“Uzun illərdir ki, Ermənistan
işğalçılıq siyasətindən əl çəkmir, danışıqlar prosesini süni şəkildə əngəlləyir.
Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problemi bu günə qədər diplomatik
yolla həll etmək mümkün olmayıb. Ermənistanın təmas xəttindəki ardıcıl təxribatları,
hədə-qorxu dolu bəyantları, sürətlə silahlanmaq cəhdləri və s. göstərir ki,
düşmən sülh yolu ilə işğaldakı əraziləri boşaldan deyil. Buna görə də müharibə
qaçılmazdır. Lakin bu müharibə nə vaxt olacaq, onu hansı olay tətikləyəcək,
bunu dəqiq demək mümkün deyil. Ancaq biz hər an bu müharibəyə hazır olmalıyıq”.
Seymur ƏLİYEV