Azərbaycanda fəaliyyət göstərən alman cəmiyyəti qarşıda gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Avropa.info xəbər verir ki, Bunu “Dirçəliş” alman cəmiyyətinin sədri Ələkbər Səfərov milli azlıqların nümayəndələrinin qarşıda gələn prezident seçkiləri ilə bağlı keçirdiyi dəyirmi masada deyib. Onun sözlərinə görə, Azərbaycanda yaşayan almanlar artıq xeyli müddətdir ki, “Dirçəliş” təşkilatı ətrafında birləşərək fəaliyyət göstərirlər. Təşkilat 1995-ci ildən yaranıb. Bu gün Azərbaycanda yaşayan həm almanlar, həmdə ki digər millətlərdən olan katoliklər bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurlu davamçısı indiki ölkə başçısı İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. "Məhz onun rəhbərliyi altında Bakıda katolik kilsə bərpa olunub və onun üçün yeni bina tikilib. Bu gün İ.Əliyevin apardığı daxili siyasət nəticəsində Azərbaycan dünyada tolerant bir ölkəyə çevrilib və bu digər ölkələrə də nümunə ola bilər. bütün bunları nəzərə alaraq biz alman icması olaraq onun namizədliyini dəstəkləmək barədə qərar vermişik və bu istiqamətdə aktiv fəaliyyət göstərəcəyik."