Daxili İşlər Nazirliyi prezidentliyə namizəd, Ümid
Partiyasının sədri İqbal Ağazadənin 25 təşviqatçısının Sumqayıtda saxlanılması
ilə bağlı məlumatlara münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəis
müavini, polis polkovniki Ehsan Zahidov sorğuya cavab olaraq bildirib ki, İqbal
Ağazadənin verdiyi məlumat tamamilə uydurmadır: “Çox təəssüf edirəm ki,
prezidentliyə namizəd, partiya sədri olan birisi seçki ərəfəsində ictimaiyyətə
yalan məlumat verməkdən çəkinmir. Bilərəkdən əsassız olaraq iddia edir ki, guya
dünən Sumqayıt şəhərində polis onun 25 təşviqatçısını saxlayıb və üstəlik
polislər guya deyiblər ki, biz Seçki Məcəlləsini tanımırıq... Bəli, dünən
Sumqayıt şəhərində məşhur türkiyəli müğənni Rafet El Romanın konsertində
ictimai asayişi və təhlükəsizliyi təmin edən polis əməkdaşları bir qrup şəxsin
təşviqat aparmalarını görüblər. Lakin Seçki Məcəlləsinin bütün maddələrinə
yaxşı bələd olan polislər nəinki onlara yaxınlaşmayıblar, hətta onların
kimlikləri ilə belə maraqlanmayıblar. Prezidentliyə namizəd saxlanıldıqlarını
iddia etdiyi o 25 nəfərdən cəmi birinin ad və soyadını deyə bilərmi? Deyə
bilməz, çünki belə bir fakt yoxdur. Görünür, partiya sədri belə uydurma
açıqlamalar verməklə seçki ərəfəsində ölkədə hökm sürən demokratik mühitə,
namizədlərin təşviqatı üçün yaradılan ideal şəraitə kölgə salmağa, bununla da
dövlətimizin beynəlxalq nüfuzuna xələl gətirməyə və nəhayət polisi
qanunazidd hərəkətlərdə əsassız suçlamağa uğursuz cəhd edir. Bu isə
prezidentliyə namizəd və partiya sədri olan şəxsə yaraşan əməl deyil...”
loading...