Siyasi cəsarət nümunəsi, Heydər Əliyev gedişi və beynəlxalq ifşa!
Xəbər verdiyimiz kimi, avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə telefon danışığında Rusiyanın Ermənistana göstərdiyi çoxsalı hərbi yardımlarla bağlı narahatlığını dilə gətirib, qarşı tərəfin bununla bağlı Azərbaycan tərəfinin suallarına aydınlıq gətirməsini tələb edib. Düşmənin Tovuz təxribatından sonra Rusiyadan Ermənistana hərbi yüklərin daşınmasının intensivləşdiyinə diqqət çəkən Azərbaycan prezidenti, işğlaçının son təxribatları fonunda sərhədyanı ərazidə məskunlaşan mülki insanlara cidid ziyan dəydiyini, bir çox evlərin dağıldığını vurğulayıb.
İlham Əliyevdən dünyanı heyrətləndirən siyasi cəsarət
nümunəsi...
Prezident İlham Əliyevin
Putinlə telefon danışığı zamanı Rusiyanın Ermənistana hərbi yardım göstərməsini
faktlar əsasında ortaya qoyması və ciddi şəkildə qınaması, hər şeydən öncə ölkə
başçımızın siyasi cəsarət nümunəsi hesab edilə bilər. Hansı ki, bu siyasi cəsarət
nümunəsinin bütün dünyanı heyrətləndirəcək səviyyədə olduğu inkaredilməzdir.
Latın Amerikasından tutmuş Afrika və Uzaq Şərqə qədər dünyanın istənilən nöqtəsində
ciddi aktivlik sərgiləyən, ABŞ, Çin kimi ənənəvi rəqiblərinə belə bir çox məsələlərdə
ciddi problemlər yaşadan, az qala bütün dünyaya öz iradəsini qətiyyətlə diktə
edən Rusiyaya İlham Əliyevin bu şəkildə etirazı, Azərbaycan prezidentinin cəsarətindən,
onun özünü haqlı bildiyi hər hansı bir məsələdə
istənilən gücə qarşı etiraz etmək, milli maraqlarımızı qorumaq qüdrətinə malik
olduğunu göstərdi. Baş verənlər göstərdi ki, prezident İlham Əliyev Azərbaycan
maraqlarını yalnız Ermənistan kimi işğalçı dövlət qarşısında deyil, Rusiya kimi
“dünya devi” qarşısında belə uğurla müdafiə etməyə, onu həqiqətin soyuq üzü ilə
qarşı-qarşıya qoymağa, verdiyi qərarlara yenidən nəzər salmaq məcburiyyətində
qoymağa qadirdir.
Heydər Əliyev gedişi və ya Kremlə verilən məntiq dərsi
İlham Əliyevin Vladimir
Putinlə məlum telefon danışığı Heydər Əliyevin vaxtiylə Rusiyaya
etdiyi oxşar məzmunlu etirazını yada salır. Hansı ki, ümummili lider də
zaman-zaman Rusiyanın Ermənistanı silahlandırmasına ciddi etiraz etmiş, öz
narazılığını açıq şəkildə Rusiya tərfinin diqqətinə çatdırmış, ondan izahat tələb
etmişdir. Məhz Heydər Əliyevin bnu məsələdəki qəti mövqeyi, dünya ictimaiyyətinin
diqqətini bu problemə cəlb etməsi, Rusiyanın davranışında müəyyən redaktələrə səbəb
olmuş, rəsmi Moskvanı bu məsələdə daha diqqətli olmağa vadar etmişdir. Heydər
Əliyev konkret faktlar əsasında sübut etmişdir ki, Rusiyanın Ermənistana göndərdiyi
silah-sursatlar heç də Gümrüdəki 102-ci rus bzasının möhkəmlənməsinə, Türkiyə
ilə sərhədlərə malik Ermənistanın mümkün NATO təhlükəsindən müdafiəsinə xidmət
etmir. Heydər Əliyev bu silahların Ermənistana verildiyini, İrəvanın isə bu
fürsətdən istifadə edərək öz işğalçılıq siyasətinə davam etdiyini faktlar əsasında
sübut etmiş, Rusiya tərəfinə sözün həqiiq mənasında məntiq dərsi keçmişdir. Hansı
ki, Rusiya tərəfinin bu gün eyni dərsi prezident İlham Əliyevin timsalında yenidən
aldığına şahid olmaqdayıq.
Bir telefon zəngi ilə gerçəkləşən beynəlxalq
ifşa...
Prezident İlham Əliyevlə
Rusiya prezidenti arasındakı 12 avqust tarixli telefon danışığını işğalçı Ermənistana
havadarlıq edən dövlətin bir telefon zəngi ilə beynəlxalq miqyasda ifşası kimi
də dəyərləndirmək mümkündür. Azərbaycan prezidentinin bu telefon danışığında
qaldırdığı problem bir daha göstərdi ki, Rusiya for-postu sayılan Ermənistanı
intensiv şəkildə silahlandırmaqla regionda hərbi qüvvələr balansını pozmağa, siyasi-iqtsiadi
müstəqillikdən məhrum Ermənistanın əli ilə bölgəni nəzarətdə saxlamağa çalışır.
Onu da unutmaq olmaz ki, Rusiyanın bu addımı hər şeydən öncə onun Minsk
qrupunun həmsədri kimi siyasi-diplomatik fəaliyyətinə ziddir.
Baş verənlər həm də onu
göstərdi ki, Rusiya Ermənistanı özü nəhəngliyində hərbi bazaya çevirməklə sadəcə
Azərbaycan, Gürcüstan kimi region dövlətləri üçün deyil, Türkiyə və İran kimi
dövlətlər üçün də ciddi təhdid mənbəyi formalaşdırır. Bu, həm də Rusiyanın Ermənistanı
NATO və sivil dünyaya qarşı mübarizə mərkəzinə çevirdiyini, ondan öz maraqlarını
qorumaq üçün vasitə kimi istifadə etdiyini göstərdi.
Bir sözlə, Azərbaycan
prezidentinin 12 avqust tarixli telefon zəngi Rusiyanın Cənubi Qafqaz regionu
ilə bağlı çoxillik siyasətinin əsl mahiyyətini ifşa etdi, bu siyasətin sülh və əminamanlığa
xidmət etmədiyini isbatladı. Hansı ki,
bunu Azərbaycan dövlətinin siyasi-diplomatik uğuru kimi qiymətləndirmək
mümkündür və heç şübhəsiz ki, bu uğur dövlətimizin digər uğurları üçün də vəsilə
rolunu oynayacaq.
Seymur ƏLİYEV
e-mail: seymur_dq04@mail.ru










