Moderator.az xəbər verir ki, Rusiyanın “Rossiya24” telekanalına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd ölkəsinin daxili işlərinə qarışdığına və qiyamçıları silah-sursatla təmin etdiklərinə görə Türkiyəni, Səudiyyə Ərəbistanını və Qətəri ittiham etməklə kifayətlənməyərək dolayısı ilə Azərbaycanın da bostanına daş atıb. Suriya prezidenti bildirib ki, onda olan məlumata görə hal-hazırda ölkəsindəki vətəndaş müharibəsində qiyamçıların tərəfində 6 mindən yuxarı muzdlu döyüşür və bunlardan ən azı 600 nəfəri də Qafqazdan gələnlərdir. Bəşər Əsəd həmin muzdluların da əsasən Türkiyə tərəfindən maliyyələşdirlidiyini bildirib.
Xatırladaq
ki, Suriyada qiyamçıların tərəfində xeyli sayda azərbaycanlının döyüşdüyü və hətta
bəzilərinin şəhid olduğu barədə mətbuatda xeyli sayda təkzibedilməz
informasiyalar getmişdi. Göründüyü kimi, konkret ad çəkməsə də Bəşər Əsəd ona
qarşı döyüşən azərbaycanıların da mövcudluğunu üstüörtülü şəkildə dilə gətirərək
sanki xəbərdarlıq edir.