Moderator.az xəbər verir ki,Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy bu axşam İstanbulda konsert proqramı ilə çıxış edəcək. Konsert Beşiktaş rayonu, Dolmabaxça məhəlləsindəki "Kiçikçiftlik" kazinosunda baş tutacaq. Konsertdə Bülent Ersoy cümhuriyyət Türkiyəsinə aid, unudulmaq üzrə olan kazino mədəniyyətinin yenidən canlandırılması istiqamətində addım atacaq.
Konserti
əlamətdar edən isə 12 sentyabr tarixinə təsadüf etməsidir. Belə ki, 33 il əvvəl
12 sentyabr 1980-ci il tarixdə Türkiyənin baş qərargah rəisi general Kənan
Evrenin rəhbərliyindəki hərbi xunta dövlət çevrilişi edərək hökuməti ələ
keçirib.
Türkiyənin
konstitusiyasını yenidən yazan hərbi xunta Bülent Ersoyun ifasına qadağa
qoymuş, bu qadağa 8 il davam etmişdi. Bundan başqa müğənni 45 günlüyə də həbs
olunmuşdu. Müğənni bunun tamamilə təsadüf olduğunu desə də şou-biznes
şərhçiləri bu tarixi Bülent Ersoyun intiqamı kimi dəyərləndirirlər.