“Azq”
qəzetinə danışan Kremlə yaxın mənbənin sözlərinə görə, Putin Ermənistandan
istədiyi hər şeyi alıb: “Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya son
səfərində Putin istədiyini ala bildi. Ona görə, Putinin Ermənistana getməsinə
ehtiyac yoxdur”.
Başqa
bir fərziyyəyə görə, Putin indiki məqamda Ermənistana səfəri zamanı, İrəvanda
narazılığın artmasından ehtiyat edib. Ermənistanda anti-rusiya əhval-ruhiyyəsinin
artmaması üçün bu addımı atıb.
Qeyd
edək ki, Serj Sarkisyanın Moskvaya son səfərində Ermənistan Gömrük İttifaqına
daxil oldu. Bununla da Avropa Birliyi ilə münasibətlərə ciddi zərbə vurdu.