Moderator.az xəbər verir ki, Rəsul Quliyevin yazdığı statuslar təkcə Azərbaycan
dilinin üslub və qaydalarını pozulması ilə seçilmir, həmçinin eks-spikerin
partiya funksionerlərinin hansı siyasi təşkilata mənsub olmasını bilmir. Həmin
statusu olduğu kimi təqdim edirik:
“Hörmətli Gülağa müəllimə
Hörmətli
müəllim bildiyimə görə siz xalq cəbhəsi partiyasında çalışırsınız. Sizi
tanımıram ancaq şəkilinizdən düşünürəmki 90-cı illərdə görüşmüşük. Siz həmişə
mənim yazılarıma çox çox məntiqsiz cavablar ya yazırsınız ya da deyirsiniz.
Deyəsən bir dəfə ya iki dəfə sizə nəzakətlə yazıları axıra qədər oxuyub sonra
fikir bildirməyi xahiş etmişəm, görsənir ki, vaxtınız olmadığından oxumursunuz
və jurnalistin qəsdən təhrif etdiyi suala məntiqsiz cavablar verirsiniz. Sizdən
xahişim əvvəlcə mənim yazdığımı diqqətlə oxuyun, sonra verdiyiniz cavabla
müqayisə edin. Görün o yazıda İ.Əliyevi dəstəkləyən və ya özümdən başqa heç
kimi prezident görməyən hətta eyhamlı frazalara rast gələ bilirsiniz ya yox.
Orada yazılanlara konkret cavab verin . Mən yazıram ölkədə azad seçki şəraiti
yarada bilmədik və günahda aparılan siyasətdəir, Siz yazın belə deyildir. Mən
yazıram MŞ bir dəfə də ciddi iclas keçirməyib və heç bir video yazı və
stenoqrama yoxdur. Deyin var və onu qoyun ortaya. Mən yazıram İ.Əliyev özünə
heç bir seçki keçirmədən 70-80 faizi müəyyənləşdirib ,siz yazın ki, yox bu belə
deyildir, biz seçkiləri udacayıq. Mən yazıram hökumət müxalifəti kəndlər və
şəhərlərdə heç küçəyə çıxmağa imkan vermir belə şəraitdə necə udmaq olar. Siz
yazın ki, dezinformasiyadır biz istədiyimiz İcra başçısını diz üstə oturdarıq
və sair ,və sair
Hörmətli Gülağa müəllim başqasının yazısına hörmətlə yanaşmamaq
Azərbaycanda olar,qeyri adi bir şey yoxdur. Ancaq səhv sözlərinizə görə gərək
insan özündən utana xüsusilə əgər ağsaçlıdırsa”.