Israildə Səhiyyə Nazirliyinin pandemiya ilə bağlı təlimatlarının pozulmasının yeni bir növü meydana çıxıb.
Moderator.az bu barədə
yerli mediaya istinadla
xəbər verir.
Ölkədə ziyafət salonları hazırda karantinə
görə bağlıdır və açıq ərazidə 20 nəfərdən
çox adam toplamaq mümkün deyil. Bununla əlaqədar ümidsiz gənc cütlüklərin bəziləri
toylarını gizli şəkildə açıq dənizdə - yaxtalarda keçirmək qərarına gəliblər.
Yaxta sahibləri də pul qazanmaq
imkanlarını əldən buraxmayaraq toy etmək istəyənlərə onlarla qonağın iştirakıyla xüsusi tədbirlər
təklif edirlər.
Belə yaxta sahiblərindən biri deyir: "Dicey var, iaşə xidməti var, yaxta
açıqdır. Hazırda yaxtalarda partilər və toylar da daxil olmaqla hər cür tədbir keçirilir.
Hər kəs hər kəslə ünsiyyət qurur. Yaxta yüz nəfərə qədər qonaq qəbul edə
bilər".
Təşkilatçıların sözlərinə görə, bu cür tədbirlərə tələb getdikcə artmaqdadır. Müfəttişlər isə açıq dənizdə baş
verənlərə nəzarət edə bilmirlər.
Durumla əlaqədar
Səhiyyə Nazirliyi açıqlama yayıb:
“Karantin
rejimi ilə əlaqədar gəmilərdə sərnişin sayına məhdudiyyət var - tutumunun 50% -ə qədər. Əlbəttə ki, hər
hansı bir kütləvi
tədbir qadağandır. Gəmidə olan hər kəs sosial məsafə saxlamalı və maska geyinməlidir ”.
Sultan
Laçın