Moderator.az
bu haqda “Deutsche Welle” nəşrinə
istinadla xəbər verir.
"Elə
situasiyalar olur, artıq düşünürəm ki, vəziyyət pisdir – bu, artıq bir təlim
deyil, real atışmadır və üzərimizə uçan gerçək raketlər var" -deyə ata-anası
Mərakeşdən olan, Almaniyanın Hannover şəhəri yaxınlığında doğulmuş 41 yaşlı Nariman
deyir.
Təhlükəli
xidmətinə görə bir qadın əsgərin tez-tez
ruhi və mənəvi dəstəyə ehtiyac duyduğu anlar olur. Almaniyanın digər müsəlman
hərbçilərinin də oxşar ehtiyacları var…
Bu
ilin əvvəlində Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer Almaniya Müsəlmanları
Mərkəzi Şurasının sədri Ayman Maziyek, habelə yəhudi icmasının nümayəndələri ilə
görüşüb. Nazir yəhudi lideri ilə orduda ravvinlərin işə başlaması perspektivlərini
müzakirə edib və Maziyekə isə "bir gün müsəlmanlara da növbə çatacağ”ını söyləyib. Nazirin bu
ifadəsi yalnız Maziyekin deyil, həm də tədbirdə
iştirak edən jurnalistlərin də yaxşı yadında qalıb...
Bəzi
hesablamalara görə, Almaniya ordusunda olan 185 min hərbçidən 53 min 400-ü
protestant, 41 mini katolik, 300-ü yəhudi və 3000-ü isə müsəlmandır. Lakin nədənsə xaçpərəstlər və daha azsaylı yəhudilərdən
fərqli olaraq hərbi rəhbərlik böyük müsəlman hərbi birliyinə təhlükəli xidmətlərində
lazım olan ruhi-mənəvi dəstəyi verməyə tələsmir...
Sultan
Laçın