Ermənistan hökuməti “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı məsələyə baxacaq. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, AES-in ikinci etapda işlənilməsi üçün enerji bloklarında bir sıra dizayn dəyişiklikləri ediləcək.
Bu
məqsədlə Ermənistanın Enerji və Təbii Sərvətlər Nazirliyi Rusiyanın “Rosatom”
Korporosiyası ilə saziş imzalayacaq. "Rosatom" AES-in avadanlıq və
binalarının interyerində monitorinq işlərinə başlamağı planlaşdırır.
Qeyd
edək ki, “Metsamor” AES 1980-ci ildə istismara verilib. AES-in istismar müddəti
1995-ci ildə başa çatıb. Ermənistan hökuməti AES-də yenidən qurma işləri
aparmaqla AES-in istismar müddətini 2016-cı ilə qədər uzatmaq istəyir. Türkiyə
və Azərbaycan tərəfi isə istismar müddəti başa çatmış AES-in region üçün real
təhlükə mənbəyi olması barədə bir sıra beynəlxalq təşkilatlar qarşısında məsələ
qaldırıb.