Yaza boylanan dağlar...
Oxunub: 1659
22 Jun 2020 | 10:43
Yaza boylanan dağlar...

2014-cü ilin soyuq bir yanvar günü idi. Axşamüstü işdən çıxıb, piyada üzü aşağı-metronun “İçərişəhər” stansiyasına tərəf düşürdüm. Ara-sıra bu stansiya ilə üzbə-üzdə, yeraltı keçiddəki kitab mağazasına, baş çəkməyim olur. Həmin gün burda üstündə kəlbəcərli şair Sücaətin şəkli olan bir kitab gördüm. Ölümündən altı il sonra çap olunmuş “Sücaəti unutma” adlı bu kitabı təbii ki, anındaca aldım. Sücaət yadıma düşdü. Kəlbəcərlə bağlı televiziya verilişləri hazırlayanda, ondan üç-dörd dəfə müsahibə almışdım. 90-cı illərdə Gəncəbasar tərəfə ezamiyyətə gedəndə, maşında, kafedə, yəni harda maqnitafon oxuyurdusa, orda mütləq Sücaətin qoşmalarını eşidərdin. Mən Sücaəti təkcə qoşmalarına görə yox, həm də, məğrurluğuna görə sevirdim. O, qabağından yeyən oğul deyildi, özünə hörmət qoyurdu. Əsl istedadları həmişə belə məğrur gördüm. O, sözü, nəfəsi, yazısı, səsi, baxışı ilə, necə deyərlər, təpədən-dırnağa Kəlbəcər idi. İlahi, doğulduğun, boya-başa çatdığın yurdu, ocağı bu qədər sevməkmi olar?

2001-ci ilin martında, Novruz bayramı ərəfəsində Gəncəbasar tərəfə çəkilişə getmişdik. Gəncədə və Göygöl də, köçkün kəlbəcərlilər daha çox məskunlaşıb. Kəlbəcərin işğalı ilə bağlı televiziya verilişi hazırlayırdıq. Sücaətin evi Göygöl rayonuna gedən yolun üstündə idi. Onlara getməyi qərarlaşdırdım. Sücaət təzəcə Tehrandan qayıtmışdım. Avropa səfir işləyən həmyerlisi Eldar Həsənovun köməkliyi ilə nurunu itirməkdə olan gözlərini müalicə etdirmək üçün İrana gedibmiş. Şəkəri yüksək olduğuna görə, gözlərində əməliyyat aparmaq mümkün olmamışdı.

Sücaət mənmi görüb çox kövrəldi. 1993-cü ildə və sonralar da, ondan müsahibə almışdım. Dedi ki, bu dəfə danışası deyiləm. Çox yorğun görünürdü, tamam həvəsdən düşmüşdü. Bir təhər onu yola gətirdim. “Bu danışıqlarımı hələ çəkmə”, - dedi. Sonra, ağır-ağır danışmağa başladı: “Gözlərim demək olar görmür. Kəlbəcər dərdi də ki, daha axırıma çıxıb. Hərdən, şerin havası gələndə, qızımı çağırırıram. Mən deyirəm o yazır. Bu günlərdə eyni qaydada ata-bala evdə oturub yazırdıq. Elə bu arada qapı açıldı, qızımın rəfiqəsi girdi içəri. Kitab üçün gəlibmiş. Nə isə, kitabı götürüb getdi. Ertəsi gün dərsdən qayıdan qızım ayağını içəri qoyan kimi, başladı hönkürtü ilə ağlamağa. Demə, həmin gün dərsə gedəndə, rəfiqəsi ondan soruşubmuş ki, atan Sücaətin gözləri kordur?. Qızım, “yox” deyib. Rəfiqəsi qayıdıb ki, bəs mən gördüm axı-atan deyirdi sən yazırdın.”

Səsimi boğsam da, söhbətin bu yerində gözümün yaşını saxlaya bilmədim. Sücaət dərindən bir ah çəkib ağır-ağır dilləndi: “Daha and içmişəm, lap çatlayıb ölsəm də, heç nə yazmayacam. Qoy ürəyimdəkilər elə ürəyimdə çürüsün”.

Sonra operator Vaqif Babayev kameranı işə saldı. Sücaət kəlbəcərdən danışdı, axırda da, təzə yazdığı bir qoşmasını oxudu. O, qoşmadakı bir bəndi indi də yadımdan çıxara bilmirəm:

Yazımı yayımı qışa döndərib,

Gülləni sinəmə qoşa döndərib,

Allah ürəyimdə, daşa döndərib

Səkkiz il gözümdən axan dağları.

Kitab mağazasından Sücaətlə bağlı bu xatirələrlə çıxdım. Onuda deyim ki, Sücaətin o şeirlər kitabından sonralar yenədə alası oldum. Qəribədir ki, mən bu kitabı hər alıb gətirən gün sanki kimsə dostlardan, qohumlardan birinə xəbər

göndərirdi-qonağımız gələrdi. Və tərlikdənmi, yada xoşbəxtlikdən mi, Sücaətin bu kitabı da, hər dəfə pəncərənin qabağında olardı. Gələn qonaqda ərklə bu kitabı məndən istəyərdi. Xülasə, indi məndə Sücaətin o kitabı yoxdur, gərək alam...

Qələmə aldığım bu yazını da, mənə Sücaətin bu kitabı yazdırdı. Bu kitab məni məcbur etdirdi ki, 1993-cü ilin fevralında Kəlbəcərə-ezamiyyətə getdiyim o ağır günlərə qayıdım...

18 fevral 1993-cü il. Nahar fasiləsindən təzəcə qayıtmışdım. Onda AZ.Tv-də “İctimai-siyasi” proqramlar baş redaksiyasında çalışırdım. İş yoldaşlarımdan kimsə xəbər gətirdi ki, indicə baş redaktorun yanında iclas olacaq, deyəsən, yuxarıdan sədrə zəng ediblər. Qısa deyim: iclasda məlum oldu ki, Kəlbəcərdə vəziyyət cox ağırdır, ora təcili çəkiliş qrupu getməlidir. Tez dedim ki, mən getmək istəyirəm. Bunu o qədər də, vətənpərvərliyimə yozmayın, həm də uzun illər idi ki, Kəlbəcəri görmək istəyirdim. Rejissor Azad Məmmədov da könüllü olaraq mənə qoşuldu. Operatorlardan da Alik Maratov bizimlə gedəsi oldu. Səhər tezdən artıq üzü Yevlağa gedirdik. Yevlaxda vertalyota oturduq. Onu da, deyim ki, bizi müşayiət edən “Murovdağ” Xeyriyyə Cəmiyyətinin sədri, “Azərnəşr”in baş redaktoru, kəlbəcərli Əlövsət Ağalarov idi. Onda Kəlbəcərə gedən iki avtomobil yoluna da ermənilər nəzarət edirdilər. Yeganə bir yol qalmışdı ki, o da Murovun qarlı zirvəsindən keçirdi. Qışın qar-boranında isə burda vertalyotsuz ötüşmək mümkün deyildi. Yuxarıda dedim, mən ilk dəfə idi ki, Kəlbəcərə gedirdim. Düzü, “Kəlbəcər” deyəndə, həmişə dağlar, yaylaqlara köçən el-oba, alaçıq, qaya, bulaq, çöl-çəmən gəlirdi gözümün qabağına. İçimdə qəribə bir doğmalıq vardı Kəlbəcərə. Bəlkə də, təbiəti, doğulduğum İsmayıllının təbiətinə oxşadığından irəli gəlirdi bu doğmalıq? Yeri gəlib, qoy deyim. İkincidə

oxuyurdum. Çox vaxt sinfimizi dördüncülərə qatıb dərs keçərdilər. Biz ikincilər 13, dördüncülər isə 7 nəfər idi. Əksər vaxt nəğmə dərslərində zəngə az qalmış, müəllim dörddə oxuyan bibim oğlu Rasimi yazı lövhəsinin qabağına çağırardı. O da, müəllimin istəyi ilə həmişə olduğu kimi, Səməd Vurğunun “Dağlar” şerini aşıqsayağı oxuyardı:

Binələri çadır-çadır,

Çox gəzmişəm özüm, dağlar.

Qüdrətini sizdən aldı,

Mənim sazım, sözüm dağlar.

Atası hər yay Rasimi yaylağa apardığından və onun, doğrudan da, yaylaqlı günlərin arzusu ilə yaşadığından, ya da nədirsə, bilmirəm, “Dağlar” onun dilində çox kədərli səslənirdi. Belə vaxtda müəllim pəncərənin bir metr enliliyindəki palıd taxtapuşuna dirsəklənib, kəndin qənşərindəki dikdirdən keçib gedən torpaq yola baxardı. Rasimin səsi müəllim kimi, biz uşaqları da çox kövrəldərdi. Onu da deyim ki, “Dağlar”ı sevən bu müəllim mənim atam idi, Rasimin də dayısı...

İndi Murovun üzərindən uçanda, o nəğmə (atam “şərqi” deyərdi) dərslərini xatırlayırdım. Bilirdik ki, Kəlbəcərdə vəziyyət çox ağırdı. Ona görə də, hamının üz-gözünü, ürəyini bir kədər bürümüşdü. Ancaq heç kim bunu biruzə vermək istəmirdi. Nə yaxşı ki, vertalyotun uğultusu vardı, yoxsa bu cür dinməz-söyləməz yol getmək olmazdı, adamın bağrı çatlayardı. Birdən mənə elə gəldi ki, o vaxtlar atamı kövrəldən, bəlkə də, ömründə görmədiyi bu dağlar olub. Axı gündə gördüyü, kəndimizin, necə deyərlər, beş addımlığındakı dağlar üçün atam niyə qəribsəməliymiş ki? Sözümü qəribçiliyə salmayın. Axı atam dil-ədəbiyyat müəllimi idi. Xəstə Qasımı, Dədə Ələsgəri, Cavidi, Səməd Vurğunu çox sevirdi.

Kəlbəcərin İstisuyunda Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsindən, təbii ki, xəbəri vardı. Aşıq Ələsgərin qoşmalarındakı Dəlidağı, Qoşqarı, Murovu, Qırxqız, Narışları qiyabi də olsa, tanıyırdı. Yəqin, cənnətmisallı o yerləri, həmin qoşmalardan sevmişdi atam...

İllümünatordan dağlara baxırdım. Fikir məni aparmışdı. Birdən kinolarda olduğu kimi, vertalyotun səsi yavaş-yavaş uzaqlaşmağa başladı, onu cox ahəstəcə 30 il əvvəlki Rasimin səsi əvəzlədi. İlahi, Rasimin tərtəmiz, billur kimi ağappaq səsi bu zirvələrə necə yaraşırmış. Yəqin o vaxtlar, o nəğmə dərsində gözləri yol çəkən atam, elə görmədiyi bu dağları xatırlayırmış. Bəlkə də, belə deyildi. Ancaq mən bu cür düşünürdüm...

******

Vertalyotdan düşəndə bizi birinci qarşılayan uşaqlar oldu. Müharibənin ağrı-acısını uşaqlar, böyüklər kimi olmasa da, hər halda, sövq-təbii duyurdular. Ona görə də, balacalar vertalyota arxa-dayaq kimi baxırdılar. Yəni, mühasirədə olan, gecə-gündüz düşmən hücumuna məruz qalan Kəlbəcər tək deyil, onlar haqqında düşünürlər. Rayon mərkəzinin aşağı qurtaracağındakı vertalyot meydançasından gəldiyimiz kafeyə cəmi 10 dəqiqəlik yol var idi. Tez-tələsik cörək yeyib, üzü yuxarı, İcra Hakimiyyəti binasına yollandıq. Hər yan qara bürünüb. Havada möhkəm şaxta var idi. Artıq qaş qaralırdı. Ancaq heç bir yerdə işıq yanmırdı. Kəlbəcər çox kədərli görünürdü, adamın ürəyi sıxılırdı. Dedilər ki, bir həftədir rayona verilən elektrik enerjisi kəsilib. Təkcə İcra Hakimiyyətinin binasında işıq yanırdı. Öyrəndik ki, bu, generatorun hesabınadır. İcra Hakimiyyətində qərara gəldik ki, səhər tezdən Çərəktar və Qılışlı kəndlərinə, sonra Ağdabana – özünümüdafiə batalyonunun döyüşçülərini çəkməyə gedəcəyik. Qonaq evindən

və mehmanxanadan danışmaq artıq idi. Bizi gecələməyə, deyəsən, avtobaza rəisinin evinə göndərdilər. (Sonrakı günlər, növbə ilə hər gecə bir idarə və müəssisə rəhbərinin evində qalmalı olduq). Burda xırda bir haşiyə çıxım. Biz ezamiyyətə 3 günlüyə getmişdik. Ancaq Kəlbəcərdə yeddi gün qalası olduq. Çünki Bakıdan vertalyot gəlmirdi.

********

20 fevral. Səhər tezdən çəkiliş qrupumuz “Villis”lə yola çıxır. Hərbi geyimli sürücümüz Ramiz od parçasına oxşayır. “Kalaşnikov” avtomatı yanındadır, maşında hardasa 10-15 dənə tank əleyhinə mina (TM-57) var. Ramiz deyir ki, bu minalar mütləq bizə lazım olacaq. Söhbətdən məlum olur ki, o, Kəlbəcər sərhəddində birinci güllə açılan gündən səngərdədir. Iki daşın arasında öyrəndim ki, Sovetlər dönəmində Rusiyada artilleriya qoşunlarında xidmət keçib. 1991-ci ildə Ramiz Çərəktarda ermənilərin hərbi vertalyotunu vurduğu üçün Müdafiə Nazirliyi onu avtomobillə mükafatlandırıb. Sonradan biləcəyəm ki, o, kəşfiyyat bölümünün rəis müavini imiş. Çərəktar da, dəstəmizə bir cavan hərbçi də qoşuldu - Telman Hüseynov. Onun gözlərində, sanki şimşək oynayır. Bədəncə dolu olsa da, atletik görkəmi var. Hərəkətlərində çox cəlddir. Baxışları şikarını izləyən qartalı yada salır. Səsində, danışığında iynə ucu boyda giley-güzar, şikayət, qorxu yoxdur. Sanki Telman “ölüm” adlı anlayışdan xəbərsizdir. O, snayperdir. Arada avtomatını mənə də verir. Burda yenə də bir haşiyəyə çıxmaq istəyirəm. Xatırladım ki, artıq 90-91-ci illərin əvvəllərindən AZ.Tv-nin mühafizə polisinin bütün əməkdaşları növbəyə avtomat silahla çıxırdılar. Cəbhə bölgələrinə getdiyim üçün, fürsət tapıb dostlaşdığım polislərdən avtomatla davranmağı, yəni tək-tək və fasiləsiz atəş açmağı öyrənmişdim. (Əsgərlikdə-

“stroybat”da olmuşdum). Əl qumbarasının məftilini çəkib atmağı isə Kəlbəcərdə olduğum ikinci gün Ramizdən öyrəndim. Kim nə deyir-desin, adam özünü silahla yenilməz hiss edir. Silah, adama güc verir. Sovetlər dövrü, vallah sülh adı ilə, bilə-bilə silahı gözümüzdən salıblar. Silah pis idisə, nəsil-nəsil ulu babalarımız niyə qılınc qurşayıb, xəncər gəzdiriblər? Yaxud ağzını açan kimi sülhdən danışan böyük ölkələr hər il hərbi büdcəsini niyə artırır? Yadımdadır, hardasa 10-12 il əvvəl Hindistan nüvə silahı hazırlamaq istədiyinə görə, ABŞ və bir çox Avropa ölkələri ona qarşı müxtəlif iqtisadi-siyasi sanksiyalar tətbiq etdilər. Ancaq hindlilər öz yolundan dönmədilər. İlk nüvə silahının sınağı uğurla həyata keçiriləndə, Hindistanın baş naziri (O, sınağı izləyənlər arasında olub) sevincindən qışqırıb demişdi: “İndi bizə hörmət edəcəklər, çünki gücümüz var!”. (O vaxtlar o haqda hansısa rus qəzetindən oxumuşdum bunları) Uzunçuluq kimi qəbul eləməyin, qoy bir söz də deyim. Artıq 14 yaşımda qoyun nobatına gedəndə, mütləq 16 nömrəli təklülə tüfəngimizi götürərdim (əsasən payız və qışda). Yoxsa, qarlı havalarda, dağ-dərədə silahsız qoyun otarmaq olardımı? O 16 nömrəli tüfəng ən çox gözlənilən canavar qorxusunu heç eləyirdi. Həm də ki, bizim qoyun otardığımız İrəmədəki dağ-dərədə kəklik, dovşan, qaratoyuq da olurdu. Yəni, tüfəng hava, su yerində idi bizə. Güllə atandan sonra, şişməsin deyə, tez gilizi cıxarıb, barıt qoxusu verən tüfəngin lüləsini iyləyərdim. Ən çox sevdiyim iş idi bu. O, barıt qoxusu, elə bil ürəyimdəki bütün qorxu-hürkünün kökünü yandırırdı. (Yanmış barıt və benzin qoxusu üçün indi də ürəyim gedir).

Çərəktarın girəcəyindəki yanmış tankın yanında Ramiz maşını saxlayır. Yaxınlıqdakı ağacın budaqlarında yarıçürümüş əsgər paltarının qalıqları, yerdə yanmış botinkalar, alüminium su qabı, qaralmış sümüklər var. Ramiz kameraya

danışır: “Burda 8 ay əvvəl dəhşətli döyüş olub. Bizim tankçılar erməni tankçıları ilə qəfil üz-üzə gəliblər. Bizimkilər hardasa, 3-4 saniyə erməniləri qabaqlayıb, onların tankını vurublar. Bu, həmin tankdır. Çərəktar döyüşündə 100-ə yaxın erməni quldurunu məhv etdi bizim döyüşçülər”. Ramizdən sonra kənd adamları danışır. Qaz, işıq və dolanışığın olmadığından gileylənirlər. Kəndin icra nümayəndəsi Şaban Qurbanov müsahibə verir. Deyir ki, bizə kömək lazımdır, kömək.

Şaban mənə çox xoş təsir bağışlayır. O vaxtlar Bakıda hamı deyirdi ki, Kəlbəcərdə vəziyyət ağırdır, bu gün-sabah rayon boşalacaq. Şaban, “bizə kömək lazımdır, kömək” deyəndə, Bakıda Kəlbəcərlə bağlı eşitdiklərimi dilə gətirmək istədim. Ancaq tez də fikrimdən daşındım...

Möhkəm qar yağırdı. Artıq Qılışlı kəndində idik. Burda da adamların dərdi eynidir. “Mərkəz bizə laqeyd, biganə yanaşır”, deyirlər. Kənd icra nümayəndəsi Hafizin (soyadı yoxdur dəftərimdə) dediklərindən: “Bilirsiz, müharibədə şəhər də gedər, kənd də. İnsan da həlak olar, adamın qol-qıçı da gedər. Sonra o şəhəri, o kəndi döyüşüb geri qaytarmaq olar. Buna təbii baxıram. Mən bizə olan biganəliyi, laqeydliyi qəbul edə bilmirəm. Görmürsüz, Kəlbəcər mühasirədədir?”

Burdakı hərbi hissənin döyüşçüləri ilə görüşmək istəyirik. Kazarma yerli kənd orta məktəbinin binasında yerləşir. Hissə komandiri-polkovnik Əzizağa Qənizadə bizi yaxına buraxmır. Rusdilli polkovniklə heç cür dil tapa bilmirik. Uzun çək-çevirdən sonra bizi çəkiliş aparmamaq şərti ilə kazarmaya buraxırlar. Döyüşçülər yerdə nimdaş bir odeyala bürünüb yatıblar. Taxta döşəmədəki toz o qədərdir ki, ayaq basanda izi qalır. Dedilər ki, bu yatan əsgərlər gecə səngərdə növbə çəkənlərdir. Çoxunun balışının yanında köhnə-kürüş qablarda buza

dönmüş şorba vardı. Yəqin şorba çox dadsız olduğu üçün belə yeyilməmiş qalmışdı. Yatanlar oyanmasın deyə, yavaşca çölə çıxırıq. Gördüyümüz mənzərədən sarsılmışdıq. Mən, 1991-ci ilin dekabrında Goranboyun Şəfəq kəndində, 1992-ci ilin aprelində Ağdamın Şelli kəndində - ön cəbhələrdə olmuşdum. Heç yerdə belə acı vəziyyət görməmişdim. Həyətdəki əsgərlərdən müsahibə almaq üçün, yenə də Əzizağa Qənizadə ilə görüşmək istədik. Dedilər ki, harasa getdi...

Piltə-piltə qar yağır. Pal-paltarımız Kəlbəcər qışı üçün deyil. Qılışlıdan çıxaçıxda, kəndin başında qoyun sürüsü yolumuzu kəsdi. Qaş qaralmaqda idi. “Villis”i saxlatdırdım. Qoyunların belindəki qar buz tutub. Alik tez kameranı çıxardı. Mənim məqsədim, əynindəki sırıqlısının rəngi bilinməyən çoban oğlanla söhbət etməkdi. Təxminən 35 yaşı olan bu oğlan Telmanı görən kimi, sevinir: “Başına dönüm, ay Telman, bilirsən, ermənilər 20 gündür atamı oğurlayıblar. Ev-eşiyim də, bu qoyun sürüsü də sənə qurbandı. Neynirsən elə, atamı qaytarmağa kömək elə. Onu qaytarandan sonra, -əlini qarnının üstünə qoydu,-ortama da bir güllə vur”. Bu oğlanın sonuncu sözləri yəqin ki, ölənə qədər yadımdan çıxmayacaq...

Üzü rayon mərkəzinə doğru yol almışıq. Heç kim danışmır. Rayon mərkəzinə çatar-çatmaz Ramiz dillənir:

- Bizə gedirik.

Dağların qoynunda sərt təbiətlə qol-boyun yaşayan insanlar yalançı

nəzakəti sevmirlər, bunu lazımsız bilirlər. Ona görə də, Ramizin bu təklifini sükutla qarşılayırıq, yəni razıyıq. Evə ayaq basan kimi, hiss elədim ki, burda bizim gəlməyimizi heç kim gözləmirmiş. Dağ adamlarının bir gözəlliyi də

ondadır ki, qonaq gələndə özlərini itirmirlər, necə var, elə görünürlər. Bizi ilk qarşılayan ucaboylu, görkəmindən məğrurluq yağan qara paltarlı bir kişi oldu:

- Allahverdi. Ramizin atasıyam.

Növbə ilə onun əlini sıxıb evdəkilərlə salamlaşdıq. Mən aşıq Allahverdi Qəmkeşi qiyabi tanıyırdım. O, gəlməyimizdən xoşhal olmuşdu, könlü açılmışdı. Içəridə odun peçi yanırdı, ev isti idi. Aşığın doğma münasibəti bu istiliyi bir az da artırırdı. Soyuqdan, şaxtadan gələn adama bundan başqa nə lazım idi ki? Bir azdan ev adamla doldu. Ən çox yadımda qalan Ramizin əmisi İdris kişi oldu. Demə, o da qardaşı Allahverdi Qəmkeş kimi gözəl qoşmalar yazır. İdris kişinin 3-4 şeir kitabı çıxıb. Çörək kombinatının direktoru Firuzə Qasımova gəldi. Hiss elədim ki, o bu evə çox doğma adamdır. Görünür, yüzlərlə toyları yola vermiş, el məclislərində həmişə başda oturan söz sahibi olan Allahverdi Qəmkeş, sənətinə qail, tünlük sevənmiş. Çörək yeyəndən sonra (Süfrə məsələsini özüm zilə çəkmirəm), Aşıq Allahverdi sazı köynəkdən çıxartdı, nə çıxartdı. Əvvəlcə özünün məşhur bir qoşmasını oxuyacağını deyib sazını köklədi...

Bir gün yolum düşdü qəbristanlığa,

Orda zaman qışdı, dövran yatıbdı.

Sanki pıçıldaşır hər məzar daşı,

Şair, asta yeri, insan yatıbdı.

Aşıq ifasını başa çatdırdı. Tez-tələsik: “- üzr istəyirəm, bu qoşma, mən biləni, Səməd Vurğunundur”, -dedim. Qəmkeş özünün şeir kitabını gətirdi, həmin qoşmanı mənə göstərib mehribanlıqla dilləndi:

- Bəlkə də, sən yüzüncü adamsan ki, bu sözü deyirsən. Doğrudan da, bu qoşma öz ruhuna görə, Səməd Vurğunun şeirlərinə çox oxşayır.



Ancaq mən gördüm ki, “səhvini tutmağım”, nəinki Allahverdi Qəmkeşin xətrinə dəydi, əksinə, ürəyinə yağ kimi yayıldı. Hansı söz-sənət adamı Səməd Vurğuna oxşamaq istəməz ki? Nə isə, bu, hələ, necə deyərlər, kinonun jurnalı imiş. Çörək yeyəndən sonra iki qardaş – Allahverdi Qəmkeşlə İdris sazlarını sinəsinə basıb, necə deyərlər, cəngi-cidala çıxdılar. Qonum-qonşudan gələnlərin neçəsi də onlara qoşuldu. Yox, qardaş, elə bil, bütün qəhrəmanlıq, məhəbbət dastanlarını yazanlar kəlbəcərlilər olubmuş. İlahi, bu adamlarda belə yaddaş, sözə bu qədər həvəs hardandır?...

Gecə saat necədə yatdığımız yadımda deyil.

Qərara aldıq ki, səhər Ağdabana-Dədə Şəmşirin kəndinə gedək...

*****

21 fevral. Hardasa rayon mərkəzindən 30 km aralıdakı bu kəndin yolu dağdan, dərədən, sıldırımlardan keçir. Üstəlik də, qar, buz, şaxta... Dədə Şəmşirin yüz dəfə, min dəfə keçdiyi bu yolu, yolboyu mənzərələri onun gözləri ilə seyr eləmək istəyirəm. Fikirləşirəm ki, İlahi, bura yazda gələn adam, yəqin bu yerlərin gözəlliyindən dəli olar. S. Vurğunun sözləri yadıma düşür:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub, yada sal məni.

Yol boyu maşını tez-tez saxlayıb, təbiət mənzərələri çəkirik. Ən çox yubandığımız yer Tərtər şəlaləsi oldu. Sadəcə, çəkiləsi gözəl yerlər həddindən coxdur. Adam onların yanından elə-belə ötüb keçmək istəmir...

Ağdabandayıq. Bilirdik ki, kənd ötən ilin mayında erməni yaraqlılarının hücumuna məruz qalıb. Düşmən kəndi ələ keçirsə də, burda bir saatdan çox qala bilməyib. Yerli özünümüdafiə batalyonu kəndi geri alıb. Erməni quldurları o gün 14 ağdabanlını qətlə yetirib, bir çox evləri yandırıblar. Kənddə çəkiliş aparıb səngərlərə qalxırıq. Möhkəm şaxtadır. Qarşı tərəfdə Ağdərənin ermənilər yaşayan Çapar kəndidir. Müsahibə aldığım döyüşçülər ürəklə danışırlar. Onların bəzilərinin buşlatının (sırıqlı) yaxasından yaşıl maykaları görünür. Uşaqlara çox soyuqdur, sadəcə, onlar özlərini sındırmırlar. Deyirlər ki, gecə burda şaxta 10 dərəcəyə qalxır. Sarıyanız, çox sakit təbiətli bir döyüşçü ilə tanış oluram: Hicran Abbasov. O, danışmaq istəmir. Birtəhər razı salıb ondan müsahibə alıram (1991-1993-cü illərdə Goranboy, Ağdam, Kəlbəcər, Zəngilan və digər döyüş bölgələrinə çəkilişə gedəndə ayrıca bir dəftərim olardı. Olduğum yerlər və görüşdüyüm adamlarla bağlı maksimum dərəcədə qeydlər götürürdüm. Bu yazını da o dəftərçələrin əsasında yazıram). Hicran 1964-cü ildə anadan olub. Kəlbəcərin Nəcəfalı kəndindəndir. 1984-cü ildə əsgərlikdən qayıdıb. SSRİ Daxili Qoşunlarında xidmət edib. 1991-ci ilin sentyabrından səngərdədir. Batareya komandiridir, leytenantdır. Bakıda, Radio zavodunda tənzimləyici işləyib. Kəlbəcərdəki vəziyyətlə bağlı rayona qayıdıb. Ailəlidir, 2 uşağı var. Qardaşı İsgəndər 1992-ci ilin mayında Ağdaban uğrunda döyüşdə şəhid olub. O biri qardaşı İdris də özünümüdafiə batalyonunda döyüşür. Hicran böyük qardaşdır. Ondan soruşuram: “Ağdabanı qoruyursuz, bəs döyüşçülər arasında Dədə

Şəmşirgildən heç kim yoxdur?”. O, yanındakı döyüşçüyə tərəf çevrilir: “Get, Habili bura çağır”. Bir azdan arıq bir döyüşçü bizə yaxınlaşır. “Buyurun, Dədə Şəmşirin nəvəsidir,”- Hicran dillənir. Onun da buşlatının yaxasından yaşıl maykası görünür. Elə Habil də xaraktercə Hicrana oxşayır. Çox xəsisliklə danışır. Və Hicran kimi, o da arıqdır. Habildən müsahibə alıb, Dədə Şəmşirin məzarını çəkmək üçün yuxarı qalxırıq. Həə... Burda deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Məlum oldu ki, kameranın ikinci ehtiyat batareyası da tam gücdən düşüb, sıfırdadır. İnanın, var damarım qurudu. İlahi, gərək rayona qayıdaq, İcra hakimiyyətinə. Bayaq dedim axı, başqa heç yerdə işıq yoxdur. Bəs necə qayıdaq? Bu qarda Ağdabandan rayon mərkəzinə gedib, qayıtmağa bir gün lazımdır...

...Axşam uşaqlara deyirəm ki, səhər tezdən Ağdabana gedəcəyik. Azad dinmir, demək, razıdır. Alikin səsində narazılıq var:

Çəkdik də Ağdabanı.

- Dədə Şəmşirin məzarını çəkmədik.

- Nə olsun?

- Kəlbəcərə gələsən, Dədə Şəmşirin məzarını çəkməyəsən, elə şey

olar?

Alik rusdillidir. Dediyinə görə, həyat yoldaşı da milliyətcə slavyandır. Qabağa qaçıb deyim ki, o, 90-cı illərin ortalarında Moskvaya köçüb getdi, orda mərkəzi televiziyada işlədi. Və sonralar ondan heç bir səs-soraq çıxmadı. Çəkiliş qrupunun rəhbəri redaktordur. Mən də bu səlahiyyətimdən istifadə edib, sözümü yeritməyə başladım.

*******

22 fevral. Ağdaban yolunun yarısında, sərt dikdirin yaxasında Ramizin “Villis”i ilişib qalıb. Burda yolu örtən buzun qalınlığı, ən azı, 15-20 sm-dir. Hamımız yerdəyik. Maşın bircə metr də arxaya sürüşsə, dərənin dibində olacaq. İlişdiyimiz bu yerdən 3-4 metrlik yolu qalxsaq sonra asan olacaq. Ramiz “Villis”in arxasından balaca lapatka və lom çıxardır. Növbə ilə buzu qırıb təkər enliyində çığır açırıq. Azad Aliklə, mən Ramizlə işləyirəm. Biri lomla buzu qırır, o biri də lapatka ilə buzu kənara atır. Birdən Ramiz onların gözünü oğurlayıb, mənim boynumu qucaqlayır:

- Ə, sənin başına dönüm, elə bilirdim, siz televiziyaçılar yalandan bir-iki şey çəkib, sonra da yeyib-içib, çıxıb gedirsiz.

Ramizi kövrəldən mənim Ağdabana getmək məsələsində israr etməyim olmuşdu. Çünki, Ağdabana getmək söhbətini gecə onun yanında eləmişdik.

...Burda eyni soyadlı üç məzar sıralanıb - Şəmşir Qurbanov, Əkbər Qurbanov, Çimnaz Qurbanova. Əkbər Dədə Şəmşirin oğlu, Çimnaz isə qızıdır. 1990-cı ilin iyulunda Bakıdan qayıdan Çimnazı Çərəktar yaxınlığında pusquda duran erməni quldurları namərdcəsinə qətlə yetirib... Ağdabanda cəmi bir saat olduq. Oxucu dostlarım elə düşünməsin ki, qarda, soyuqda ikinci dəfə Ağdabana getməklə qəhrəmanlıq göstərmişik. Yox... Sadəcə, mənə elə gəlirdi ki, Dədə Şəmşirin məzarını çəkməsəm, o bundan xəbər tutacaq, ruhu məndən inciyəcək, O dağlar, dərələr, müşələr, Tərtər çayı məndən küsəcək. Bir də ki... Balacalıqda radioda aşıq havaları veriləndə, anam, üstəgəl biz 9 uşaq atamızın qorxusundan, az qala, nəfəs almazdıq. İndi mən o uzaq illərə, müəllim atamın aşıq musiqisinə olan məhəbbətinə, bibim oğlu Rasimin “Dağlar”ına xəyanət edə bilməzdim. Hələ,

Bakıya qayıdandan sonra, neçə illər çörək kəsdiyim Məmməd Aslanın məsələdən hali olub, məni “bomabalayacağını” demirəm.

Geri qayıdırıq. Qəlbimdə bir narahatlıq var. Içimizdə ən xoşbəxt görünən isə Ramizdir.

******

24 fevral. Çərəktar kəndinə getdik. Burda əsgərlər üçün çörək bişirən sex var. Çərəktara getməyimizi Telman xahiş eləyir bizdən: “ Gedək, o çörəkçi qızları çəkək, onlardan müsahibə alaq. Səngərdəki əsgərə patron necə lazımdısa, eləcə də çörək lazımdı. Yüzlərlə əsgərimiz bu sexin çörəyini yeyir. Bu qızlar fədəkarlğına görə döyüşçülərimizdən geri qalmır.”

Elə bu başdan deyim ki, cəmi iki qızdan ölüm-zülüm iki kəlmə söz qoparda bildik. Bu çörəkçi qızlar səngərdə ki, döyüşçü əsgərlərlə nəfəs alırlar. Onların bişirdiyi çörək birbaşa səngərə aparılır. İş şəraitlərinin lentə alandan sonra qızlarını adların dəftərçəmə qeyd edirəm: Sədaqət İsayeva, Zəminə Babayeva, Məlahət Nəbiyeva, Kamilə Ataşova, Məhbubə İsayeva, Rəsmiyyə Xəlilova, Məleykə Şirinova, Aida Quliyeva, Mənsurə Xəlilova, Ülkər İbrahimova. Bir nəfər də fəhlə oğlan vardı burda: Saday Vəliyev. Görünür, burdakı ağır işlər Sadayın boynunda idi. Bu qızların hamısının üzündə ümid və qorxu vardı. Gözlərindən bir sual oxunurdu: “Bizim zəhmətimiz hədər getməyəcək ki?..” O qızların baxışları indi də yadımdan çıxmır. Bizlərdən qeyrət uman gözlərini xatırlayanda, indi də utanıram, özümü günahkar bilirəm. Sonralar mətbuatdan oxudum ki, Kəlbəcər işğal olunanda, neçə-neçə qız-gəlin düşmən əlinə keçməsin

deyə, özlərini sıldırımdan atıblar. Nədənsə, həmişə mənə elə gəlir ki, o sıldırmdan atılanların arasında o çörəkçi qızlar da olub. Çünki mən onları o vaxt belə uca görmüşdüm...

O gün şəhərdəki 1 saylı orta məktəbin nəzdindəki “Əlaçılar məktəbi”nə getdik. Siniflərdəki səliqə-sahman, uşaqların təmiz geyimi, bir sözlə, burda hər şey ürəkaçandı. Məktəblilər S.Vurğunun “Azərbaycan” şeirini həm doğma, həm də ingilis dilində əzbər söyləyirlər. Kəlbəcərin tarixindən danışırlar. Hardasa, bu məktəbdə bir saata yaxın çəkiliş apardıq. Təhsil şöbəsinin müdiri Vaqif Əşrəfovdan müsahibə götürdük. O, belə çətin vəziyyətdə dərsə davamiyyətin normal olduğundan danışdı. Günortadan sonra Kəlbəcər rayon mərkəzindən kadrlar çəkdik. Küçədə 75 yaşlı Əbülfət kişiylə rastlaşırıq. O da ürəyindəkiləri kameraya danışır. Sonra da, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı, rayon Müdafiə Qərərgahının rəisi İlham Həsənovdan müsahibə alırıq. O, rayondakı ümumi vəziyyətdən, Kəlbəcərdə 400 şəhid ailəsi olduğundan və onlara qayğıdan söz açır...

*****

Fevralın 19-dan bəri vertalyot gəlmir gözümüz səmada qalıb. Artıq 6-cı gündür ki, Kəlbəcərdəyik. Burda bizi necə, deyərlər, gözlərinin üstündə saxlayırlar. Ancaq nə qədər olmasa da, içimizdə bir sıxıntı var. Vertalyotun nə vaxt gələcəyini öyrənmək üçün İcra başçısının yanına gedirəm. Deyir ki, Bakıdan bir sağlam cavab ala bilmirəm. Vertalyotun görünməməsi adamların ürəyinə şübhə toxumu səpir, ümidlərini öldürürdü - ən üzücü məqam bu idi. Bakıya, iş

yerinə zəng edib, vəziyyəti izah edirəm. Nəhayət, 8 –ci gün, günortadan sonra səmada narıncı vertalyot görünür. Az qala, Kəlbəcərin yarısı, icra başçısı və biz də onların içində olmaqla, vertalyot meydançasına üz tuturuq. Vertalyota minmək istəyənlərin sırasında xəstələr, yaralılar, Bakıya silah və digər işlər üçün gedənlər var. İcra başçısı vertalyotun komandiri ilə adamlardan bir az aralı dayanıb söhbət edir. Əl işarəsi ilə icazə alıb, vertalyotun komandirinə yaxınlaşıram: - Baxnyov Yuri İvanoviç,- bakılıyam, - deyir- 8-ci km. qəsəbəsində yaşayıram,- Gec gəlməyinin səbəbin soruşuram. Deyir ki, Laçına - Səfiyana silah aparmışdım. Birdən Yuri İvanoviç başçıdan soruşur: -“İndi ermənilər hardadı?” Qarşı tərəfin səsi yavaş olduğu üçün, nə dediyini ayırd eləyə bilmirəm. Baxnyov erməniləri klassik rus söyüşü ilə “mükafatlandırandan” sonra əlavə edir: “Lap yaxına gəliblər ki, bu əclaflar.”

Ramiz mənə demişdi ki, ermənilərdə matorun istisinə uşan raketlər var. O raketlər göydə uçan obyekti çox rahatlıqla hədəfləyib vurur. Baxnyovun sonuncu sözləri, düzü, ürəyimcə olmadı. Yer qar və hava sazaqlı olsa da, gün çıxmışdı, göydə bir əlçim bulud da yox idi. Narıncı rəngli verytalyotumuz gün işığında bərq vururdu.

Göyə qalxırıq. Baxnyovun bayaqkı sözləri rahatlığımı əlimdən alıb. Fikirləşirəm ki, səni göyün ortasında namərdcəsinə vuralar, əlin də heç yana çatmaya. Vallah, ürəyimi partladan belə ucuz ölümdü. Yox, yerimdə otura bilmirəm. Ürəyimdən keçir ki, qeyd dəftərçəmə bir-iki söz yazım: Saat neçədə göyə qalxdıq, bu dəqiqə nə düşünürəm və s. Tez də fikrimdən daşınıram. Mənə elə gəlir ki, qeyd dəftərçəmə əlim dəyən kimi, bizi vuracaqlar. Durub Baxnyovun

kabinəsinə keçirəm. Əslində, buna mənim icazəm yoxdur. Ancaq bayaqkı 2-3 dəqiqəlik söhbətdən təxmini bilirdim ki, Baxnyov mənə heç nə deməz.

-Korrespondent, deyəsən… narahatsan?

Bildim ki, o, son anda “qorxursan”ı “narahatsan”la əvəzlədi.

- Yox, burdan dağlar daha yaxşı görünür.

Baxnyovun iki köməkçisi də dinmir. O, çox arxayınlıqla dillənir.

-Bax, nə qədər istəyirsən bax!

Hiss edirəm ki, vertalyot komandiri də narahatdır. Sadəcə, mənə görə özünü belə arxayın aparır. Bəlkə də, belə deyil. Çünki, həmişə risk içində olduqları üçün, yəqin təyyarəçilərdə qorxu hissi illər keçdikcə, tədricən ölür.

Murovun üstündən keçirik. Dağlar qar içindədir. Nəinki yol-riz, heç bir qara nöqtə də gözə dəymir. Zirvələr əl uzaqlığındadır. İçimdə çox pis, ürəyimə ağırlıq gətirən hisslər baş qaldırır: biz Kəlbəcəri darda qoyub qaçırıq. Yaxşı, bu verilişi hazırlayıb verdik efirə, bəs sonra? Bəli, bu “sonra” içimi didib-tökür. Ağdabanda buşlatının yaxasından yaşıl maykası görünən döyüşçülər düşdü yadıma. Çərəktardakı məktəb-kazarmada toz içində yatan əsgərlər gəldi gözümün qabağına. Sonra çörəkçi qızları, Telmanı, Ramizi, Aşıq Qəmkeçi xatırlayıram. Artıq Murovun üstündən keçmişdik. Dağlardan aralanırdıq. Və aralandıqca da, içimdəki peşmançılıq hissi daha da artırdı. Birdən fikirləşdim ki, indicə dağlar arxamızca qışqıracaq: “Bizi qoyub hara qaçırsız?”. Və bu qışqırıqdan vertalyot lərzəyə gələcək. Ürəyimdə özümüzə haqq qazandırmaq istədim: “Həmişəlik Kəlbəcərdə qalası deyilik ki!”. Yox, gördüm ki, alınmır, hansısa gizli bir duyğu özümüzə bəraət qazandırmaq məntiqini darmadağın edir. Bəs bu hansı duyğu, hansı hissdir ki, yenə də məndən əl çəkmir, qəlbimi əzir. Birdən başa düşdüm ki,

bu hiss kasıb, halal bir ömür yaşayan insanları qarda, soyuqda qoyub, bir növ, aradan çıxmağımızla, yaxud, çəkiliş qrupumuzun mənim gözümdəki “al başıma, kül başıma” işi ilə yox, daha çox hökümətimizin Kəlbəcərə olan biganə və laqeyd münasibəti, daha  çox da “arxalı kpək qurd basar” məsəlinin ermənilərin timsalında son 100 ildə olduğu kimi, yenə də təsdiqini tapmaq qorxusu ilə bağlıdır. Bəli, erməni quldurları 1928-ci ilin martında Bakı, Şamaxı, Quba, Naxçıvan və digər bölgələrimizdə (hələ Cənubi Azərbaycanı və Dağıstanı demirəm) törətdikləri qırğınlar kimi, Xocalı qətliamını da rus hərbçilərin ilə birgə törətmişdilər. Və Kəlbəcərə görə qəlbimi bürüyən dəhşətli qorxu dab u həqiqətdən su içirdi.Belə düşünməyin özü bütün varlığımı, ruhumu əzirdi. Düşünürdüm ki, belə gündə Bakının yarısı Kəlbəcərdə olmalıdır. Bütün bu ağrılı düşüncələr, elə bil bayaqkı “vertalyotumuzu vurarlar” narahatçılığımı yuyub aparmışdı. Elə bu əsnada Baxnyovun səsi eşidildi:

- Korrespondent, Naftalanın üzərindəyik, arxayın ol!

Bu xəbər heç tükümü də tərpətmədi.

*****

Martın 5-də Kəlbəcərdən hazırladığım “Yaza boylanan dağlar” verilişi efirə getdi. Bir həftə sonra xəstəxanaya düşdüm. Məni əməliyyat edən kəlbəcərli cərrah Səyyaf Kərimov idi. Az sonra, aprelin 2-də Kəlbəcər işğal olundu. Bir ay sonra atam dünyasını dəyişdi. Ondan sonra Kəlbəcərdən çox televiziya verilişləri hazırladım. Bəhmən Vətənoğlunu, Sücaəti və başqa onlarla neçə-neçə kəlbəcərlini çəkdim.

*****

“Sücaəti unutmayın” kitabının vərəqləyirəm. Yəqin bu şeiri ömrünün son illərində yazıb Sücaət. orda belə bir bənd var:

Qorxmaz Şıxalıoğlu

Yanvar, 2014-cü il
Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ