Sabiq baş prokuror Əli Ömərovun oğlu
Fövqəladə Hallar Nazirliyində işlə təmin olunub. Bu haqda dolaşan xəbərlərdə
deyilir ki, Ə.Ömərovla görüşən FHN rəhbərliyi onu ictimai-siyasi fəaliyyətinə korrektlər
etməyi tövsiyə edib. Görüş zamanı həmçinin sabiq baş prokurora övladlarının
işlə təmin ediləcəyi vəd olunub. Artıq Ə.Ömərovun oğlanlarından biri FHN-in
tabeliyində olan qurumlardan birində çalışır. "Yeni Müsavat"ın
müxbiri ilə söhbətində keçmiş baş prokuror
ona yönələn suallara sərt reaksiya verib. Moderator.az qısa
ixtisarla həmin müsahibəni təqdim edir:
Ə.Ömərova
ilk sualımız da oğlunun işlə təminatı ilə bağlı oldu:
-
Mənim oğlumun işi, dərdi qalıb sizə? Neynirsən mənim oğlumun işi
düzəlib-düzəlməyib?
- Əli
müəllim, “Yeni Müsavat”a açıqlamalarınızda, müsahibələrinizdə dəfələrlə
vurğulamısız ki, vəzifədən çıxarılandan sonra sizə və övladlarınıza iş
verilmir. Övladlarınızın hüquqşünas olduqlarını da dəfələrlə dilə gətirmisiz.
Bu məsələni gündəmə gətirən də siz olmusuz.
-
Müsahibə vermişəm, vermişəm dəəə... Neynirsən mənim oğlumun işi
düzəlib-düzəlməyib?
- Əli müəllim, məsələni gündəmə gətirən sizsiz və yayılan xəbər də sizin
gündəmə gətirdiyiniz məsələ ilə bağlıdır.
-
Müsahibə vermirəm.
- 3 ay əvvəl Novxanıda müxalifətin mitinqinə qatılmışdız və bundan sonra
demişdiz ki, sizi açıq nömrədən hədələyiblər. Deyiblər ki, sənin müxalifətin
mitinqində nə işin var. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət
etdiniz?
- Əl
çək də, müsahibə vermirəm. Tutaq ki, təmin olunub. Nə dəyişir? Biz ömrü boyu
işsiz qalmalıyıq?
- Siz
yayılan məlumatı təsdiqləyirsiz?
- Mən
indi prezidenti dəstəkləyirəm deyə bu məlumatı verirsiz?
- Əli
müəllim, məsələni gündəmə gətirən siz olmusuz və oğlunuzun işlə təmin olunması
oğruluq, quldurluq deyil. Niyə belə aqressivsiz?
-
Yazırlar ki, Əli Ömərov El hərəkatının təsisçisidir və prezidenti dəstəkləyir.
Mən El hərəkatının heç üzvü də deyiləm axı.
- El
yaradılandan siz orada olmusuz.
- El
yaradılanda məni Qərbi Azərbaycandan Deportasiya Mərkəzinin İdarə Heyətinin
üzvü kimi ora qonaq sifətində dəvət ediblər. Gedib iştirak etmişəm. Baxın da
siyahı var, kimlər təsisçi, kimlər üzvlərdir. Yalandan götürüb yazırlar ki, Əli
Ömərov El-in təsisçilərindəndir.
- Əli
müəllim, oğlunuzun işlə təmin olunması ilə bağlı xəbərə münasibət bildirmədiz.
-
Mənim oğlum gömrükdə işləmir, yanğında işləyir, mayordur.
- Digər
oğlunuzun da işlə təmin olunması realdırmı?
-
Digər oğlum işsizdir, mən də işsizəm.
- Prezident
seçkilərində kimə səs verəcəksiz?
- Mən
müsahibə vermişəm və həmin müsahibədə heç bir namizədin əleyhinə heç bir söz
deməmişəm, onların hamısına da xüsusi hörmətim var. Amma onların heç birini
yaxından tanımıram, heç biri ilə təmasım olmayıb. Bilmirəm onun əqidəsi,
ideyası savadı nədir? Tanıyıram e, bilirəm ki, filankəsdir. Cəmil Həsənli
professordur, gözəl tarixçidir. Amma şəxsən onunla tanışlığım yoxdur. Mən
tanıdığım adama dəstək verirəm, İlham Əliyevi tanıyıram, ona da dəstək verirəm.
Burada nə var ki?
- Ora bir
neçə partiya sədrini də dəvət etmişdilər, amma biz həmin şəxsləri orada
görmədik.
-
Görmədin, görmədin, görmədin dəəə... Mən gəlmişəm pis eləmişəm? Nə var ki
orada? Cümhuriyyəti yaradan dahi bir insanın bayramı idi, gəlmişdim. Məmməd
Əmin Rəsulzadəni mən inkar edəcəyəm? Şərqdə ilk cümhuriyyəti yaradan insan o
olub. Danasıyam bunu?
- Sizə vəzifə təklif ediblər?
- Məni
vitse-prezident qoyacaqlar.
- Hansı
şirkətə?
- Məni
prezidentə müavin qoyacaqlar. Deyirəm ki, boşam, deyirsən ki, vəzifəyə təyin
edəcəklər. Məni iş təklif olunubsa, mən qorxurammı? Mənə iş versələr gedərəm.
Bu sonradan bəlli olacaq, iş versələr gedəcəyəm.