\"Xüsusilə Əli Nağıyevin son vaxtlardakı fəaliyyəti təqdirəlayiqdir...\"
Oxunub: 3970
02 Jun 2020 | 17:23
\
Sabiq Baş prokuror və ilk Ədliyyə naziri, professor, eks-millət vəkili və Ədalət Partiyasının sədri İlyas İsmayılovun müsahibəsini təqdim edirik.

- İlyas bəy, Baş prokurorluqda aparılan yeni islahatlara münasibətiniz necədir? 

- Bizdə “islahat” sözünün mənası düzgün anlaşılmır. İslahat hər hansı bir mexanizmin işləmə tərzində və prinsiplərində baş verən dəyişikliklərə deyilir. Azərbaycanda isə hələ ki, kadr dəyişiklikləri baş verib. Baxmayaraq ki, Prezident İlham Əliyev yeni Baş prokurorla keçirdiyi virtual görüşdə bundan sonra hüquq-məhkəmə sistemində qanunların aliliyinin əldə rəhbər tutulacağını bildirdi və Baş prokuror Kamran Əliyevə müxtəlif göstərişlər verdi. Prezidentin qanunun aliliyi vədi ilə Baş prokurora verdiyi göstərişlər bir-biriylə tutmayan iki tərs anlayışlardır. Çünki qanunun aliliyi olan yerdə prezident Baş prokurora, hüquq-məhkəmə sisteminə tapşırıq verə bilməz. Ona görə ki, bu iki qurum bir-birindən ayrı hakimiyyət qollarıdır. Hətta bu yaxınlarda ABŞ təcrübəsində gördüyümüz kimi, Baş prokuror yeri gələndə Prezidentin də fəaliyyətini təftiş etmək, hətta onun toxunulmaz hüququna baxmaq, dolayısıyla məhkəmə prosesinə cəlb olunmasına start vermək haqqına malik olmalıdır. Azərbaycanda da prokurorluq orqanlarının bu hüququ tanınmayanadək hər hansı islahatlardan söhbət gedə bilməz. 

Prokuroru Prezidentinin göstərişiylə işləyən məmləkətdə qanun heç vaxt öz aliliyini bərqərar edə bilmir. Ona görə deyirlər ki, şahın qanun olduğu yox, qanunun şah olduğu ölkələr əsl sivil dövlətlər sayılır. Axı qanunun tələbləri ortada olduğu halda, Prezidentin tapşırığına nə ehtiyac var? Prokurorun vəzifəsi həmin qanuni tələbləri heç hardan göstəriş almadan olduğu kimi həyata keçirməkdir. Azərbaycanda isə hətta bu dəyişiklik belə göstərişlə həyata keçirilirsə, deməli, islahat da ölü doğulmuş olur. 

- Azərbaycanın sabiq baş prokuroru kimi hadisələri necə dəyərləndirirsiniz? 

- Mən elə bilirəm, bu suala cavab verdim. Söhbət əgər kadr dəyişikliyindən gedirsə, buna müsbət yanaşıram. Hətta gecikmiş addım sayıram. Çünki bir cəmiyyətdə kadrlar tez-tez bir-birini əvəz etməlidir. Bu əvəzetmələr intensiv olmasa, cəmiyyət də inkişaf edə bilməz və durğunluq yaranar. İstənilən cəmiyyəti tənəzzülə aparan əsas faktor idarəetmə orqanlarında yaranan durğunluqdur. Bizim yaşadığımız tarixdə dünyanın ən güclü dövləti sayılan SSRİ məhz bu durğunluğun qurbanı oldu. Təcrübələr göstərir ki, uzun illər vəzifədə qalan hakimiyyətlər getdikcə mürtəceləşir və ölkəni idarə edən kadrlar öz toxunulmazlıqlarına inanıb azğınlaşırlar. Bu, korrupsiyaya bulaşmış hüquq mühafizə orqanlarında daha böyük problemlərə yol açır. Karl Marksın məşhur bir sözü var: “Xalqın mənəviyyatı iki halda pozulur: Birincisi, cinayət var, cəza yoxdur, ikincisi, cəza var, cinayət yoxdur. Nə yazıq ki, bizdə bu iki halın ikisi də mövcuddur. Təsəvvür edin, Prezident özü ölkədə prokurorluq orqanlarının korrupsiyaya bulaşdığını, hərc-mərcliklə məşğul olduğunu, məhkəmə qərarlarının qanunsuz çıxarıldığını etiraf edir. Bütün bu cinayətlərin başında duran, Baş Prokurorluğun “boz kardinalı” adlanan adamın işini yüksək qiymətləndirir, mükafatlandıraraq işdən çıxarır. Halbuki Prezidentin saydığı cinayətləri törədən şəxs ən ağır məsuliyyətə cəlb olunmalı idi. Mükafatlandırılmalı deyildi. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, gec də olsa, prokurorluq orqanlarının adını korlayan həmin adamlar işdən uzaqlaşdırıldılar. Yeni Baş Prokuror haqqında isə müsbət fikirlər deyirlər. Prezidentin yeni təyin etdiyi DTX sədri Əli Nağıyev də, Daxili İşlər naziri Vilayət Eyvazov də son zamanlar apardıqları əməliyyatlarla vətəndaşlarda ümid hissi yaradıblar. Xüsusilə Əli Nağıyevin son vaxtlardakı fəaliyyəti təqdirəlayiqdir. Bir çox harınlamış icra başçıları, Mədəniyyət Nazirliyinin işçiləri məhz onun sayəsində ifşa olundular. Amma korrupsiyaya qarşı aşağıda başladılan əməliyyatlar mütləq genişləndirilməli, korrupsiya mexanizminin ən yüksək zirvələrinə qədər çatmalıdır. Hesab edirəm ki, Kamran Əliyevin Baş Prokuror təyin olunmasıyla bu proses daha da dərinləşəcək. Əks halda yalnız icraçılarla bu işi məhdudlaşdırmaq korrupsiya mexanizminin kökünü kəsməyə kifayət etməyəcək. Əksinə, budama əməliyyatı kimi, onun daha da pöhrələnməsinə və güclənməsinə gətirib çıxaracaq. Bu mənada yeni Baş Prokurorun öhdəsinə ağır məsuliyyətlər düşür. O, bu önəmli işdə DTX-ya və DİN-nə lazımi dəstəyi verməli, hətta bir çox məqamlarda özü ön plana çıxmalıdır. 
Mənim yeni Baş prokuror Kamram Əliyevdən əsas gözləntilərimdən biri mərhum jurnalist Elmar Hüseynovun qətlinin yekunlaşdırılmasıdır. Bu cinayət işinin indiyədək bağlı qalması cəmiyyətimizdə xeyli söz-söhbətlərin dolaşmasına səbəb olur və insanların öz dövlətinə qarşı inamsızlığını artırır. Hesab edirəm ki, bu cinayət işinin yekunlaşdırılması, xüsusilə cinayətin sifarişçilərinin aşkarlanması prokurorluq orqanlarının bir nömrəli vəzifəsi olmalıdır.

- Baş Prokurorun birinci müavini Rüstəm Usubovun gedişi və Elçin Məmmədovun Baş Prokurorun birinci müavini təyin edilməsi prokurorluq orqanlarında nəyi dəyişdirə biləcək? 

- Açığı, Elçin Məmmədovu tanımıram. Öz işinə necə prinsipial yanaşacağı barədə də bir fikir deyə bilmərəm. Mən prokurorluqda çalışdığıma görə, onların işinə qiymət vermək istəmirəm. 

- Sizcə, aparılan islahatlar davam edəcəkmi?

 - Məncə, kadr dəyişiklikləri təkmilləşdirilərək əsl islahat səviyyəsinə yüksəlməlidir. İslahatın nə olduğu barədə təkrarçılığa yol vermək istəmirəm. Təkcə onu qeyd etmək istəyirəm ki, prokurorluğun ümumi nəzarət funksiyası və nəqliyyat prokurorluğu bərpa edilməlidir. 

- Və sonda, bu sahədə həbslər gözlənilirmi? 

- Cinayət törədən hər kəs kimliyindən asılı olmayaraq, həbs olunmalıdır. (hit.az)
Oxşar xəbərlər
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:41, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuata konfransı - CANLI YAYIM
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:45
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:45
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO