“Ter-Petrosyanı təbrik etmək olar: onun siyasi “tanrısı” ölkəni müharibə ərəfəsinə gətirib, hansı ki, Ter-Petrosyan 1998-ci ildə bunu proqnozlaşdırmışdı. Beləliklə, Ter-Petrosyan istəmədən sübut etdi ki, o və onun siyasi “tanrısı” Paşinyan əsl “müharibə partiyasının” nümayəndələridir”.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın müxalifət mediasının təmsilçisi öz məqaləsində iddia edir.
Erməni saytlarının birində dərc edilən məqalədə qeyd edilir ki, Paşinyanın apardığı təslimçilik siyasətinə görə, Ermənistan mühairəbi ilə üz-üzə qalıb. Müəlllif bu fikirlərini Azərbaycan tərəfinin torpaqlar azad edilməyəcəyi təqdirdə müharibənin qaçılmaz olması barədə mövqeyi ilə əsaslandırır:
“Bu gün Ter-Petrosyanın siyasi “tanrısı” siyasi “ xaç atasının” məqsədlərinə daha gizli şəkildə nail olmağa çalışır. Paşinyanın danışıqlar prosesindəki israrlı səyləri ilə Ermənistanın mövqeləri sürətlə Lissabonu aldığımız dövrlərə qayıdır. Bu günlərdə Azərbaycanın müdafiə naziri Ermənistanı hədələyir ki, əgər qeyd-şərtsiz təslim olmasa, “çox böyük ehtimalla” müharibə olacaq”.
Qeyd edək ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 1998-ci ildə istefa verməyə məcbur olanda hakimiyyətə “müharibə partiyası”nın gələcəyini söyləmişdi.
Xatırladaq ki, son dövrlərdə Sergey Lavrovun məlum bəyanatları Ermənistanda “Qarabağ klanı”nın Paşinyana qarşı hücumlarını kəskin artırıb.