Etibar Məmmədov: “Hər yoldan ötənin fikrinə münasibət bildirməli deyiləm ki...”
Müsavat başqanının müavini Mustafa Hacıbəyli mətbuata açıqlamasında İsa Qəmbərin hakimiyyətlə hər hansı razılaşmada iştirak etməyən yeganə müxalif lider olduğunu bildirib.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu bu qənaəti bölüşmədiyini qeyd etdi: “Bir fərd və ya siyasi partiya özünü elə müdafiə etməlidir ki, bu zaman başqa şəxslərə və ya partiyalara böhtan və şər atmasın. Mən Müsavatın hakimiyyətlə bu vaxta qədər heç biri razılaşmada iştirak etmədiyi fikrini bölüşmürəm. Bildiyiniz kimi, Müsavat MSK və parlamentdə təmsil olunub. Hansı ki, hakimiyyətlə razılaşdırmadan bu qurumlarda təmsil olunmaq mümkün deyil. Bunu hər kəs bilir. ADP bu vaxta qədər nə MSK, nə də parlamentdə təmsil olunmayıb. Buna görə də bu gün ADP deyə bilər ki, bizim hakimiyyətlə razılaşmamız yoxdur. Lakin Müsavatın belə bir fikir səsləndirməsi doğru deyil”.
AMİP lideri Etibar Məmmədov isə bu məsələ ilə bağlı açıqlama vermək istəmədiyini qeyd etdi: “Mən hər yoldan ötənin fikrinə münasibət bildirməli deyiləm ki... Mən ümumiyyətlə heç bir məsələ ilə bağlı mövqe bildirmək istəmirəm”.
Seymur Əliyev