Xalq
artisti İlhamə Quliyeva digər xalq artisti Nazpəri Dostəliyevanı yenidən məhkəməyə
verib. Bu barədə AzNews.az-a I. Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat
verib. O bildirib ki, I. Quliyeva N. Dostəliyevadan verdiyi şikayətlə bağlı
birinci instansiya məhkəməsinin qərarından narazıdır. Vəkil deyib ki, məhz bu səbəbdən
də birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər:
“İlhamə xanım apelyasiya şikayəti verdi ki, 50 min manat azdır. Biz bu işlə əlaqədar
yüksək məbləğ qoymuşduq. Nazpəri Dostəliyevanın daha çox cərimələnməsini tələb
edirdik. Amma məhkəmə cəmi 50 min manat cərimə kəsdi. Biz bu məbləğlə razı
deyilik. Tələbimiz cərimə məbləğinin tam ödənilməsi ilə bağlı qərar çıxarılmasıdır”.
Xatırladaq ki, I.
Quliyeva N. Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər
vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200
min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb olunmuşdu. Nəsimi rayon
Məhkəməsi isə N. Dostəliyevanı 50 min manat cərimələmişdi.