Hazırda koronavirusun bütün dünyada sürətlə yayılması müşahidə edilir.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, koronavirusun geniş yayılmaqda olduğu Rusiyada daha qorxunc ssenarilərə hazırlıq prosesi həyata keçirilir.
Bu günlərdə mediaya açıqlama verən Rusiyanın əməkdar həkimi, Federasiya Şurasının Sosial Siyasət Komitəsinin üzvü Vladimir Kruqli və Rusiyanın baş sanitar həkimi Anna Popova koronavirus pandemiyasından qorunmaq baxımından kənd və digər ucqar yaşayış məntəqələrinin daha etibarlı olduğunu bildirib. Hər iki mütəxəssis qeyd edib ki, şəhər və meqapolislərə nisbətən, insanların nisbətən az məskunalşdığı, iri şəhərlərdən uzaq məsafədə yerləşən kəndlərdəki insanlar daha təhlükəsizdir.
Kəndlərdə insanlar arasında təmasın minimum olması da, burada yaşayan insanları “pandemik qəzb”dən qoruyan əsas amillərdən biri hesab edilir.
Bununla yanaşı, ekspertlər kənddə və ya şəhərdə yaşamasından asılı olmayaraq, hər kəsi koronavirusla bağlı zəruri tədbirləri almağa, ehtiyatı əldən verməməyə çağırıb.
Seymur ƏLİYEV