“Sosial şəbəkələrdə bəzi şəxslərin guya, Zahid Orucun qurultayımızı
boykot etməsi barədə yazması həqiqətəuyğun deyil. Zahid Oruc qurultaydan öncə
məktub yazmışdı və bildirmişdi ki, o xaricdə olduğundan qurultayda iştirak edə
bilməyəcək. Yəni ki, onun qurultaya gəlməməsi üzrlü səbəbdəndir”.
Bu sözləri Moderator.az-a
açıqlamasında AVP sədri, millət vəkili Fəzail Ağamalı söyləyib. AVP sədrinin
bildirdiyinə görə, partiyanın qurultayı yüksək səviyyədə keçib: “Amma bəzi
adamlar bizim tədbirə kölgə salmaq üçün bu cür uydurma məlumatlar yayır”.F.Ağamalı
müavin təyinatlarına, o cümlədən Zahid Orucu yenidən müavin təyin
edib-etməyəcəyinə dair suala da aydınlıq gətirib: “Sədr müavinlərinin
təyinatı noyabr ayına qədər təxirə salınıb. Bu Ali Məclisin səlahiyyətinə aid
məsələdir. Mən indidən deyə bilmərəm ki, Zahid Oruc müavin olacaq, ya
olmayacaq. Bu hələlik məlum deyil”.
Sədi