Bakı
şəhərində yeni hava limanı inşa olunacaq.Ələt qəsəbəsində
tikintisi planlaşdırılan bu hava limanı əsasən yük təyyarələrinin istismarı
üçün nəzərdə tutulacaq. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan
Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov gələcəkdə Bakı şəhərinin
inkişaf planı haqqında danışarkən bildirib.Nazirlik
rəsmisinin sözlərinə görə, hazırda bu layihə ilə bağlı danışıqlar aparılır: «Bu
ərazidə beynəlxalq dəniz ticarət limanının inşası burada hava limanının da
tikintisini zəruri edir. Ərazi coğrafi baxımdan olduqca əlverişli yerdədir.
Burada beynəlxalq limanın inşası və tranzit yüklərin daşınması Ələt qəsəbəsinin
logistik mərkəzə çevrilməsinə səbəb olacaq».Qeyd
edək ki, Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət
Limanı Kompleksinin tikintisi gedir. Artıq sahilə qədər uzunluğu