"Paşinyan Qarabağda ehtiyatlı davranmaq zorundadır, çünki özü “qarabağlı” deyil..."
Oxunub: 2971
02 Mar 2020 | 19:33
Tomas de Vaal – Karnegi Fondunun baş elmi əməkdaşıdır. O, Oksford Universitetini bitirib, rus və yunan dillərini öyrənib. Onun elmi ixtisası ilk növbədə Cənubi Qafqaz və Qara dəniz bölgəsi ilə bağlıdır. Tomas de Vaalın son kitabları “Böyük fəlakət: soyqırımın kölgəsində ermənilər və türklər” (2015), “Tanış olun: Qafqaz” (2010) adlanır. Buna qədər o, 20 il jurnalist, publisist, ekspert kimi çalışıb, Rusiya və Qafqaz məsələləri ilə məşğul olub: BBC-nin Ümumdünya xidmətinin əməkdaşı (1991-1993, 1998-2001), Rusiyada «Moscow Times», «The Times» və «Economist» nəşrlərinin reportyoru (1993-1997) kimi fəaliyyət göstərib. Çeçenistandan hazırladığı reportajlar əsasında Karlotta Qolla birgə 1998-ci ildə “Çeçenistan: Qafqazda fəlakət” kitabını yazıb. Onun 2003-cü ildə çapdan çıxmış, Qarabağ münaqişəsindən bəhs edən “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında”  fundamental tədqiqatı sonradan erməni, azərbaycan və rus dillərinə tərcümə edilib. 2002-2009-cu illərdə Tomas de Vaal «Conciliation Resources» qeyri-hökumət təşkilatının Cənubi Qafqazdakı münaqişələrin araşdırılması üzrə layihəsinin eksperti və rəhbəri olub, habelə Sülh və Müharibənin İşıqlandırlması İnstitutununda çalışıb. 2010-cu ilin mayından isə Karnegi Fondundadır.

– Son məqalənizdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendəki debatı haqqında belə yazmısınız: “30 illik münaqişə iki nəfərdən böyükdür”. Siz Münhendəki hadisəni “fiasko” adlandırmısınız. Orada yeni nə baş verdi ki, Münhen diskussiyasına belə kəskin qiymət verdiniz? Yoxsa, 30 ildir bağlı qapılar arxasında baş verənləri bütünlüklə “fiasko” adlandırırsınız?

– Mən həqiqətən Münhendəki debatın “fiasko” olduğu qənaətindəyəm, çünki bu görüş sülh danışıqlarını geri atdı. Hər liderin çıxışı sülh bağlamaq lazım olan diğər münaqişə tərəfi üçün qəbuledilməz idi. Amma “münaqişə iki nəfərdən böyükdür” ifadəsi elə anlaşılmalıdır ki, mən bu uğursuzluqda konkret olaraq iki lideri günahlandırmıram. Üç onillik ərzində münaqişə hər iki cəmiyyətin bütün qatlarına dərindən nüfuz edib. Bu, müasir Ermənistan və Azərbaycan üçün təməl daşıdır. Münhendə iki lider cəmiyyətlərinin böyük əksəriyyətinin paylaşdığı fikir və görüşləri ifadə etdi. Bağlı qapılar arxasında onlar əksər hallarda daha konstruktivdirlər. Beləliklə, debatın özünün quruluşu səhv idi – hər iki şəxs Münhendəki zalda toplaşanlarla yanaşı, həm də öz yerli auditoriyasına müraciət edirdi.

– Martın 31-də tanınmamış Dağlıq Qarabağda “prezident seçkisi” keçiriləcək. Məlum məsələdir ki, Paşinyanın Qarabağdakı dayaqları möhkəm deyil. “Seçki”də onun namizədinin qalib gəlməsi nəyə hesablanıb: daxildəki nüfuzunu qorumağa, yoxsa münaqişənin həllinə fokuslanmağa? Və “Paşinyanın namizədi” keçməsə, nə baş verə bilər?

– Mart ayında orada qalib gələcək istənilən namizəd Qarabağ ermənilərinin maliyyə dayağı və təhlükəsizlik qarantı olan Ermənistan hakimiyyəti ilə, o cümlədən Paşinyanla sıx əməkdaşlıq etməlidir. Paşinyan üçün əsas məsələ budur ki, həmin şəxs nə Bako Saakyan, nə də əvvəlki rejimlə bağlı olan bir digəri olsun. Paşinyan Qarabağda ehtiyatlı davranmaq məcburiyyətindədir, çünki sələflərindən fərqli olaraq, özü “qarabağlı” deyil. Düşünürəm ki, bu, onun danışıqlarda böyük fəallıq göstərməməsinin səbəblərindən biridir.

– Ermənistan Cənubi Qafqazda yeganə dövlətdir ki, Rusiya orada “fiziki” olaraq mövcuddur: milli təhlükəsizliyin təminatından tutmuş, sərhədlərin mühafizəsinədək. Siz isə məşhur “münaqişənin həllinin açarı Rusiyadadır” fikri ilə razı olmadığınızı deyirsiniz…

– Qarabağ münaqişəsində Rusiyanın rolunun digər münaqişələrə nisbətən daha az olduğunu izah edən bir çox səbəb var. Moskva həm Bakı, həm də Yerevanla yaxşı münasibətlərə üstünlük verir, onun Qarabağ erməniləri ilə ayrıca münasibətləri yoxdur; Moskvanın Ermənistanda əsgərləri var, amma Abxaziya, Cənubi Osetiya və Dnestryanı kimi münaqişə zonalarından fərqli olaraq, Qarabağ torpağında “əsgər çəkmələri” yoxdur. Nəhayət, Qarabağda etnik ruslar yoxdur. Təbii ki, Rusiyanın orada öz maraqları var, amma bunları şişirtmək lazım deyil, münaqişənin açarı bölgənin özündədir.

– Ukrayna məsələsi beynəlxalq aləmi Rusiyaya qarşı vahid mövqe ətrafında birləşdirdi – sərt bəyanatlardan tutmuş, sanksiyalaradək. Bunun fonunda Cənubi Qafqazın işğaldan əziyyət çəkən iki dövləti – Azərbaycan və Gürcüstana maraq azalıb. Münaqişə zonaları çoxdur və mülahizələr var ki, Ukraynanı da perspektivdə eyni aqibət gözləyir. Bu baxımdan Avropanın bilavasitə öz sərhədlərində, konkret Şərq Tərəfgaşlığı ölkələrində münaqişələrin həlli sahəsində siyasətini necə dəyərləndirisiniz? Məsələn, Qarabağ məsələsində deyə bilərəm ki, istər Azərbaycanda, istər Ermənistanda Minsk Qrupunun fəaliyyətindən razı olan adam tapmaq getdikcə çətinləşir.

– Minsk Qrupunun fəallığı və dinamikliyi son illərdə, şübhəsiz, azalıb. Bu da onunla əlaqədardır ki, Qarabağ münaqişəsi beynəlxalq aləmin gündəliyində arxa plana keçib, digər münaqişələr daha aktualdırlar. Bu, həm də ona görə baş verir ki, hazırda danışıqların əsas “aparıcıları” Ermənistan və Azərbaycan rəhbərləri özləridir və Minsk Qrupundan vasitəçi kimi istifadə etməyə daha az maraq göstərirlər. Bu səbəblərdən, əslində mən Minsk Qrupunun ünvanına əvvəlki illərlə müqayisədə indi xeyli az tənqid eşidirəm. Yəni Minsk Qrupu əvvəlki qədər əhəmiyyətli hesab olunmur. Avropa İttifaqına gəlincə, şəxsən mən çox istərdim ki, münaqişələrin həlli məsələsi Şərq Tərəfdaşlığı proqramının gündəliyinə ən mühüm məsələ kimi salınsın. Ancaq Avropa İttifaqı belə bir rol oynamır və bu vəziyyəti dəyişmək indi çətindir. Avropa İttifaqı, əvvəlki qaydada, bölgədə əsasən siyasi yox, iqtisadi oyunçu kimi çıxış edir və biz bunu münaqişələrə xüsusi diqqət yetirilməməsinin timsalında görürük.

– Cənubi Osetiya tamamilə Rusiyadan, Dağlıq Qarabağ isə Ermənistandan asılı vəziyyətdədir. Abxaziya sanki bir qədər daha sərbəst görünür, siz demiş, orada “dağ demokratiyasıdır” və neçənci seçkidir ki, rəhbər xalqın tələbi ilə istefaya göndərilir. Hər halda, Kremlin bu qurumlara münasibətlərində fərqlər hiss olunur. Sizcə, Avropanın da onlara münasibətlərində fərqlər varmı və ya olmalıdırmı? AB-nin Abxaziyaya münasibətinə dair siz bir neçə dəfə “tanınmadan cəlbolunma” termini də işlətmisiniz.

– Əlbəttə ki, ölçülərinə görə daha kiçik, “himayədar dövlətlərinə” daha çox inteqrasiya olunmuş və Avropa Birliyinə daha az maraq göstərən Qarabağ və Cənubi Osetiya ilə müqayisədə, Abxaziyanın AB-yə “tanınmadan cəlbolunması” üçün daha çox imkan görürəm. Abxaziyada hələ də həm Gürcüstandan, həm də Rusiyadan ayrı olmaq istəyən, Avropa İttifaqının əməkdaşlıq edə biləcəyi kosmopolit sosial qrup mövcuddur. Təəssüf ki, zaman keçdikcə Abxaziya Rusiyaya daha çox inteqrasiya edir və bu “beynəlxalqyönümlü” qrupun mövqeləri zəifləyir.

– Fikrinizcə, indiki şəraitdə Azərbaycanın mərkəzi hakimiyyətinin Dağlıq Qarabağla münasibətlərini necə qurması problemin həlli baxımından daha səmərəli olar?

– Düşünürəm ki, Azərbaycan hökuməti Qarabağ erməniləri ilə dialoqa girmək imkanını əldən verib. İndi bunu Yerevanla danışıqlara paralel olaraq, ərazi bütövlüyü ilə bağlı mövqeyinə xələl gətirmədən edə bilər. Münaqişəyə son qoymaq üçün “ürək və ağıl” siyasəti lazımdır, indiki halda mən belə bir siyasətin aparıladığının şahidi olmuram. Əlavə etməliyəm ki, Qarabağ azərbaycanlılarının da danışıqlara cəlb olunmasını şərtləndirən səbəblər var. Danışıqlarda həm Qarabağ ermənilərinin, həm Qarabağ azərbaycanlılarının iştirakını tələb edən məsələlər var ki, onlar yalnız Bakıda və Yerevanda həll olunmalı deyil. (pressklub)
Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi