150 ballıq tələbələr
Oxunub: 6185
25 Jul 2013 | 19:02
150 ballıq tələbələr
Ölkədə növbəti qəbul həyəcanı davam edir.Bütövlükdə millətimizin imtahanı sayıla biləcək bu proses gələcəyimizlə bağlı yetərli statistik məlumatlar verib.Biz onlardan yalnız biri üzərində dayanacağıq.

Əlbəttə razılaşmaq olar ki,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 1-ci ixtisas qrupu üzrə keçid balını 150-yə endirməsi məcburi addımdır və yaranmış vəziyyəti tənzimləmək üçün əl atdığı son çıxış yoludur.Cəmiyyətdə yüksək etimada malik olan bu dövlət qurumunun məlum qərarına görə onu qınamaq olmaz.Çünki boş qalmış vakansiyalar təkcə iş yerlərini itirəcək minlərlə müəllimdən deyil,eyni zamanda,o sahədə gələcək ixtisaslı kadrlardan da məhrum olmaq deməkdir.Hər halda Komissiya biliyin qiymətləndirilməsi üzrə peşəkar struktur kimi əldə etdiyi obyektiv reytinqi boş yerdən qazanmayıb.

Keçmiş illərdə mövcud olan qəbul cinayətlərini,əhali üzərində qurulmuş qara biznesi və möhtəkirlik əməllərini neytrallaşdırmağı bacaran TQDK-nın dövlət siyasətini uğurla gerçəkləşdirdiyini hətta bu kursun əleyhdarları da məmnunluqla qeyd edir.Bilik süzgəci normal olmayan ölkə hər zaman gözünü xaricə tikməlidir ki,onun sabahını kimlər müəyyənləşdirəcək.Hər halda bu strateji sahənin önəmi təkcə intellektual qabiliyyətlərə dəqiq diaqnoz qoymasında deyil,həm də təhsilin sabahını müəyyənləşdirməyə imkan yaratmasındadır.

İndi gələk müxtəlif illərdə rəqabət şəraitindən asılı olaraq dəyişən qəbul şərtlərinə.İndiki 150 bal nəyin ifadəsidir? Bu ayrı-ayrı orta məktəblərin,yoxsa bütünlükdə təhsilin qiymətidir?Bəlkə səhv tərtib etdiyimiz və islahat adlandırdığımız yanlış pedaqoji metodikaların,kurrikulum proqramlarının nəticəsidir?

İllər uzunu ixtisaslaşmış və hamının tanıdığı hazırlıq mərkəzlərinin verdiyi biliyi məktəblərin adına yazıb ümumi mənzərəni pərdələməsək axtardığımız cavabları tapa bilərik. Yəni,hədsiz beyin yüklənməsinə məruz qalan uşaqların zəif çiyinlərinə qoyulan bilik çantası və zəka yükünü nədən çəkə bilmədiklərinin səbəblərini aramalıyıq.

Bəlkə Afrikanın "iks" çayı barəsində tərtib etdiyimiz informativ testlərin az qala bir simvola çevrildiyi şagird tapşırıqlarını tərtib edərkən ömür boyu rast gəlinməyəcək belə məkanlardan çıxıb daha məhdud coğrafiyaların sualları üzərində düşünməliyik?Çünki yaradıcı təfəkkürü əldə etməyin başqa yolu hələ ki,yoxdur.

150 bal həm də Azərbaycan müəliminin ümumiləşmiş qiyməti sayıla bilərmi?Ötən illər ərzində vahid testdən keçməyən və öz fənnində uğur qazanmayan,yalnız aşağı maaşdan haqlı olaraq gileylənən böyük bir ordunun üzərində bu nəticəyə əsaslanıb içtimai məhkəmə qurmaq olmaz.Amma bir faktdır ki,indi az qala hamı keçmiş aristokratiyanın fərdi təhsil modelinə məcburi keçid edib.Vaxtilə zadəganların övladlarına verilən fərdi dərslər kimi repetitorluq hazırki uğurlu abituriyentlərin söykəndiyi yeganə bazadır.Lakin kollektiv dərs mühiti pozulmuş belə tələbələrin "kübar təhsil" nailiyyətləri sonrakı sınaqlara tab gətirmir.Çünki hədəf yalnız ali təhsil müəssisələrinə düşməkdir və belələrindən sabahın zəkalı,dünyagörüşlü,məntiqi mülahizələr yürüdən, rasional düşüncələrini sərbəst dilə gətirən minləri,on minləri qazanmaq müşkül məsələdir.

150 balllıq tələbənin 11 ilinin yekunu sabahın mühəndisi, riyaziyyat və fizika müəlliminin hansı kadrlardan seçiləcəyini bizə təqdim edir.Əsas biliklərin qazanıldığı orta təhsilin hər ili üçün cəmi 14 bal toplayan abituriyentin hər 9 ay ərzində cəmi 3 sualın cavabını yadda saxladığı üzə çıxır.700 ballıq şkalada 21 faizi təşkil edən bu göstərici peşəkar mütəxəssis rəyinə görə 11 illik proqramın da elə beşdə-birini təşkil edir.Bu halda "məcburi təhsil gərəkdirmi" sualını verənləri qınaya bilmirsən.Hələ üstəlik,nəzərə alsaq ki,işıqlı beyinlərə xərclənən investisiyanın belə nəticəsi müqabilində məsələn,təkcə Azərbaycan idmanı neçə-neçə zirək çiyinlərə,güclü qollara və iti ayaqlara ehtiyac duyur,onda indiki rəqəmlərin həm də bizi hansı gələcəkdən məhrum etdiyini yaxşı görə bilərik.Dövlətin ən yüksək mənəvi qayğısı,1 milyard 300 milyonluq manatlıq büdcə siyasəti və inqilabi sürətlə yeniləşən təhsil infrakstrukturunun fonunda geri qayıdan nəticə 150 rəqəmidir.Bu adamlar sabah millətin iqtisadi və sosial vəzifələrinin həllinə qoşulacaqlar.Ölkənin quruculuğu onlardan asılı olacaq.

Sovet dövründə yaranan elmi baza müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı.İndi isə endirilən kriteriyalar bizi gələcəyin körpü mütəxəssisini,torpaq quruluşu və geodeziya bilicisini,Vətənini coğrafi koordinat sistemlərində "silahsız gözlə" tapanları xaricdən ixrac etməyə məcbur edə bilər.

Oxşar addım başqa qruplar üçün atılsa,onda necə?1-ci qrupda 36 min nəfər tərkibdə marafona qoşulanlafın 20 mindən çoxu qeyri-qənaətbəxş göstərici ilə "turniri" tərk edib.Bu sovet dövrünün şkalası ilə "2" qiymətindən də aşağı göstəricidir.Elə isə informasiya vasitələrinin cəmiyyətə müjdə və xoş xəbər kimi təqdim etdiyi "güzəşt kampaniyası" sabahımızın hansı əlllərə tapşırılacağını təyin etməyə bizə imkan verir.Şübhə yoxdur ki,ictimai qaydalarımız,qonşuluq və dostluq münasibətlərimiz üzündən təbrik etdiyimiz bu balalar sabah ailələrinin üzərində ağır sosial yükə çevriləcəklər.Valideynləri müflis edən ali məktəb həyatı sadəcə diplom qazanmağa yönələcək.

150 ballıq tələbədən hansı mütəxəssis yetişdirməyin mümkünlüyünü təsəvvür etmək o qədər çətin deyil.Onlardan bir az yüksək balı daşıyan,lakin ali təhsil dövründə nəticə etibarilə "150-liklər hərəkatı"na qoşulan həkimləri də təbrik edib doğmalarımıza göz aydınlığı verərkən unuduruq ki,sabahın qeyri-peşəkarlarının yetişməsində necə mənfi rol oynayırıq.Halbuki heç bir fin,yaxud isveçli belə aşağı hədəfi "fəth edən" soydaşını alqışlamaz,onun naminə endirilən plankalara sevinməzdi.Çünki yalnız baryeri yüksək olan millətin işıqlı gələcəyindən danışmaq mümkündür.Belə həkimlər hər gün yeniləşən tibbi nailliyətlərlə ayaqlaşa bilməyib ağ xalatlı cinayətkarlara çevriləcəklər.Hətta universitetlər onlardan yaxşı mütəxəssis formalaşdırmağa çalışsa da,fundamentin kövrəkliyi o kadrların bazasında möhkəm və sağlam gələcək qurmağa imkan verməyəcək.Əllərində skalpel növbəti qurbanını gözləyən belə adamlar Azərbaycanın səhiyyə reytinqinə zərbə vurmaqda davam edəcəklər.Ölkənin Elmlər Akademiyasının dəyərli,mərhum başçısı qəlb krizi anında təyyarə axtarırsa,sıravi vətəndaş da fors-major halında eynən İrana,Türkiyəyə və Almaniyaya üz tutmağa çalışacaq.

Qeyri-rəsmi rəqəmlərə görə adamların bu məsrəflərinin maddi ölçüsü milyard dollardan yuxardır.Halbuki dövlətin ən müasir texnologiya və avadanlıqlarla təmin edərək tibbi personala təhvil vərdiyi xəstəxanalar,diaqnostik mərkəzlər,klinikalar Vətənə sağlam vətəndaş bəxş etməliydi.Bu ölkənin liderinin haqqıdır ki,göstərdiyi qayğının əvəzində insanların həyatının öz mütəxəssislərimizə təslim edildiyinin şahidi olsun.

Türkiyə Baş nazirinin sağlamlıq durumu ilə bağlı üz tutduğu ünvan məhz öz klinikaları olur.Millətinin tibbi nüfuzu üçün bundan yüksək reklam və qarantiya ola bilməz.Yalnız siravı zəhmətkeş-fəhlə can hüzurunu və kiçik parasını öz həkiminə xərcləyəndə yeni nəsil qurğuları çalışdırmaq və tibbi zirvələrə çatmaq mümkündür.Əks halda o avadanlıqlar bəzək əşyasına çevrilərdi.

Təhsilin vəzifəsi təmsil etdiyi toplumu kənar aslılıqdan xilas etməkdir!Elmin və təhsilin önəmi haqda ənənəvi tezisləri bir kənara qoyub düşünməliyik:150 ballıq "nailiyyətlər" hansı ağır həyat sualları ilə üstümüzə geri dönəcəkdir?
Oxşar xəbərlər
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb