"Qarabağla bağlı Qorbaçova konkret faktlarla dolu məktub göndərdik, bir neçə gün sonra..."
Oxunub: 3423
20 Feb 2020 | 21:19
Moderator.az AYB sədri Anarla müsahibəni təqdim edir:

- Anar müəllim, insan nə keçmişsiz yaşaya bilir, nə də gələcəksiz. Rahatlıqla keçmişə boylana bilərsiniz?

- Rahatlıqla, amma həm də nisgillə, kədərlə. Keçmişin elə günləri, anları var ki, onları bir daha yaşamaq istərdim.

- Siz tarixin övladısınız. Çox zəngin yaradıcılığınız var. Bu yaradıcılığınız müqabilində qazancınız nədir?

- Barəmdə və yaradıcılığım haqqında dediyiniz xoş sözlərçün sağ olun. Yaradıcılığımın müqabilində nə isə qazanacağım haqqında heç vaxt düşünməmişəm və heç vaxt yazı-pozumdan nə isə qazanmaq niyyətim olmayıb.

- Sizin yaradıcılığa başladığınız dövr həm məsuliyyətli, həm də çətin bir dövr idi. Ona görə ki, R.Rza kimi, S.Rüstəm kimi, S.Rəhimov kimi, M.İbrahimov kimi ədəbiyyat nəhənglərinə əsər bəyəndirmək, onların əlindən ədəbiyyata vəsiqə almaq hər kəsə nəsib olmurdu.

- Mənim ilk oxucularım atam Rəsul Rza, anam Nigar Rəfibəyli, əmim Ənvər Məmmədxanlı olub. "Kiminsə əlindən ədəbiyyata vəsiqə almaq" bir az mübahisəli məsələdir. Vəsiqəni, yəni Yazıçılar Birliyinə üzvlük biletini mənə 1964-cü ildə Mehdi Hüseyn təqdim edib. İlk hekayələrimi düz altmış il bundan qabaq "Azərbaycan" jurnalının 1960-cı il dekabr nömrəsində jurnalın redaktoru Əbülhəsən çap edib. Yaşlı nəsildən Məmməd Arifin, Mirzə İbrahimovun, Sabit Rəhmanın, Həmid Araslının haqqımda xoş niyyətli yazılarını, Süleyman Rüstəmin Şəki Teatrında tamaşaya qoyulmuş "Adamın adamı" komediyam haqqında, Süleyman Rəhimovun rus teatrında "Şəhərin yay günləri" pyesim haqqında, İlyas Əfəndiyevin "Sizsiz" xatirə romanım haqqında mənə dedikləri xoş sözləri də minnətdarlıq hissiylə xatırlayıram.

- Anar və "altmışıncılar" ədəbiyyatın axarını dəyişdilər. Bunun üçünsə, yəqin ki, özündən əvvəlki nəslin inkarı vacib idi. Kimlərdən imtina etdiniz və kimlərdən bəhrələndiniz?

- Ədəbiyyatın axarını "altmışıncılar" yox, zaman dəyişdi.

1953-cü ildə Stalinin ölümündən və 56-cı il hadisələrindən sonra zaman əhəmiyyətli dərəcədə başqalaşdı və Mirzə Cəlil Məmmədquluzadə demiş, "bir nəfəs genliyi" əmələ gəldi. Və yenə də Mirzə Cəlili xatırlayaraq, onun "Molla Nəsrəddin"i zəmanə yaratdı" fikrini altmışıncılara da aid etmək olar. Bizləri də zaman yaratdı. Amma əvvəlki nəsli inkar etmədik. Həm də kim idi axı bilavasitə bizdən əvvəlki nəsil? İsmayıl Şıxlı, İsa Hüseynov, Bəxtiyar Vahabzadə, Qabil... Biz onları necə inkar edə bilərdik və niyə inkar etməliydik?

Kimlər kimi yazmamaq, kimləri təkrarlamamaq, onları inkar etmək, xidmətlərini danmaq demək deyil. Kimlərdən bəhrələndiyimizə gəldikdə isə altmışıncılara ən çox təsir göstərmiş iki yazıçının adını çəkə bilərəm - biri dahi klassikimiz Mirzə Cəlil Məmmədquluzadə, biri bizim nəslin ağsaqqalı nasir İsa Hüseynov. Şeirdə də altmışıncılar ədəbiyyatına ən çox təsir edən şairin Rəsul Rza olduğunu desəm, bunu qeyri-təvazökarlıq saymasınlar. Bu, artıq təsdiq olunmuş ədəbi faktdır.

- Sizin ədəbi nəslin müzakirə məkanı haraydı? Harda toplaşırdınız? Kimləri oxuyurdunuz? Təbii ki, "qadağan olunmuş" ələbiyyatdan söhbət gedir.

- Desəm ki, əsasən mənim Vaqif küçəsində 30 nömrəli evdə yarızirzəmi mənzilimdə toplaşırdıq, bu, sizə qəribə gəlməsin. Çox vaxt bulvarda "Sahil" adlanan çayxanada görüşərdik, məhz restoranda yox, çayxanada. Qadağan olunmuş ədəbiyyata gəlincə, mən Moskvada ssenari kurslarında təhsil alarkən o vaxt çap olunmamış bəzi əsərlərin üzünü makinada köçürüb Bakıya gətirmişdim. Yadımda qalanlar Kafkanın "Proses", Heminqueyin "Çan kiminçün çalınır", Kamyunun "Yabançı", Pasternakın "Həkim Jivaqo" romanları idi. Bu gətirdiklərimlə dostlarımdan başqa atam, Ənvər Məmmədxanlı da tanış olmuşdular. Böyük bəstəkarımız Qara Qarayev da Heminqueyin həmin romanıyla mənim gətirdiyim nüsxə vasitəsilə tanış oldu və eşitdiyimə görə, əsər haqqında xeyli qeydlər edibmiş. Hardadır indi o qeydlər? Tapılsaydı çox maraqlı olardı.

- Yunus İmrənin bir beyti var:

Məni məndə demə, məndə deyiləm

Bir mən vardır məndə, məndən içəri.

Bəzən zahiri "mən"lə içəridə olan "mən"in əbədi savaşında insan özünü axtarır, bu zaman suallar qarşısında dayanmalı olur. Sizdə belə məqam olubmu?

- Təbii ki, olub və olur. İnsan ömrü, özəlliklə yazıçı ömrü elə öz-özüylə daxili dialoqdan ibarət deyilmi?

- Sizin bəxtinizə nə düşdü? Bir quruluşun digəri ilə əvəzlənməsi... Başqa quruluşda, başqa ruhda tərbiyə almışdınız. Necə ki, XX əsrin əvvəlində yaşamış sənətkarlar sosialist quruluşunu daxildən qəbul etmirdilər, oxşar proses XX əsrin sonunda da baş verdi. 1991-ci ildə rəsmən kapitalizm quruluşuna keçdik. Artıq yeni zövqü, dünyagörüşü, həyata baxışı fərqli bir nəsil dünyaya gəldi.

- Sizin bu sualınıza öz sözlərimlə deyil, başqa birisinin sözləriylə, mənim bütünlüklə paylaşdığım bir fikirlə cavab verəcəm. Deyirlər: "Sovet təbliğatı bizə sosializm haqqında nə deyirdisə hamısı yalan çıxdı, amma kapitalizm haqqında nə deyirdisə düz imiş...". Doğrudan da elədir. İndi guya ki, yaşadığımız kapitalist sistemi sənətə, ədəbiyyata, mənəviyyata qarşı ən azı laqeyd, biganə münasibətilə seçilir. Kitaba marağın azalmasından danışırıq. Marağın azalması bir yana dursun, kitabın təhqir olunmasına şahid oluruq. Görmüsünüzmü, Bakının bir çox restoranlarında divarlara klassiklərin və müasirlərin kitabları düzülür. Oxunmaqçün yox, sadəcə dekorativ element kimi. Bir restoranda - təbii, bunu özüm görə bilməzdim - amma eşitdim ki, qadın tualetinə Çexovun əsərlərini düzüblər. Kitaba bundan artıq həqarət olarmı? Sonra da deyirik ki, gənc nəsil ədəbiyyatı yetərincə dəyərləndirmir. Çexovla tualetdə tanış olanlardan nə gözləyəsən? Yeni nəslin zövqü, dünyagörüşü, həyata baxışı fərqlidirsə - çox gözəl, belə də olmalıdır. Amma elə mənəvi dəyərlər var ki - ədəbiyyata münasibətdə, o cümlədən - onlar dəyişmiş qalmalıdır - hansı quruluş, hansı texniki tərəqqi olur-olsun.

- Azərbaycan xalqının mənəviyyatını, psixologiyasını sizin qədər hiss edən, duyan ikinci bir qələm sahibinə rast gəlinməz. Qəhrəmanlarınız xalqın içindən çıxmış adamlardır. Yaratdığınız ən sadə adamlar elə zahirən adi adamlar kimi görünsələr də, daxili aləmləri zəngindir. Bir kiçik hekayədə, bir xırda essedə bir neçə problem qaldırırsınız. Və ən əsası bu problemləri vaxtında qaldırırsınız. Hansı yazılarınızda sizi görmək olar?

- Əvvəla, haqqımda dediyiniz xoş sözlər üçün təşəkkür edirəm. Sözlərinizdə mübaliğə varsa da, yenə bunları eşitmək kimə xoş gəlməz? Verdiyiniz qiymətlər arasında ən çox ürəyimə yatan bu fikrinizdir: "Qəhrəmanlarınız xalqın içindən çıxmış adamlardır". Niyə bu fikir ürəyimcədi? Çünki uzun zaman ədəbi həyatda belə bir təsəvvür vardı ki, xalqın içindən çıxan adamlar yalnız kənddə yaşayanlardır. Kənddə yaşayanları və onlar haqqında həqiqəti yazan yazıçılarımızı yüksək dəyərləndirirəm, amma şəhər əhlinin, ən adi şəhər sakinlərinin guya xalqın içindən çıxmadığını demək də ədalətsizlikdir. Bəs ziyalılar - həkimlər, müəllimlər, sənətkarlar - xalqın içindən çıxmayıb hardan çıxıblar? Aydan, ya Marsdan gəliblər? Oralarda ki, həyat yoxdur. "Hansı yazılarımda məni görmək olar" sualınıza isə belə cavab verərdim: "hamısında".

- Deyirlər, Anar müəllim kifayət qədər qapalı adamdır. Obrazınızı yazmış olsaydınız necə xarakterizə edərdiniz özünüzü?

- Bilmirəm mənim haqqımda bu mif nəyə əsaslanır, məni niyə qapalı adam sayırlar? Məni yaxından tanıyanlar təsdiq edə bilərlər ki, mən maraqlı söhbətə, səmimi ünsiyyətə, etibarlı dostluğa çox açıq olan bir insanam. İntəhası heç tanımadığın, ya ilk dəfə təsadüfən küçədə rast gəldiyim adama ürəyimi açası deyiləm ki... Son zamanlar dəb düşmüş şəkil çəkdirmək modası isə, məni, doğrusu, üzür, lap yaxşı niyyətlə olsa da. Heç kəsin könlünü qırmaq istəmirəm, amma otuz doqquz dəfə çəkilməyə razı olub, qırxıncı dəfə imtina edəndə, "yox, bu gün artıq şəklimi çəkdirmişəm" - deyəndə məndən inciməsinlər, nəzakətsizlik kimi, qapalılıq kimi qəbul etməsinlər. Öz obrazım isə, əvvəlki sualınıza cavab olaraq dediyim kimi, bütün yazdıqlarımda var.

- Bir dəfə yazmışdınız ki, üç şey çətindir? Soyuqda dənizə girmək, səhər yuxudan durmaq və yazıya başlamaq...

- İndi dörduncüsünü də əlavə edə bilərəm. Müsahibə üçün verilən suallara vaxtında cavab vermək.

- Qarabağla bağlı əsassız iddialar başlanandan bəri Azərbaycan Yazıçılar Birliyi xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün ardıcıl fəaliyyət göstərib. Bu barədə...

- Bilirsiniz, mən bu barədə dəfələrlə danışmışam, yazmışam, elə çıxmasın ki, gördüyümüz az-çox işləri daima reklam etməklə məşğulam, Qarabağ məsələsi başlanan ilk günlərdən bu məsələyə fəal müdaxilə etməyimiz xal qazanmaq üçün deyildi, bizim vətəndaşlıq və yazıçılıq borcumuz idi. Amma madam ki, sual verirsiniz bir daha xatırladım. Parisdə akademik Aqanbekyanın Dağlıq Qarabağın Ermənistana qatılması barədə bəyanatı haqqında xəbər çatan kimi Yazıçılar Birliyində toplaşdıq, Qarabağın tarixi, əzəldən bəri Azərbaycana məxsusluğu haqqında Qorbaçova konkret faktlarla dolu məktub göndərdik. Bir neçə gündən sonra o vaxt Azərbaycan KP MK-nın ikinci katibi işləyən Konovalov mənə telefon edib dedi ki, Qorbaçov məktubunuzu alıb və Azərbaycan yazıçılarını əmin edir ki, heç bir sərhəd dəyişikliyindən söhbət gedə bilməz. Bu sözləri Qorbaçov dəfələrlə, o cümlədən akademik Midhət Abbasov, akademik Adilə xanım Namazova və mənimlə şəxsi görüşümüz zamanı da təkrar edirdi. Amma söz bir, əməl ayrı.

O vaxt Kommunist partiyasına etibar qalmamışdı, başqa partiyalar da hələ yox idi. Hamı, o cümlədən qaçqınlar və köçkünlər Yazıçılar Birliyinə üz tuturdular və biz də bacardığımız qədər problemlərini həll etməyə çalışırdıq. Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evində qaçqınları yerləşdirdik... 1990-cı ilin Qara yanvarı haqqında Moskva mətbuatında - "Pravda" qəzetində çıxan ilk yazı mənimlə müsahibə idi. Xocalı faciəsi haqqında Moskva mətbuatında "İzvestiya" qəzetində dərc olunmuş ilk məlumat Yazıçılar Birliyimizin SSRİ yazıçılarına müraciətində verildi. SSRİ Xalq deputatı kimi Ali Sovetin sessiyalarında, Moskva və Türkiyə televiziya kanallarında, Bakıda olduğum zaman mitinqlərdə Qarabağ məsələsi barədə dəfələrlə çıxışlar etmişəm. Qara yanvar günlərində Akademiyada ilk toplantını mən aparırdım. Elə həmin gün Bəxtiyar Vahabzadə radioyla deputatları iclasa çağırdı. Gecə Fövqəladə vəziyyət şəraitində Azərbaycan Ali Sovetinin iclasını İsmayıl Şıxlı apardı. Mənim yazdığım və kürsüdən səsləndirdiyim bəyanatlar beynəlxalq təşkilatlara göndərildi.

O vaxt sovet siyasətinə əsas etiraz forması kimi Xalq Cəbhəsinin yaradılması haqqında dörd yazıçımız bəyanat verdi: İsmayıl Şıxlı, Məmməd Araz, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı. Sabir Rüstəmxanlı mitinqlərin əsas aparıcılarından idi. Meydan Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın çıxışlarını hərarətlə qarşılayırdı. Yeri gəlmişkən, Xəlil Rza həbs olunanda Yazıçılar Birliyində onu müdafiə Komitəsi yaratdıq və mən Moskvada Lefortova türməsində Xəlillə görüşdüm. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kryuçkova Xəlil Rzanın azad olunması barədə deputat blankında məktub yazdım. Az sonra Xəlil azad edildi.

- Gənclərimizin içində "bizdən əvvəl ədəbiyyat olmayıb deyənlər var. Siz nə deyirsiniz?

- Yüngülvari naxoşluqdur. Zökəm kimi. Keçib gedər, inşallah. Özü də bilirsiz haçan sağalacaqlar? O vaxt ki, daha gənc nəsil gələcək və onların arasında da "bizdən əvvəl ədəbiyyat olmayıb" deyənlər tapılacaq... Ümumiyyətlə, iddiayla istedad tərs mütənasibdir. Biri az olanda, o biri çox olur və tərsinə.

- Sizi türkçülükdə ittiham ediblər, müsahibələrinizin birində "Türkçülük damğası" "həmişə ailəmizin üstündə olub" - deyirsiniz.

- Bu sözü deməyə əsasım var ki deyirəm. Həm də ailəmizin bir neçə nəslinə türkçülük, millətçilik "damğasını", əsasən daşnak ruhlu ermənilər vurub. Ancaq faktlar: Ulu babam, Azərbaycanda ilk siyasi partiyanın - "Difai" partiyasının Gəncədə yaradıcısı Ələkbər bəy Rəfibəylini erməni millətçiləri əsas düşmənləri sayırdılar. Rotmistr Astroyantsın raportunda "Difai" partiyası və şəxsən Ələkbər bəy çar rejiminə asi olan, milli maraqlara xidmət edən, İranda Səttarxan hərəkatına silah göndərilməsinin təşkilatçısı kimi suçlandırılırdı. Ələkbər bəyin oğlu, babam, cərrah Xudadat bəy Rəfibəyli Gəncədə Nuru paşanı, Mürsəl paşanı qarşılayan şəxs (birgə fotoşəkilləri durur), Azərbaycan Cümhuriyyətinin Fətəli xan Xoyski hökumətində ilk səhiyyə naziri, sonralar Gəncənin general-qubernatoru - bolşeviklər hakimiyyətə gələndə həbs olunur. Tədqiqatçılar Gəncə üsyanının səbəblərindən biri kimi Xudadat bəyin həbsini göstərirlər. İstintaq zamanı Xudadat bəyi ermənilərə qarşı hərəkətlərinə görə ittiham edirlər. Xudadat bəy bunu qətiyyətlə rədd edir və "imkan versəydilər sənədlərlə bu ittihamları təkzib edərdim" - deyir. İttihamlar isə yalnız erməni millətindən olan "şahidlər" tərəfindən verilib. Ancaq və yalnız bu "şəhadətlərin" əsasında erməni müstəntiqlər Xudadat bəyi ölüm cəzasına məhkum ediblər və o, Nargin adasında güllələnib.

Sovetin sonrakı illərində də ailəmizə qarşı bu "daşnak siyasəti" davam edib.

40-cı illərin ikinci yarısında Təhlükəsizlik Komitəsi sədrinin müavini Xoren Qriqoryanın Mir Cəfər Bağırova ünvanladığı təqdimatda atası "müsavatçı" kimi güllələnən, mühacir qardaşı Türkiyədə SSRİ-yə qarşı mübarizə aparan Nigar Rəfibəylinin və anasının sovet düşmənləri kimi sürgün edilmələri təklif olunurdu. M.C.Bağırovun dərkənarıyla ailəmiz bu bəladan xilas oldu.

70-ci illərdə Sero Xanzadyanın Moskvaya göndərdiyi danosda Rəsul Rza pantürkist, millətçi, Lenin milli siyasətinin düşməni adlandırılırdı və Heydər Əliyevin onu Sosialist Əməyi Qəhrəmanı adına təqdim etməsi qınanırdı. Rəsul Rzanın ilk redaktoru olduğu Azərbaycan Ensiklopediyasında guya ki, millətçilik, türkçülük təmayüllərinin olmasına qarşı Moskvadan başlanan təxribatın əsasını S.Şaumyanın oğlu Levon Şaumyan qoymuşdu.

Mənim redaktoru olduğum "Qobustan" toplusu haqqında "özümüzkülərin" danoslarında bu nəşrin türk sözləriylə doldurulması, ruhu etibarilə türkçü olması haqqında "xəbərdarlıq" edilirdi. Bu xəbərdarlıqların da qarşısını Heydər Əliyev almışdı.

Sonrakı illərdə Ermənistan Yazıçılar İttifaqının o vaxtkı sədri Vardges Petrosyan deputatların Qorbaçovun yanında görüşündə məlumat vermişdi ki, Azərbaycanda antierməni əhval-ruhiyyəsini yaradan Anardır. O vaxt mən deputat deyildim və o görüşdə iştirak etməmişdim. O görüşdə Vardgesin cavabını Mirzə İbrahimov vermişdi. Ermənistan Yazıçılar İttifaqının Vardgesdən sonrakı rəhbərliyi də Moskvaya, SSRİ Yazıçılar İttifaqına məktub göndərmişdi ki, Anar millətçidir, ermənilərin düşmənidir, dünya mətbuatında sovet milli siyasətinə zidd olan yazılar çap etdirir, məsələsini SSRİ Yazıçılar İttifaqının rəhbərliyində və partiya təşkilatında müzakirə etmək və onu cəzalandırmaq lazımdır. Kifayətdir? Yetər? Ya məni ölümlə hədələyən erməni məktublarından və telefon zənglərindən, ASALA terror təşkilatının qətl siyahısına salınmağımdan da danışım?

- Bu yaşda adam keçən ömrü, ötən günləri yada salır. İtirdiyiniz doğmalarınızdan danışın.

- Niyə tez-tez yaşımı xatırladıb məni kədərləndirirsiniz?

İstəyirsiniz cavab verim ki, nə qədər qoca olsam da dəyərəm min cavana? Yox, belə təkəbbürlü cavab vermək istəmirəm. Hər yaşın öz gözəlliyi var. Mark Tven demiş, vacib yaş deyil, insanın ona münasibətidir. Mən indi hər gün gənclik illərimdən daha çox işləyirəmsə, yazılar yazıramsa, ancaq ona heyifsilənirəm ki, cavanlığımda kompüter olmayıb. Bir də bəzən yazmaq vaxtımı yaşamaq vaxtına qurban verdiyimə təəssüflənirəm. İtirdiyim doğmalardan kifayət qədər yazmışam. Valideynlərim, onların bir-biriylə münasibətləri haqqında "Sizsiz" adlı sənədli romanımda, əmim Ənvər Məmmədxanlı haqqında "Həyatım ağrıyır" adlı sənədli povestimdə yazmışam. Dünyadan köçmüş dostlarım haqqında onların xatirəsinə həsr etdiyim yazılarda bəhs etmişəm. Yenidən burda bir-iki kəlməylə söhbət açmağa ehtiyac yoxdur.

- Moskvada tələbəlik həyatınızdan danışın. Vaqif Səmədoğlu, Fikrət Qoca...

- Vaqifin "Günün baxtı" adlı şeiri var. İlin də bəxti olurmuş və bizim bəxtimizə düşübmüş. Çünki bizim Moskvada Ali ssenari kurslarında oxuduğumuz illər - 1962-1964-cü illər SSRİ tarixinin nisbətən mülayim illəri idi və kurslara da bütün respublikalardan, Moskvadan, Leninqraddan ən açıq fikirli, demokratik, azad düşüncəli gənclər qəbul olunmuşdu. Amma elə bizim təhsil dövrümüzün ortasında - 1963-cü ilin dekabrında Xruşşovu Manejdə avanqardist rəssamların sərgisinə apardılar. Təsviri sənətdən (elə başqa sənətlərdən də) xəbəri olmayan Xruşşov cin atına minmişdi. Necə ola bilər ki, onun rəhbərlik etdiyi ölkədə abstrakt burjua sənətinə imkan yaransın. Və mərəkə qopdu. Sənəti sıxmağa, boğmağa başladılar. Dəqiq bir söz var: Moskvada dırnaq tutanda əyalətlərdə barmaq kəsirlər. Azərbaycanda bu "abstrakt" sənətlə mübarizə kampaniyası Rəsul Rzanın yenicə nəşr olunmuş "Rənglər" silsiləsindən başlandı. Atam mənə Moskvaya "Ədəbiyyat qəzeti"ni abunə yazdırmışdı. Hər həftə qəzet gəlirdi və hər nömrədə "Rənglər" haqqında bir-birindən iyrənc, nadan yazılar dərc olunurdu.

Vaqif və Fikrət haqqında isə dəfələrlə yazmışam, o cümlədən Moskvada tələbəlik illərimiz haqqında da. Bəlkə bu müsahibəmiz bir az da reklam xarakterli olsun. Bu yazılarımı (və təbii ki, başqa yazılarımı da) oxumayanlar oxusunlar.

- Özünüzü peşəkar şair hesab etmirsiniz, amma kitabda toplanan şeirlərdə həqiqi poeziya örnəkləri var. Musiqişünas alim, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zemfira Səfərova ömür gün yoldaşınızdır, "Ən gözəl əsərimsən" şeiri necə yarandı?

- Şeirlərimə verdiyiniz qiymət üçün sağ olun. "Şair deyiləm" deyəndə peşəkar şairləri qıcıqlandırmamaq üçün belə deyirəm. Bir az da təvazökarlıqdan. Amma Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən kimi ustad şairlər şeirlərimi bəyəniblərsə, özümü bir az da şair saymağa bir az haqqım çatır. Həyat yoldaşım Zemfira xanımla 75 ildir tanışıq, yəni 1945-ci ildə musiqi məktəbinin birinci sinfindən bir yerdə oxumuşuq, 58 ildir evliyik. "Zemfiraya" şeirim isə, 2002-cı ilin 27 yanvarında toyumuzun qırx illiyi günü yazılıb.

- Bu qədər gərgin iş rejimi sizi yormur?

- Məni işləyə bilmədiyim günlər yorur.

- İnsan ömrü yoldur deyirsiniz. Ancaq bu yolun sonunacan insan haralardan keçmir? Yollar insanı hara aparırsa, sonda özünə qaytarır. Ən düzgün yol hansıdır?

- "Sonda özünə qayıtmaqçün" gərək heç vaxt "özündən getməyəsən". Bu ifadənin hər iki mənasında. Ən düzgün yolu isə bir Allah bilir. ("Ədəbiyyat" qəzeti)
Oxşar xəbərlər
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 15:42
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
26 Apr 2024 | 15:38
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Apr 2024 | 15:35
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”