Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə Xocalı soyqırımı ilə açıqlama yayıb. Açıqlamasıdna ermənilərin buna görə heç bir məsuliyyət daşımadığını bildirən Paşinyan, baş verənlərə görə bütün məsuliyyətin Rusiyanın, onun 366-cı motoatıcı alayının üzərinə düşdüyünü bildirib.
Moderator.az-a açıqlamasıənda Paşinyanın məlum fikrinə münasibət bildirən millət vəkili Asim Mollazadə, bunu erməni tərəfinin məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib:
“Paşinyan yalan danışır. Çünki soyqırımı törədənlər bəllidir. Onlar heç vaxt öz cinayətlərini gizlədə bilməzlər. Sadəcə, biz çalışmalıyıq ki, beynəlxalq tribunal yaradılsın və mülki insanları qətlə yetirən, etnik zəmində təmizləmə işləri aparan ermənilər bu tribunal qarşısında cavab versinlər.
Paşinyan bu cinayətə görə məsuliyyətdən yayınmaq istəyir, amma bu, alınmayacaq. Dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıyıb. ABŞ-ın bir sıra ştatlarında da bu soyqrım tanınıb. Azərbaycan bundan sonra da “Xocalıya ədalət” kampaniyasını davam etdirəcək”.
Seymur ƏLİYEV