Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azərbaycan çempionu “Neftçi” Albaniyanın “Skenderbeu” klubu ilə səfərdə qarşılaşacaq. Bakıdakı ilk oyunda rəqibinin müqavimətini qıra bilməyən “Neftçi” növbəti mərhələ şansını səfərdə həll etməlidir.
Avropa.info-ya məlumatlı mənbələrdən daxil olan məlumata görə, “Neftçi” rəhbərliyi növbəti mərhələyə çıxmaq üçün məsələni yaşıl meydanlarda həll etməyi düşünmür. Belə ki, “Neftçi” ötən mövsüm APOEL səddini keçdiyi kimi, bu dəfədə albanları pul hesabına “məğlub” edəcək.
Məlumata görə, “Neftçi”nin növbəti mərhələyə keçməsində ən çox AFFA prezidenti Rövnəq Abdullayev maraqlıdır. Son zamanlar SOCAR şefinin AFFA-dakı postundan uzaqlaşdırılması məsələsi gündəmdə olduğundan Rövnəq Abdullayev “Neftçi”nin “uğurlu” çıxışı fonunda hakimiyyətin yuxarı dairələrində özünün nüfuzunu bərpa etməyi düşünür.
Məlumata görə, albanlarla sövdələşmə SOCAR-a 3 milyon avroya başa gəlib.
Bu arada "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin "mərhələ adlamasaq, istefa verəcəyəm" açıqlaması da albanlarla sövdələşmənin doğruluğunu təsdiqləyir.
Məsələ ilə Əlaqədar olaraq Moderator.az-a açıqlama verən Neftçi futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə onların hal-hazırda Albaniyada olduğunu və həyəcanla axşamkı oyunu gözlədiklərini bəyan etdi: “Bunların hamısı şayiədir və bu deyilənlərin heç bir əsası yoxdur”
Xəyal Əzizov