Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov yenidən Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti seçilib.
Bu barədə APA-ya ATF-nin vitse-prezidenti Nağı Səfərov məlumat verib.
N. Səfərov bildirib ki, iyulun
14-də Meksikanın Puebla şəhərində Dünya Taekvondo Federasiyasının 24-cü Baş
Assambleyası keçirilib. Toplantıda Federasiyanın növbəti müddət üçün rəhbərliyi
və İdarə Heyəti də müəyyənləşib.
N. Səfərov deyib ki, ATF-in prezidenti Kəmaləddin Heydərov növbəti dəfə DTF-nin
vitse-prezidenti seçilib.
Qurumun prezidenti Çunq Von Ço, digər iki vitse-prezident isə Misir nümayəndəsi
Əhməd Foli ilə İtaliyanı təmsil edən Sun Caepark olub.
Qurumun İdarə Heyətinə 14 nəfər üzv seçilib.
Qeyd edək ki, K. Heydərov bundan əvvəlki iki dönəmdə də Dünya Taekvondo
Federasiyasının vitse-prezidenti olub.