Moderator.az xəbər verir ki, 1990-cı ilin 20 Yanvar faciəsinin ildönümü yaxınlaşdıqca, erməni mətbuatının ölkəmizə yönəlik böhtan və yalanları da artmaqdadır. 1988-1990-cı illərdə Azərbaycanda ermənilərə qarşı kütləvi zorakılığın sərgiləndiryini iddia edən düşmən mediası, bu proseslər fonunda nə az, nə çox – düz yarım milyon erməninin ölkəmizi tərk etdiyini bildirib. Hansı ki, Azərbaycanda nə zamansa bunca erməninin yaşadığını iddia etmək həm statistik məlumatlara, həm tarixi həqiqətlərə, həm də adi məntiqə ziddir.
Əslində ermənilərin özlərinə yaxşı məlum olan bu gerçəyin niyə məhz təhrif edilmiş şəkildə təqdim etdiyini anlamaq üçün Qarabağdakı separatçı rejim liderlərinin səsləndirdiyi bəyanatlara nəzər salmaq kifayətdir.
Qarabağ probleminin sülh yolu ilə həllinə maraq göstərməyən, əksinə, işğaldakı torpaqlarımızda yeni hərbi hissə və istehkamların açılışını həyata keçirən düşmən, vaxtiylə Azərbaycanda yaşayan ermənilər yenidən “doğma torpaqlarına” qayıtmaya qədər problemin həlli istiqamətində hər hansı addım atmayacaqları ilə bağlı bəyanatlar səsləndirməkdədir. Erməni mediasının təqdim etdiyi uydurma rəqəmə istinad etsək, belə məlum olur ki, düşmən tərəfinin bu həyasız istəyini gerçəkəşdirmək üçün yarım milyon erməninin Azərbaycana köçürülməsini təmin etməli, bizə güllə sıxanlara qucaq açmalıyıq. Hansı ki, bütün ermənilər onsuz da tarixi Azərbaycan torpaqlarında – indiki Ermənistan ərazisində yaşamaqdadır və onlar sonsuza qədər Azərbaycan insanına hər mənada borcludurlar.
Irəvanın ac xalqının qarnını hec cür doyura bilmədiyi, bu səbəbdən də ondan imtina etməyə hazır olduğu bəlli həqiqətlərdən biridir. Lakin rəsmi İrəvanın öz xalqından imtina etməsi o demək deyil ki, Azərbaycan onun torpaqlarını zəbt edənləri yemləməli, onlara qucaq açmalıdır. Biz işğalçını yalnız gülləyə qonaq edə, ona su əvəzinə öz qanını təklif edə bilərik. Bizim bunun xaricində işğalçıya verəcək heç nəyimiz yoxdur və gələcəkdə də olmayacaq. Bu baxımdan İrəvanın özünü güllə ziyafətinə hazırlamasında fayda var. Bu baxımdan 2016-cı ilin aprel döyüşləri bu böyük ziyafətin ilk “xoş gəldini” hesab edilə bilər.
Seymur ƏLİYEV