Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinə Ermənistan Silahlı Qüvvələrinin illər uzunu davam edən hücumu qonşu ölkədəki soydaşlarımız tərəfindən ciddi narahatlığa səbəb olmaqdadır.
Xeyli sayda azərbaycanlının öldürülməsi və oğurlanması ilə müşahidə edilən olaylarla bağlı müşahidə edilən ən böyük qəribəlik isə rəsmi Bakının baş verənlərlə bağlı nümayiş etdirdiyi susqunluqdur. Rəsmi Bakı məlum olaylarla bağlı Gürcüstana etiraz notası verməlidirmi? Ümumiyyətlə, təhlükəsizliyi üçün cavabdehlik daşıdığı azərbaycanlıların öldürülməsinə etinadsızlıqla yanaşan Gürcüstan hakimiyyətinə hansısa formada etiraz bildirilməlidirmi?
Moderator.az saytının sualını cavablandıran Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu baş verənlərin iki ölkə arasında müzakirə edilməli olduğunu vurğuladı:
“Azərbaycanın Gürcüstana nota verib-verməməli olduğu ilə bağlı konkret mülahizə yürüdə bilmərəm. Ən azından ona görə ki, Gürcüstanın öz vətəndaşları ilə bağlı Azərbaycan qarşısında hər hansı bir hüquqi öhdəliyi yoxdur. Lakin ermənilərin Gürcüstan ərazisində azərbaycanlılar yaşayan kəndlərə hücumu Azərbaycan və Gürcüstan arasında müzakirə predmeti ola bilər”.
Seymur Əliyev