"Çoxları elementar biliyi, qabiliyyəti olmayan, jurnalist adına yaramayan adamlardı..."
Oxunub: 3596
20 Dec 2019 | 11:57
Moderator.az saytının bugünkü qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddir. 

- Ən çox oxunanlar siyahısında olan “525-ci qəzet”in baş redaktorusunuz. Qəzetinizdə gənclərə çox yer ayırırsınız. Heç düşünmüsünüzmü ki, imzası tanınmayan gənclərə redaksiyanın qapısını açmaq qəzetin nüfuzuna xələl gətirə bilər?

- Əksinə, mən güvəndiyim gənclərə, istedad işartısı hiss etdiyim gənclərə qəzetdə həmişə mənmuniyyətlə yer ayırmışam. “525-ci qəzet”in ilk sayı 1992-ci ildə noyabrın 17-i çap olunub. Və o zaman da mən müraciət etmişdim bütün gənclərə ki, “525-ci qəzet” gənclərin qəzeti olacaq. Gəlin, qapılarımız sizə açıqdır. O vaxtdan sonra da istedadlı gənclərə, istedadını hiss etdiyim gənclərə qəzetdə ürəkdolusu yer vermişəm. Heç vaxt da peşmançılıq çəkməmişəm. Düzdür, bu gənclərin arasında bəziləri olub ki, jurnalistikaya, ədəbiyyata o qədər də meyl etməyib, sonra başqa yol seçiblər. Amma, zaman keçdikcə “525-ci qəzet” həm bizim yaşlı, qocaman, klassik yazarların, ziyalıların, mədəniyyət adamlarının qəzetinə çevrilib. Eyni zamanda, gənclər də heç vaxt “525-ci qəzet”dən uzaq qalmayıb. Bir sözlə, gənclərə yer ayırdığımız üçün mən həmişə qürur duymuşam.

- Sirr deyil ki, bir çox gənclərin ədəbi mühitdə tanınmasında rolunuz böyükdür. Bəzən bu gənclərin sizin əleyhinizə yazdığı statusların da, verdiyi müsahibələrin də şahidi oluruq. Amma, belə görürəm, gənclərə olan ümidləriniz həmişəyaşıldır. Maraqlıdır, Rəşad Məcid ümidlərini xəzanlardan necə qoruyur?

- Bəzən bəzi gənclərdən nankorluq görəndə, əleyhimə yazılan statusları oxuyanda və yaxud da bəzən Yazıçılar Birliyini tərk edən gənclərlə bağlı pessimist məqamlarım olur. Düşünürəm ki, bəlkə mən gənclərə həddindən artıq çox güvənirəm. Bu məqamda, “Ulduz” jurnalının baş redaktoru şair Qulu Ağsəsin bir sözü yadıma düşür: “Rəşad Məcid gəncləri yetişdirmir, onları qudurdur”. Bilirsiniz, Qulu Ağsəs bunu haçan deyir? Mənim gənclərə həddindən artıq güvənməyimi sezəndə, onları tərifləyəndə, onlara imkan yaradanda, onları təbliğ edəndə… Bu sözü həmişə təbəssümlə xatırlayıram, amma mən “qudurmaq” sözünü gənclərə və heç kimə yaraşdırmıram. Ola bilər, gənclər “ulduz xəstəliyi”nə tutulur. Bunu da normal qarşılamağa çalışıram. Müəyyən dövrlərdə hansısa insanda mənəvi təbəddülatlar olur. Amma stedad məni həmişə təsirləndirir. İstedadlı gənclərə kömək etməkdən zövq alıram. Bəzən istedadına güvəndiyim gənclər məndən küsür, əleyhimə danışır. Umurlar ki, onları təbliğ edim, amma yenə deyirəm, mən istedad əlamətləri hiss etmədiyim gənclərə dəstək ola bilmirəm. Ola bilər, kiminsə yazısını çap edim, amma istedad hiss etdiyim gənclərə daha çox ürəkaçıqlıq göstərirəm. Heç vaxt da peşman olmuram, müvəqqəti məyusluğum olur, amma peşmançılıq yox.

- Bu yaxında bizim jurnalistlərimiz Ermənistana, Şuşaya, Kəlbəcərə, erməni jurnalistləri də Bakıya baş çəkdilər. Bakıda olan zaman erməni jurnalistləri, hətta, fəaliyyət göstərməyən kilsələrini də ziyarət etdilər. Bəs belə bir təşəbbüs yenə olsa, bu dəfə bir jurnalist kimi sizi ora göndərsələr, doğma Laçında, Ağdamda ilk görmək istədiyiniz yer hara olardı?

- Jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət birmənalı olmasa da, mən bunun həmişə tərəfdarı olmuşam. Düşünürəm ki, jurnalistlərin ora getməsinin bizə ziyanı yoxdur, xüsusən də, Qarabağı bilən, ora bağlı olan jurnalistlərin o torpaqlara getməsi və təsirli yazılar yazması Qarabağı unudulmağa qoymayacaq. Bizə Qarabağı xatırladacaq. Eyni zamanda, erməni jurnalistlərin də gəlib Bakını görməsində bir qəbahət görmürəm. 2001-ci ildə BMT-nin təşəbbüsü ilə, BMT-nin kiçik bir təyyarəsində bir neçə həmkarımla birgə İrəvana getmişdik, amma Qarabağa getməmişəm. Şübhəsiz ki, doğma, uşaqlığımın keçdiyi məkanları: Şuşa, Laçın, Ağdamı təkcə yuxularda yox, realda görmək çox təsirli ola bilər... Amma o yerləri jurnalist kimi, turist kimi gedib görməyi də istəmirəm. Mən çox arzulayıram ki, Qarabağ işğaldan azad olunsun və biz o yerlərə qayıda bilək. Hərdən bu ümid öləzisə də, yaşayır. Yaşayan ümid mənə inam verir ki, deyim: “Biz mütləq o yerlərə qayıdacağıq!”

- Kifayət qədər tanınmış insansınız. Baş redaktor, jurnalist, yazıçı, AYB-nin katibi, Əfv komissiyasının üzvü… Bəs, millət vəkili olmaq ürəyinizdən keçmirmi?

- Bir neçə dəfə, 2000-ci və 2005-ci ildə Ağcabədidən, 82-ci saylı dairədən namizəd olmuşam və yaxşı da təbliğat aparmışam. Yadımdadır ki, 2000-ci ildə iqtidar tərəfdən olan deputatlar demişdilər ki, “ən yaxşı seçki kampaniyasını sən apardın”. Orijinal kampaniya qurmuşdum. Hər həftənin eyni günündə; hər çərşənbə qəzetlərdə Azərbaycanın ziyalıları, Xalq yazıçıları, Xalq şairləri, Xalq artistlərinin mənə dəstək yazıları çıxırdı. Bir, xüsusi buraxılış nəşr etdim, böyük reaksiya doğurdu. Hal-hazırda da məni həmin dairədə tanımayan yoxdur. Amma indi mənim nə 35, nə 40 yaşım var. Daha təmkinliyəm. Təbii ki, daha gənc olsaydım, millət vəkili olmaq istərdim. İndi isə belə bir arzuya skeptik yanaşıram.

- Bir gün jurnalistika ilə tamamilə sağollaşsanız, “525-ci qəzet”i kimə etibar edərdiniz?

- Bəzən mənə elə gəlir ki, mən olmasam, müavinlərim olmasa, heç işçilər də olmasa, “525-ci qəzet” çıxacaq, işıq üzü görəcək; axı o, tarixi olan bir qəzetdi. Azərbaycanda “525-ci qəzet”in çoxlu yetirmələri var, bunlar həm peşəkar jurnalistlərdi, həm müxtəlif dövlət qurumlarında çalışan insanlardı, həm də televiziyaların və beynəlxalq təşkilatların əməkdaşlarıdı. “525-ci qəzet”də mənim müavinlərim – Yusif Rzayev, Seyfəddin Hüseynli, Aydın Bağırov kimi məsuliyyətli və işini bilən insanlar həmişə mənimlə birgə bu qəzetin yükünü çəkib. Məncə, işini sevən və eləcə də, gördüyü işə sevgi qatan insanlar var olduqca “525-ci qəzet” fəaliyyətini davam etdirəcək. Mən qəzetin kağız variantına da uzun ömür arzu edirəm, elektron variantı da həmişə olacaq və yaşayacaq.

- Keçmişdən gələcəyə daşıdığınız xatirələr varmı? Əgər keçmişə qayıtmaq şansınız olsaydı, nəyi dəyişmək istərdiniz?

- Hərdən insan keçmişlə bağlı təəssüf hissi keçirir, nəyisə dəyişməyi arzulayır, xiffət çəkir. Bəzən belə ovqatda olanda Məmməd Arazın məşhur “Mehmanxana xidmətçisi” şeiri yadıma düşür… Uzun şeirdi, amma bir-iki misrası var ki, həmişə dilimdədir: “Gərəklərə qalsa gərək...” Yəni, “gərək”lərlə həyatı puç etməyə dəyməz. Keçmiş artıq yaşanmışdır. Tale nə veribsə bu gün onu qorumaq, saxlamaq böyük qəhrəmanlıqdır.

- Hər zaman sizi pozitiv, şən, gülərüz, enerjili görürük. Bəs daxilinizdəki insan? O necə? O da bu xüsusiyyətləri özündə daşıyır? Ya o, daha kövrək və həssasdır?

- Çox adam məni şux, gülərüz görür, amma mənim də bədbin, məyus vaxtlarım olur. Bəzən də bədbin vaxtlarımda məni görənlər soruşur ki, nə baş verir, nə olub? Sizi həmişə şux görmüşük. İstər-istəməz, özümü həmişə şux göstərməyə çalışmışam. Xoş ovqatda olmağa çalışmışam. İnsanlara neqativ enerji verməməyə çalışmışam. İstəmişəm ki, hamıya xoş enerji ötürüm. Şübhəsiz ki, bu da hər zaman alınmır. Ovqatım an içində dəyişə bilər, hər hansı bir xoş sözdən, xoş informasiyadan, hansısa bir musiqidən göydə uça bilərəm. Və eyni şəkildə də, hansısa bir mənfi enerjidən, mənfi informasiyadan ovqatım təlx ola bilər. Dəyişkən ovqatım var. Əslində, belə adamlarla çətindir.

- Nəsr, yoxsa şeir?

- Şeirin öz yeri var, nəsrin öz yeri. Nəsr daha çox zəhmət tələb edir. Daha çox oturmaq, işləmək, əziyyət tələb edir. Nəsr yazmaq həmişə arzum olub, sadəcə, gileylənmişəm ki, nəsr yazmaq ab-havası, bir otağa çəkilmək ovqatı yoxdur. Ona görə bəzən təəssüflənmişəm. Bu yaxınlarda “Qələmsiz yazılanlar” adlı kitabım çıxdı. Bu kitab status-esselər və sms-esselərdən ibarətdir. Kitaba hörmətli akademikimiz İsa Həbibbəyli “Ön söz” yazdı və bu status-esseləri, sms-esseləri ədəbiyyatda və jurnalistikada yeni janr adlandırdı. Bundan çox mənmun oldum. Kitab, həmçinin, Türkiyədə işıq üzü gördü, İstanbulda Türk Ədəbiyyatı Vəqfinin binasında təqdimatı keçirildi. Bu məsələ ətrafında, bu statusların, ümumiyyətlə, sosial şəbəkə ədəbiyyatının yeni bir janr olub-olmaması haqda Türkiyədə də artıq diskusiyalar gedir. Ola bilsin ki, bu yeni janrın, bu smslərin, statusların nəsrlə şeirin ortasında yeri var.

- “Qala-Adam” şeirində yazıbsınız ki, “Hər adamın sığınmağa Bir qalası olsun gərək”. Bəs, sizin “qalanız” kim olub?

- Mən indi də düşünürəm ki, məhz o qala olmalıdı, insanın gizli bir sərvəti kimi, müqəddəsləşdirdiyi, bütləşdirdiyi bir insan, bir qala olmalıdı. Özü də toxunulmaz, möhkəm bir qala. Mənim də həyatımda o qalalar olub. Və yəqin ki, olacaq da.

- Məşhur “Çiyələk qadın” kimdir? Sirr deyilsə…

-“Çiyələk qadın” şeiri xüsusən Əməkdar artist Xumar Qədimova bu şeirə mahnı bəstələyəndən sonra çox məşhurlaşdı. Sevindirici oldu ki, o mahnını dinləyən, o şeiri oxuyan qadınların çoxu dedi ki, elə bu mənə yazılıb. Ən əsas da son bənd:

“Bilmədim iblissən, ya mələk qadın,
Ətri, gözəlliyi çiyələk qadın…
Bir də gəlməyəcək sənin tək qadın
Nə mənim dünyama, nə bu dünyaya…”

Hər bir qadın hansısa kişinin həyatında bu statusda olmaq istəyir. Və hesab edir ki, ondan üstün qadın yoxdur, onun kimi qadın bir də gəlməyəcək. Təki, bu cür qadınlarımız çox olsun. Və, şübhəsiz ki, mənim həyatımda da elə qadın var.

- 11 dilə tərcümə olunmuş “10 sentyabr” hekayəsi oxucular tərəfindən çox böyük maraqla qarşılandı. Gözləyirdiniz ki, bu hekayə bu qədər məşhurlaşacaq, müzakirə olunacaq?

- “10 sentyabr” hekayəsini mən 2003-cü ildə yazmışam. O zaman Amerikanın İraqa hücum ərəfəsi idi, müharibə ərəfəsi idi. Və mən həmişə demişəm, indi də tez-tez deyirəm ki, o vaxt mənim sadəlövh inamım vardı. İnanırdım ki, bu hekayə ilə mən müharibənin qarşısını alacağam. Geniş mənada götürəndə, bu, mənim ədəbiyyata inamımın nəticəsidir və mən ədəbiyyata həmişə bu cür baxmışam. Düşünmüşəm ki, ədəbiyyat müharibənin, şərin qarşısını ala biləcək qüdrətdədir. Mən elə bilmişəm, ədəbiyyat dünyanı gözəlləşdirə bilər, yaxşılaşdıra bilər, ancaq xeyir ideyaları yaya bilər. “10 sentyabr” hekayəsi çap olunandan sonra xoş reaksiyalar gəldi. Bir gün işə gələrkən Anar müəllimin məktubunu gördüm; həmin hekayə haqqında xoş təəssüratlar bildirmişdi. Onda mən hələ heç AYB-də işləmirdim. Ramiz Rövşən də bu hekayə haqqında xoş təəssüratlar bildirmişdi. Sonralar Elçin müəllim və digər bizim tanınmış ədəbiyyat adamları da hekayə ilə bağlı xoş münasibətlərini bildirdilər. Və dünyanın 20-dən çox dilinə tərcümə olundu. Dostlar mənə sürpriz edib Bakıda bu hekayəni 11 dildə çap etdilər. Ondan sonra nəsr yazmamışam, amma, istərdim yazam. Ümumiyyətlə, ədəbiyyatın gücünə dəyişməz inamım həmişə qalır.

- AYB-nin gənclərlə iş üzrə katibi kimi cavab verməyinizi istərdim. Bu günün gəncliyi dünənin gəncliyindən nə ilə fərqlənir? Azərbaycan gəncini necə görmək istərdiniz?

- Həmişə fikirləşirəm ki, bu günün gəncləri şanslıdırlar. Bunu elə gənclərin özlərinə də deyirəm. Gənclərin inkişafı üçün indiki kimi münbit şərait heç vaxt olmayıb. Xüsusilə, yaradıcı gənclər üçün daha çox fərqlənmək, özünü təsdiq etmək imkanı var. Müasir dövrü “kreativ dövr” adlandırırıq. Ətaləti sevməyən, daim irəliyə doğru hərəkətdə olan, yeni ideyalar və fürsətlər axtaran gənclər üçün olduqca gözəl şərait mövcuddur. Müxtəlif fondlar, qurumlar gənclərə böyük dəstək göstərirlər. Ədəbiyyatla, yaradıcılıqla, jurnalistikayla məşğul olan gənclərdən gileyim odur ki, az oxuyurlar, mütaliə etməyə zaman ayırmırlar. Mən hesab edirəm ki, mütaliə etmək mütləqdir, xüsusən də, Azərbaycan ədəbiyyatını, poeziyasını gözəl bilmək lazımdır. Bu, gələcək həyatda gənclərə çox kömək olacaq.

- Bu gün böyük və görkəmli şairlərimiz, yazıçılarımız tənqid olunur, hətta onları lağa qoyanlar, yaradıcılığını bəyənməyənlər də var. Sizin fikrinizcə, bunu edənlər nəyin günahkarını axtarırlar? Ümumiyyətlə, haqlı olduqları məqam varmı?

- Bilirsiniz, bir məşhur söz var, onu mən tez-tez deyirəm: “20 yaşında üsyankar olmayanın ürəyi, 40 yaşında üsyankar olanın ağlı yoxdur”. Gənclikdə insanın dünyanı dəyişmək iddiası çox olur, o, öz üsyankarlığı ilə fəxr etməyi bacarır. Cavanlar elə bilirlər ki, keçmişdə nə edilibsə, ondan onqat artığını, gözəlini edə bilərlər. Ancaq unutduqları bircə şey var; zaman ən müdrik qiymətləndiricidi, hər şeyi yerbəyer edən, kimin uğurlu, kimin uğursuz olduğunu təsdiq edən də zamandır. Özündən əvvəlkiləri bəyənməyən, lağ edən gənclər də zamanla fikirlərini dəyişir, onların daxilində də ənənələrə ehtiram, keçmişinə sayğı yaranır. Ona görə də mən bu məsələlərə sakit baxıram. Elə bilirəm ki, gənclər yaşadıqca, zamanın çətinliklərini gördükcə, yaradıcılığın ağır bir məşəqqət olduğunu anladıqca keçmişə hörmət və ehtiramları artacaq.

- Gənc yazıçıların sayı günbəgün artır. Bəzən kitab da nəşr etdirirlər. Bir oxucu kimi deyirəm, hərdən elə kitab olur ki, iki-üç vərəq çevirəndən sonra onun xammalına-ağaclara təəssüflənirəm. Belə gənclərə istedadları olmadığını, yaza bilmədiklərini necə anlatmaq olar?

- İndi gənc olsun, qoca olsun, çoxlu kitab nəşr edirlər. İstedadsızlar, qrafomanlar cild-cild kitab çıxardırlar. Məsələ burasındadır ki, indi kitab çap etmək çox asan bir prosesdir. Kimin pulu varsa öz yazdığı cızma-qarasını, nəyi varsa çap etdirir. Hətta, sosial şəbəkələrdə onların dost-tanışları bəyənir, tərifləyirlər də. Dövr belə gətirib. Amma, bu, müvəqqəti haldı, bu tipli “ədəbiyyat”, bu tipli “yazarlar” heç vaxt uğur qazanmayıb. Mənə elə gəlir ki, onlar yazmaqdansa, ciddi əsərlər oxumağa üstünlük verməlidilər.

- AYB-də baş verən istefalar, qovulmalar barədə nə deyə bilərsiniz?

- Yazıçılar Birliyində elə hallar olub. Kimlərsə üzvlükdən çıxarılıb. Bunun da əsas səbəblərindən biri AYB-nin nizamnaməsində olan maddədir: klassiklərimizə, bizim dəyərlərə ironiya ilə yanaşan, davamlı olaraq təhqir edən bəzi yazıçılar, şairlər, bəzi gənc yazarlar Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıblar. Və bu da, dediyimiz kimi, bizim müəyyən dərəcədə klassiklərimizi, ədəbiyyatımızı qorumaq baxımından edilir. Bəzən AYB-dən çıxanlar da olur. Bilirsiniz ki, artıq 12 ildən çoxdur ki, yazıçılara, bəstəkarlara, rəssamlara Prezidentin sərancamı ilə təqaüdlər verilir. Bəzi yazıçılar da gəlib AYB-dən həmin təqaüdü alırlar. Sonra görürsən ki, Yazıçılar Birliyindən çıxdıqları barədə bəyanat verirlər. Hesab edirəm ki, bu, nankorluqdur, namərdlikdir və mənəvi yoxsulluğun nəticəsidir.

- “Məni anlamağa adam tapılmaz, Məni həzm edəcək mədə də yoxdu!” Bir şeirinizdə belə yazmısınız. İnsan həmişə anlaşılmadığından şikayətçidir. Sizi, həqiqətən, anlayan biri varmı?

- Əslində, bu misralar başqa adamın dedikləridi, başqa adamın düşüncəsi, fikridi. Mən onu, sadəcə, qələmə almışam. Əlbəttə, hər insan hesab edir ki, onu anlayan, onu başa düşən adam azdır, bəlkə də yoxdur. Mən də öz ürəyimin sirrini heç kimə aça bilmirəm, amma hesab edirəm ki, həyatında ürəyini açdığın, sirrini bölüşdüyün adamın olması böyük xoşbəxtlikdir. Mənim həyatımda da belə adamlar zaman-zaman olub.

- Saxta jurnalistlərlə, eləcə də, saxta yazarlarla necə mübarizə aparmaq olar ki, məşhur şeirdəki kimi, “səhv düşməsin yerimiz”?

- Mətbuatın problemləri çoxdur, bu barədə son vaxtlar da tez-tez danışırıq. Mətbuat cəlbedici sahə olduğundan, bu sahəyə kənardan çox maraq göstərənlər var. Çoxları da elementar biliyi, istedadı, qabiliyyəti olmayan, jurnalist adına yaramayan adamlardı. Bununla bağlı zaman-zaman Mətbuat Şurasında və digər mətbuatla bağlı qurumlarda da müzakirələr aparırıq, mübahisələr də olur. Mən düşünürəm ki, Azərbaycanda güclü media formalaşsa, mediamız iqtisadi cəhətdən güclənib biznes sahəsinə çevrilsə, bu mətbuat adına iddialı olanlar sıradan çıxacaq.

- İndiyədək Gənc Ədiblər Məktəbinin üzvü olan, yaradıcılıq əzminə ümid bağladığınız gənclərdən hansı etimadınızı doğruldub? Xüsusi olaraq, bölgələrdən kimlərin adını çəkə bilərsiniz?

- Bizim artıq 4-cü Gənc Ədiblər Məktəbi fəaliyyətdədir. Birinci Gənc Ədiblər Məktəbinin üzvləri, artıq demək olar ki, Azərbaycan ədəbi mühitində tanınır, onların arasında tanınmış imzalar var. Ad çəkmək istəmirəm. İkinci, üçüncü Gənc Ədiblər Məktəbinin üzvləri arasında da istedadlıları və hazırda fəal yazıb-yaradanlar var. Düzdür, zamanla seçilir, ələnir bu gənclər. Yenə də təkcə istedadına yox, yaradıcılıq əzminə güvənənlər ədəbi mühitdə öz imzalarını təsdiq etdirirlər. Hazırkı, dördüncü Gənc Ədiblər Məktəbində də istedadlı gənclər az deyil. Mən sevinirəm ki, bölgələrimizdə də Gənc Ədiblər Məktəbinin üzvü olan istedadlı gənclər var. Ümumiyyətlə, AYB-nin Gənclər şurasının üzvlərinin yarısı bölgələrdəndi. Məsələn, Saatlıdan Allahşükür Ağa, Ağcabədidən Məhsəti Musa, Əli Bayramlıdan Sara Selcan, Gəncədən Şəfa Vəli... Naxçıvandan, Tovuzdan, Şəkidən də Gənc Ədiblər Məktəbinin üzvü olan istedadlı gənclər var. Bu gənclərin əksəriyyəti olduqca fəal şəkildə yazıb-yaradır, ədəbi proseslərdə, müsabiqələrdə və festivallarda iştirak edirlər. Ürəyi ədəbiyyat eşqilə döyünən gənclərə də yaradıcılıq uğurları, həyatlarında xoş günlər arzulayıram. Sizə də, həmçinin, jurnalist fəaliyyətinizdə uğurlar arzulayıram. Qarşıdan Yeni il və Dünya Azərbaycanlıların həmrəyliyi günü gəlir, bu mübasibətlə bütün xalqımızı təbrik edirəm. Qoy yeni ildə hər şey xalqımız üçün daha yaxşı olsun. Torpaqlarımızı işğaldan azad edək. Ürəkdolusu nəfəs almaq imkanımız olsun. Qürurumuz da qayıtsın!

Leyla Namazova
Oxşar xəbərlər
19:15, Bu gün
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:29, Bu gün
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdü - YENİLƏNİB + FOTO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI