2019-cu il başa çatmaq üzrədir. Bəs bu il qeyri-neft sektorunun inkişafı baxımından nə dərəcədə uğurlu olub?
Moderator.az-a açqılama verən millət vəkili Vahid Əhmədov 2019-cu ilin bu baxımdan kifayət qədər faydalı olduğunu vurğuladı:
“2019-cu ildə bu baxımdan müəyyən işlər görülüb. Qeyri-neft sektorunun inkişafı ilə bağlı hələ büdcə müzakirələri reallaşanda orada bu amil nəzərdə tutulmuşdu. Yəni nəzərdə tutulmuşdu ki, qeyri-neft sektoru inkişaf etdirilsin və bu göstəricilər artsın. Hədəfimiz o idi ki, qeyri-neft sektorundna dövlət büdcəsinə daxilolmalar heç deyilsə 40% olsun. 2019-cu ildə buna nail olundu. 2019-cu ildə qeyri-neft sektorundan büdcəyə daxilolmalar 40%-ə yaxınlaşıb. Bu proses davam etdirilməlidir. Qeyri-neft sektorunun elə sahələri inkişaf etdirilməlidir ki, burada dövlət bücəsinə əlavə vəsaitlər daxil olsun.
Doğrudur, ölkəmizdə 2019-cu ildə yeni sənaye parkları yaradılıb. Informasiya texnologiyalarının istehsalı, kənd təsərürfatı məhsullarının ixracının genişləndirilməsi və s. kimi işlər həyata keçirilib ki, bu da qeyri-neft sektorunun inkişafına öz müsbət təsirini göstərib.
Bununla yanaşı, hehsab edirəm ki, bu göstəricilərlə kifayətlənmək olmaz. Cənab İlham Əliyev də öz çıxışında vurğuladı ki, əldə edilən artımlara baxmayaraq, qeyri-neft sektoru lazımi üstünlük əldə etməyib. Ona görə də bu sahəyə diqqət artırılmalıdır.
Qeyd etməliyəm ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu sahəyə xüsusi diqqət göstərir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın ən prioritet sahələrindən biri olmalıdır.
Bu yaxınlarda Rusiya dövləti ilə birlikdə Pirallahıda dərman zavodunun açılması onu göstərir ki, hökumət bu sahəyə diqqəti artırmaqdadır”.
Seymur ƏLİYEV