“Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov
Oxunub: 1238
25 Jun 2019 | 10:18
“Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir”  – Elmar Məmmədyarov

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə Vaşinqtonda keçirdiyi görüşün nəticələrinə dair sualları cavablandırıb. 


Moderator.az Elmar Məmmədyarovun "Azərtac"a müsahibəsini təqdim edir.



- Cənab nazir, Vaşinqtonda ermənistanlı həmkarınızla ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünüz baş tutdu. Bu görüşün nəticələrini ümumilikdə necə qiymətləndirərdiniz?


- Hər zaman qeyd etmişəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzə aparılan danışıqlar prosesində keçirilən hər bir görüş, ilk növbədə, prosesin irəli aparılması baxımından nəzərdən keçirilir. Görüşlər yalnız görüşlər keçirmək naminə deyil, konkret nəticələrə hədəflənməlidir. Bu baxımdan, biz substantiv danışıqların tərəfdarı olduğumuzu dəfələrlə bəyan etmişik. Fikir versəniz, həmsədrlərin verdiyi sonuncu bəyanatlarda da substantiv danışıqların aparılması məsələsinə xüsusi diqqət verilir. Çünki məlum məsələdir ki, əgər məqsəd adından da göründüyü kimi, həlli uzadılmış münaqişəni həll etməkdirsə, burada nəticəyə yönəlik addımlar atılmalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Təəssüf ki, bu dediklərim Vaşinqton görüşünün nəticəsi kimi təqdim edilə bilməz. Bu görüş daha çox bundan öncəki Paris və Moskva görüşlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri ətrafında müzakirələr kimi xarakterizə edilə bilər. Əlbəttə, müzakirələr hər zaman faydalıdır, lakin onu da vurğulamaq istərdim ki, nəticə olmayanda, hətta faydalı müzakirələrin belə labüdlüyü sual doğura bilir. Ümumilikdə, Vaşinqtonda görüş faydalı oldu, lakin o, bir daha göstərdi ki, əgər biz münaqişənin diplomatik yollarla həllinə nail olmaq niyyətimizdə səmimiyiksə, o zaman danışıqlar prosesinin hazırkı mərhələsində və bundan sonra konkret nəticələrə yönəlik addımlardan boyun qaçırmaq çətin olacaq, hətta mümkün olmayacaq.

- Görüşdən sonra verilən açıqlamalarda qeyd edildi ki, həmsədrlər hər iki tərəfin diqqətinə təkliflər təqdim ediblər. Bu barədə daha ətraflı nə deyə bilərsiniz?

- Burada, ilk növbədə, nəzərə almaq lazımdır ki, münaqişənin həlli çərçivəsində bu günədək müzakirə olunan bütün sənədlərin ən mühüm elementləri sırasına Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması daxildir. Məntiqidir ki, münaqişənin səbəbini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsi təşkil edirsə və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxması tələb olunursa, nəticə olaraq, hərbi işğal amili aradan qaldırılmalıdır ki, bölgədə sülh və təhlükəsizliyin, rifahın təmin olunmasından danışaq.

Vaşinqton görüşündə həmsədrlərin təqdim etdiyi təkliflərə gəldikdə, burada bundan öncəki görüşlərin bəyanatlarında əks olunduğu kimi, humanitar və təhlükəsizlik sahəsində konkret təşəbbüslərin reallaşdırılması, eləcə də hazırda bölgədə mövcud olan vəziyyətin dəyərləndirilməsi baxımından maraqlı təşəbbüslər var. Ən önəmlisi odur ki, bu təşəbbüslərin reallaşdırılması və münaqişənin həlli istiqamətində nəticəyə yönəlik addımlar atmaq üçün siyasi iradə nümayiş etdirilsin.

- Cənab nazir, Vaşinqton görüşü ərəfəsində cəbhə bölgəsində gərginlik artdı. Erməni silahlı qüvvələri təxribatlar törətdilər, müdafiə naziri əsassız bəyanat və hərəkətləri ilə diqqəti çəkdi. Erməni həmkarınız Vaşinqton görüşündən sonra gərginliyin artdığı bir mühitdə danışıqların aparılmasının mürəkkəbliyini qeyd edib və bunun danışıqlar prosesinə mənfi təsir etdiyini söyləyib. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

-Doğrudur, Vaşinqton görüşü öncəsi təmas xəttində gərginlik yüksək idi və Ermənistan müdafiə nazirinin bəyanatları bu gərginliyin niyyətini aşkar edirdi. O da doğrudur ki, cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir. Lakin qeyd etmək istərdim ki, cəbhə bölgəsindəki gərginliklə müzakirələrin aparılmasının qeyri-mümkünlüyü fikri ilə razı deyiləm. Xatırladım ki, istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan sənədi və ya “Lavrov planı” adlandırılan sənəd olsun, bu sənədlərin hamısı üzrə danışıqlar aparılarkən cəbhə bölgəsində heç də tam sakitlik hökm sürmürdü, biz gərginlik olduğu müddətdə belə danışıqlara, sənədlər üzərində işləməyə davam etmişik. Yəni, bu iki məsələni bir-biri ilə süni şəkildə əlaqələndirmək doğru deyil. Əsas məsələ, bir daha təkrar edirəm, siyasi iradə nümayiş etdirmək və danışıqları cəbhə bölgəsindəki vəziyyətin girovuna çevirməməkdir.

-Ermənistan tərəfi danışıqlara qondarma separatçı rejimin cəlb edilməsi məsələsini davamlı olaraq gündəmə gətirir. Əlbəttə, Azərbaycan tərəfinin bu məsələdə mövqeyi aydındır, lakin Ermənistan xarici işlər nazirinin Vaşinqton görüşündən sonra bu mövzunu təkrarən səsləndirdiyini nəzərə alaraq, sizin bu xüsusda şərhinizi eşitmək istərdik.

-Mövqeyimiz bəllidir, danışıqların iki birbaşa iştirakçısı var: Ermənistan və Azərbaycan. Səbəbi də bəllidir, bu gün Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq tanınmış ərazilərində qanunsuz mövcudluğunu davam etdirir, bu, hərbi işğaldır. Hərbi işğalın qurbanları sırasında Dağlıq Qarabağda yaşayan və etnik təmizləməyə məruz qalan yüz minlərlə insan, daxili məcburi köçkünlər var. Ermənistanın hər hansı rəsmisi Dağlıq Qarabağ əhalisindən danışırsa, unutmamalıdır ki, bu əhalinin tərkibinə erməni icması ilə yanaşı, azərbaycanlı icma da daxildir. Bir bölgədə etnik təmizləmə həyata keçirib, insanları yaşadıqları evlərindən zor gücünə qovub, sonra da “xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipindən danışmaqla erməni tərəfi bunu hansı etik və hüquqi çərçivəyə sığdırmağa çalışır? Dağlıq Qarabağın hər iki icması münaqişənin həllində maraqlı tərəflərdir və danışıqların müvafiq mərhələsində onların da danışıqlara cəlb edilməsi məsələsi danışıqların əsas iştirakçıları tərəfindən nəzərdən keçirilə bilər. İndiki mərhələdə bunu davamlı gündəmə gətirmək isə substantiv danışıqlardan boyun qaçırmaq və müəyyən bəhanələr axtarmağa bənzəyir. Əks təqdirdə, əgər Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı separatçı rejim adından danışa bilmirsə, o zaman Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində nə işi var?

-Vaşinqton görüşündə nazirlərin yaxın aylarda yeni görüşünün keçirilməsinin razılaşdırıldığı bəyan edildi. Sizcə qarşıdan gələn görüşdən konkret nəticə gözləmək olarmı?

-Hər bir görüşdə nəticənin əldə edilməsinə çalışmalıyıq, ən azından Azərbaycan tərəfi bunu istəyir və danışıqlar prosesinin irəli aparılmasında qətiyyətlidir. Nəticəsi olmayan hər bir görüş itirilmiş fürsətdir. Təəssüflə qeyd edim ki, bu illər ərzində çox fürsətlər itirilib. Səbəbini soruşsanız, məncə, bu dar çərçivədə düşünmək, uzaqgörən olmamaq, öz ölkəsinin və bölgənin gələcəyini və rifahını düşünməmək və müstəqil qərar vermək iqtidarında olmamaqla əlaqəli olub. Münaqişənin beynəlxalq hüquq müstəvisində tez bir zamanda həll edilməsi qısa müddətdə bölgəmizə çoxdan gözlənilən sülh, sabitlik, dayanıqlı inkişaf və rifahı gətirəcəkdir.

Azərbaycan tərəfi bütün bu reallıqları anlayır, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işləyir. Beynəlxalq ictimaiyyət BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində müvafiq qərar və qətnamələr qəbul etməklə bizim mövqeyimizlə həmrəydir. Ermənistan rəhbərliyi nə qədər tez siyasi iradəsini əməli olaraq nümayiş etdirməyə və münaqişənin həlli üzrə çoxdan gözlənilən nəticələrin əldə olunması məqsədilə substantiv danışıqların irəli aparılması istiqamətində konkret addımlar atmağa qadir olarsa, biz bir o qədər tez bölgənin təhlükəsiz və sabit inkişafı yoluna çıxa bilərik.

Oxşar xəbərlər
10 May 2024 | 23:47
Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq
10 May 2024 | 23:46
Gürcüstanda uşaqları küçələrdə dilənməyə məcbur edən cinayətkar dəstə ifşa olunub
10 May 2024 | 23:35
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
10 May 2024 | 22:51
İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı - VİDEO
10 May 2024 | 22:35
"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
10 May 2024 | 22:31
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır
10 May 2024 | 22:24
Qəzzada ölənlərin sayı 35 minə yaxınlaşıb
10 May 2024 | 22:23
Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı
10 May 2024 | 22:19
Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu
10 May 2024 | 22:16
Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub - FOTO/VİDEO
10 May 2024 | 22:12
"Rusiya ciddi şəkildə Moldova ilə məşğul olmağa başlayıb" - ISW
10 May 2024 | 21:50
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
10 May 2024 | 21:07
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
10 May 2024 | 20:53
Qazaxda təbii fəlakət fəsadlar törədib
10 May 2024 | 20:50
​İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olundu
10 May 2024 | 20:39
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi
10 May 2024 | 20:36
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
10 May 2024 | 20:31
Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
10 May 2024 | 20:13
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
10 May 2024 | 20:12
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
10 May 2024 | 20:11
Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
10 May 2024 | 20:09
Turistlər regionlara maraq göstərmir - Əsas səbəb... / AÇIQLAMA
10 May 2024 | 19:52
Fransa Ukraynaya utilizasiya edilməli olan uzaqmənzilli raketləri təhvil verib
10 May 2024 | 19:51
Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO
10 May 2024 | 19:50
İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB+ FOTO
10 May 2024 | 19:47
Rusiya mayın ortalarında Xarkova hücum etməyə hazırlaşır
10 May 2024 | 19:40
Putin Mişustini Baş nazir təyin edib
10 May 2024 | 19:39
"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
10 May 2024 | 19:06
Azay Quliyev seçicilərilə görüş keçirib - FOTO
10 May 2024 | 19:06
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq
10 May 2024 | 19:03
Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
10 May 2024 | 18:56
"Zelenski ilə söhbətdən sonra məndə belə təəssürat yaranıb ki, o, səmimi-qəlbdən sülhə can atır..."
10 May 2024 | 18:40
Pakistan Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
10 May 2024 | 18:39
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB
10 May 2024 | 18:35
Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"
10 May 2024 | 18:32
Prezident: “Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar”
10 May 2024 | 18:31
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
10 May 2024 | 18:30
Azərbaycan Prezidenti: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
10 May 2024 | 18:29
İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
10 May 2024 | 18:26
Azərbaycan Prezidenti: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"
10 May 2024 | 18:25
Prezident: "Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq"
10 May 2024 | 18:23
İlham Əliyev: "İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
10 May 2024 | 18:05
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
10 May 2024 | 18:00
ADU-da “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı olub - FOTO
10 May 2024 | 17:55
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
10 May 2024 | 17:50
Mişustin yenidən Rusiyanın baş naziri oldu
10 May 2024 | 17:45
Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL + FOTO
10 May 2024 | 17:40
“O, dünyanın ən böyük dövlət xadimlərindən, ən məşhur sərkərdələrindən olub..."- Tariximizə fərqli baxış
10 May 2024 | 17:40
Heydər Əliyevin anadan olmasının 101 illik ildönümü ilə əlaqədar tarixi-sosial çarx çəkilib- VİDEO 
10 May 2024 | 17:37
Putin “İ” üzərində nöqtələri qoydumu?
10 May 2024 | 17:35
İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşdü
10 May 2024 | 17:30
İranda bir bəy iki xanımla evlənib - VİDEO
10 May 2024 | 17:25
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
10 May 2024 | 17:22
İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək
10 May 2024 | 17:20
Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
10 May 2024 | 17:15
Bərdədə Heydər Əliyevin anadan olmasının 101 illiyi  münasibətilə  tədbir keçirilib - FOTOLAR
10 May 2024 | 17:12
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
10 May 2024 | 17:10
Real Madrid prezidenti Arda Güləri öpməkdən doya bilmədi - VİDEO
10 May 2024 | 17:05
Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO
10 May 2024 | 17:00
“Heydər Əliyev tozlu alnımdan, neftli əllərimdən öpüb dedi ki, sənin çörəyini yeyirik, niyə utanırsan?” - ÖZƏL + FOTO
10 May 2024 | 16:56
Azərbaycan samboçuları Avropa çempionatını 3 medalla başa vurublar
10 May 2024 | 16:52
İlham Əliyev Şuşanın Turşsu qəsəbəsinin təməlini qoydu
10 May 2024 | 16:50
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
10 May 2024 | 16:48
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
10 May 2024 | 16:45
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
10 May 2024 | 16:42
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
10 May 2024 | 16:40
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
10 May 2024 | 16:36
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
10 May 2024 | 16:32
İranda toy mərasimi yasa çevrildi - VİDEO
10 May 2024 | 16:27
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO
10 May 2024 | 16:24
Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO
10 May 2024 | 16:20
İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü
10 May 2024 | 16:16
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
10 May 2024 | 16:12
Azərbaycan badmintonçularının Paris-2024-ə hazırlıq planı müəyyənləşib
10 May 2024 | 16:08
Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
10 May 2024 | 16:02
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
10 May 2024 | 15:59
Vüsalə efirə elə geyimdə çıxdı ki… - FOTOLAR
10 May 2024 | 15:55
“Heydər xalqım deyəcək…” - VİDEO
10 May 2024 | 15:53
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində olub
10 May 2024 | 15:50
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO
10 May 2024 | 15:45
Şuşaya qayıdış belə başladı - VİDEO
10 May 2024 | 15:43
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
10 May 2024 | 15:38
Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək
10 May 2024 | 15:34
Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA
10 May 2024 | 15:30
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub
10 May 2024 | 15:27
"Magura V5" dronları Rusiya donanmasına 500 milyon dollarlıq zərər vurub" - Ukrayna BKİ
10 May 2024 | 15:25
Bakıda avtomobil gənc qızı vurub
10 May 2024 | 15:20
COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşdü - FOTO
10 May 2024 | 15:15
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
10 May 2024 | 15:13
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
10 May 2024 | 15:10
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10 May 2024 | 15:08
Bərdədə küçədə qadını öldürməyə cəhd etməkdə şübhəli bilinən qohumu saxlanılıb
10 May 2024 | 15:04
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
10 May 2024 | 14:58
Sabunçuda narkoplantasiya aşkarlandı - FOTO/VİDEO
10 May 2024 | 14:56
“Keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?
10 May 2024 | 14:53
Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
10 May 2024 | 14:48
Musa Qurbanlının qiyməti açıqlandı - 10 milyon?
10 May 2024 | 14:43
"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır"
10 May 2024 | 14:41
Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
GÜNLÜK
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
10 May 2024 | 11:24
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
10 May 2024 | 10:01
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”
10 May 2024 | 07:54
"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri
10 May 2024 | 07:17
Keşiş Baqratın Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinqə cəmi neçə hayk qatıldı?..
10 May 2024 | 09:55
“Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”
10 May 2024 | 10:16
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
10 May 2024 | 08:36
Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək
10 May 2024 | 07:58
Sumqayıtda 17 yaşlı qız itkin düşüb
10 May 2024 | 09:42
“Türkiyə-İsrail münasibətlərinin pisləşməsindən Yunanıstan və digər dövlətlər qazanır...”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
AYLIQ
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
10 May 2024 | 11:24
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
10 May 2024 | 10:01
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”
10 May 2024 | 07:54
"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri
10 May 2024 | 07:17
Keşiş Baqratın Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinqə cəmi neçə hayk qatıldı?..
10 May 2024 | 09:55
“Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”
10 May 2024 | 10:16
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
10 May 2024 | 08:36
Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək
10 May 2024 | 07:58
Sumqayıtda 17 yaşlı qız itkin düşüb
10 May 2024 | 09:42
“Türkiyə-İsrail münasibətlərinin pisləşməsindən Yunanıstan və digər dövlətlər qazanır...”