
Məlum olduğu ki, Ermənistan və Rusiya arasında mütəmadi hərbi təlimlərin keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Maraqlıdır, buna cavab olaraq Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri artırması mümkündürmü? Türkiyə ilə birgə hərbi təlimlərin artırılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev Türkiyə ilə münasibətlərin indiki vəziyyətinin də kifayət qədər yüksək olduğunu qeyd etdi. Lakin partiya sədri hesab edir ki, ölkəmiz müttəfiq axtarışlarını davam etdirməlidir:
“Azərbaycan və Türkiyə arasında münasibətlərin real vəziyyəti kifayət qədər yüksək səviyyədədir. Bu, hamıya bəlli olan bir həqiqətdir. Təbii ki, Azərbaycan müttəfiq axtarışlarını davam etdiməli, bu məsələyə xüsusi fikir verməlidir. Azərbaycanın marağı bizdən bunu tələb edir. Bütövlükdə Azərbaycanın qoşulmama hərəkatında olmasını düzgün hesab etmirəm”.
Seymur ƏLİYEV



























