Həsən Həsənov Xocalı faciəsi ərəfəsində  nədən Mütəllibova dəstək vermirdi?..
Araşdırma
Oxunub: 4381
25 Mar 2019 | 13:59
Həsən Həsənov Xocalı faciəsi ərəfəsində  nədən Mütəllibova dəstək vermirdi?..
Moderator.az 1992-ci ilin yazından başlanılmış araşdırmalar əsasında 1993-cü ilin fevralında  Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat- istintaq komissiyasının RƏYİ”nin hələ 27 il sonra – bu gün də  mübahisələr doğuran əsas, diqqətəlayiq məqamlarını diqqətinizə çatdırmaqda davam edir. Məqsəd ilk növbədə Xocalı faciəsini daim ictimaiyyətin gündəmində saxlamaqdır. Yəni, biz bütövlükdə bəşəriyyətə,  türk-müsəlman dünyasına, xalqımıza qarşı bu soyqırım aktını bir gün, bir həftə yox, o şəhərimiz, o yurdlarımız düşməndən azad edilənədək, orada amansız işgəncələrə məruz qalmış, qətlə yetirilmiş soydaşlarımızın qisası alınan günədək hər gün anmalıyıq... 

Bir daha təkrar edirik; deyə bilmərik ki,  DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və  ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib.  Lakin 26-27 il öncə  neçə-neçə insanın zəhməti sayəsində tərtib olunmuş və  bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan bəzi gizlinlərin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı,  hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Bu baxımdan oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də olduğu kimi təqdim etməyə hazırıq. Və xahiş edirik ki,  təqdim etdiyimiz sənəddə razılaşmadığınız məqamlar barədə bizə məlumat verməkdən çəkinməyəsiniz... 
Картинки
 (Əvvəli bu linkdə: //www.moderator.az/news/263182.html)
 
“Mütəllibov bu salonda bizə bildirdi ki,  MDB sənədlərinə imza atmamağı özünə bağışlamayacaq...”

“...Hörmətli millət vəkilləri! 
İcazə verin, sözümüzü bir neçə kəlmə ilə yekunlaşdıraq.  Aydındır ki, bu gün Xocalı haqqında  heç də bütün həqiqət məlum deyil. Və biz hələlik öz fəaliyyətimizi dayandırmırıq. Faktları aydınlaşdırmaq üçün bizim sıx əməkdaşlıq etdiyimiz prokurorluğun istintaq qrupu, zənnimcə, çox və faydalı işləmişdir. Qrup da öz sözünü deyəcəkdir, son nöqtəni isə bir qayda olaraq zaman və həyat özü qoyacaq...

Xocalı genosidinin qurbanlarını daha qaytarmaq mümkün deyil. Biz onların xatirəsi naminə yalnız bu faciəyə bais olmuş kəslərin  hərəkətlərinə qiymət verməli və bu faciədən özümüzü üçün, sağ qalanlar üçün sərt, qərəzsiz dərs almalıyıq... 

Son 8 ay ərzində dəfələrlə bu sözləri eşitməli olmuşuq: “Xocalı satıldı”. Bu kəlmələr televizor ekranında da eşidilib, qəzet məqalələrinin başlığından da gözümüzə dik baxıb. Bu kəlmələri çoxları – adi adamlar da, məsul vəzifəli şəxslər də bərkdən deyib...
Biz bu işin içində olan adamlar isə həmişə soruşmaq istəmişik: kim satdı, kim aldı? Kimdir o naməlum satıcı, - konkret bir təşkilat, yoxsa konkret bir şəxs?..

Yox. Belə bir faciəni törətməyi bir nəfər  heç vaxt bacarmazdı; onun buna nə imkanı vardı, nə də gücü çatardı.
Xeyr. Azərbaycanda öz həmvətənlərinin kütləvi faciəsini törətməyi bacaracaq, yekdil, bir nəfər kimi bu işi bacaracaq bütöv bir təşkilat yoxdur, ola da bilməz. Allaha min şükür...
Əgər bircə dəqiqəliyə təsəvvür etsək ki, belə bir iş baş tutsaydı, elədə dərdimiz nəydi- biz həmin “satıcı”ları aşkar edər və onları xalqın yaddaşından həmişəlik silərdik. Lakin məsələ ondadır ki, bu heç də belə deyil...
Və bu suallara cavab almaq, ən vacib məsələni anlamaq üçün biz hər şeydən əvvəl öz içimizə nəzər salmalıyıq. Xocalı faciəsinin köklərini məhz özümüzdə axtarmalıyıq...

Biz bir yığın sənədi, fərmanları, qərar və qətnamələri tədqiq etmişik. Çoxlarıyla, ən müxtəlif adamlarla söhbətlər etmişik, ünvanımıza gələn xeyli məktubu oxumuşuq, kino, tele, fotomateriallara baxmışıq və öz təəssüratımızı, duyduqlarımızı, ürək sözlərimizi sizinlə bölüşməməyə, sadəcə olaraq, haqqımız yoxdur.

Bəli, biz müharibə vəziyyətindəyik. Bəli, düşmənlərimiz güclü və məkrlidir. Hər şey belədir. Lakin son vaxtlar biz tez-tez yersiz olaraq düşmənlərimizə əsaslanmışıqmı? Həmin qəribə sənədlərə, bu mənasız qətnamələrə, bu cəfəng qərarlara baxın. Fikirlərin bu cür mənasız izahına baxın. Bəs onları kim tərtib edib, kim yazıb? Düşmənmi?..
Baş alıb gedən təsərrüfatsızlığa, dövlət quruculuğu problemlərinə, kadr qarmaqarışıqlığına, baş alıb gedən özbaşınalığa diqqət yetirin.  Biz yenə də bu kağızlar arxasında hansısa düzgün dövlət sistemini, hər hansı hakimiyyət strukturunu, hansısa ağıllı vasitə və mexanizmləri aşkar edə bilmədik. Xocalı faciəsi dövlət içində baş verməyib. Bu, yanılmadır. Xocalı faciəsi böyük özfəaliyyət kollektivində, özü də dedikcə orta səviyyəli bir kollektivdə baş verib. Bu faciə əyri güzgülər attraksionunda- eybəcər əkslərin  çoxluğu içində orijinalı tapmağın qeyri-mümkün olduğu attraksionda baş verib...

Məgər bizi ağıllı siyasi qərarlar qəbul etmək, ayıq diplomatik addımlar atmaq qabiliyyətindən, lap elə adi məntiq və sağlam düşüncədən düşmənmi məhrum edib? Biz öz məğlubiyyətlərimizin səbəblərini haralarda axtarmamışıq – hətta Mütəllibovun və Yaqub Məmmədovun İran səfərlərini də bura qatmışıq. Bəli, sözsüz ki, belə səfərlər Rusiyanın da, ABŞ-ın da xoşuna gələ bilməzdi, çünki onlar hər ikisi İslam amilinin möhkəmlənməsində maraqlı deyil –bunu uşaq da dərk edir. Lakin Xocalıda ən adi mühəndis-istehkam qurğularını vaxtında  tikməyə bizə Rusiya mane olmuşdu? Məgər vertolyotları Zabratdan havaya qaldırıb Xocalıya endirməyi ABŞ qadağan etmişdi?..

Bizim keçmiş prezidentimiz MDB sənədlərini imzalamayanda bilmirdi ki, mərkəz bundan ötrü onun başını sığallamayacaq? Məgər kimlərəsə münasibətin gələcək inkişafını proqnozlaşdırmaq və vəziyyətdən doğan təcili qərarlar qəbul etmək, ordunu genişləndirmək və təchiz etmək, Qarabağdakı yaşayış məntəqələrimizi möhkəmləndirmək, qabaqlayıcı diplomatik tədbirlər görmək olmazdımı? Bəs bunun əvəzində hansı işlər görüldü? Bunun əvəzinə hədər yerə vaxt itirildi. Yenə də mərkəzə boylanmağa başladılar. Və bir dəfə atılan möhkəm addım, prinsipial hərəkət çox kədərli finala gətirib çıxardı: Mütəllibov bu salonda bizə bildirdi ki,  MDB sənədlərinə imza atmamağı özünə bağışlamayacaq...

Bilirsinizmi, ağlımıza bizim vəzifəli şəxslərlə bağlı çox qəribə suallar gəlirdi. Məsələn, kadrların açıq-aşkar düşünülmədən yerləşdirilməsi, hansısa strukturların əsaslandırılmadan yaradılması və ya əksinə, ixtisara düşməsi və s. və i.a. Bizə cavab verirdilər: Məgər bilmirsiniz ki, Mütəllibovla Həsənovun(o vaxtkı baş nazir Həsən Həsənov- S.L.) arası sərindir? Məgər xəbəriniz yoxdur ki, Mehdiyev(keç. müdafiə naziri Tacəddin Mehdiyev-S.L.) Kərimovla( keç. Daxili İşlər naziri Tofiq Kərimov-S.L.) yola getmir? Məgər bilmirsiniz ki, o iki nəfər eyni rayondandır, bu biri  iki nəfər isə bu yaxınlarda quda olublar? Bilmirik! Heç bilmək də istəmirik! Buyuracaqsınız, istəyirsiz, küsüşün, istəyirsiz, barışın, lap toy çaldırın. Allah xeyir versin. Dövlət siyasətinin buna nə dəxli, işgüzar münasibətlərin buna nə aidiyyatı ola bilər? Ağalar vuruşurlar, çomaq isə nökərin başında sınır. Zavallı xalq nəyə görə kiminsə filan yerdə anadan olmamasından və ya kiminləsə evlənməməsindən ötrü cavab verməlidir? Nəyə görə?!. 

Nəhayət, gəlin öz hərəkətlərimizi, öz münasibətlərimizi özümüz aydınlaşdıraq. Niyə baş nazir respublika üçün çox mühüm problemlərin həllində, demək olar ki, iştirak etmirdi? O, Prezidentin xeyrinə işləmək istəmirdi? Onun mövqeyini möhkəmləndirmək istəmirdi? Prezidentin ətrafına toplaşıb sədaqətlə gözünü ona dikənlərdən ağıllı,  istedadlı və iş qabiliyyətli olan bu şəxs nəyi gözləyirdi? Öz rəqibinin biabır olmasını, yoxsa istefasınımı? Yoxsa onun yerini tutmaq və yalnız bundan sonra əməlli-başlı əl-qol açmaq, var qüvvə ilə işləmək, hamıya da necə işləməyi göstərməyə ümid edirdi? Biz nə vaxtsa bu sualların açıq və düzgün cavabını özümüzdən soruşacağıqmı?..”

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

Oxşar xəbərlər
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:01, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib