Xəbər lenti
25/01/2020 [00:47]:
Böyük Britaniya şahzadəsinin həyat yoldaşının sadə geyimləri yenə gündəmdə - FOTOLAR
25/01/2020 [00:37]:
Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı
24/01/2020 [23:52]:
Türkiyəli məşhurlar Bakıya toya gəldi - VİDEO
24/01/2020 [23:48]:
AMEA-da yeni təyinat
24/01/2020 [23:45]:
Türkiyədə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb -VİDEO
24/01/2020 [23:32]:
Deputatlığa namizəd seçiciləri ilə görüşdə çoxsaylı sualları cavablandırıb - FOTOLAR
24/01/2020 [23:10]:
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
24/01/2020 [23:09]:
Türkiyədə 6.8 bal gücündə zəlzələ: Dağıntılar var
24/01/2020 [23:07]:
Səhvən göndərilən cənazə ailəni şoka saldı - Film kimi hadisə...
24/01/2020 [22:25]:
Qənirə Paşayeva ilə Əlimərdanlı kəndinin sakinləri arasında möhtəşəm görüş - FOTOLAR
24/01/2020 [22:13]:
Almanlar Leninqrad blokadasına görə Rusiyaya bu qədər təzminat ödəyəcək
24/01/2020 [22:00]:
Ərdoğan: "İdlibdən 400 minə yaxın sakin Türkiyə sərhədinə doğru yola çıxıb"
24/01/2020 [21:59]:
Xırdalanda məktəbliləri vuran avtomobilin sürücüsü tutulub
24/01/2020 [21:56]:
Dairə sədrinin ürəyi Rauf Arifoğlu və İqbal Ağazadə arasındakı gərginliyə tab gətirmədi...
24/01/2020 [21:49]:
Qarabağ qazilərindən Akif Nağının namizədliyinə dəstək
24/01/2020 [21:36]:
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
24/01/2020 [21:33]:
Zabit qızından bir generala məktub və ya “Al, bu da sənə Yuryev günü...”
24/01/2020 [21:30]:
Şimali Kiprdə dondurucu soyuq -Yorğana bürünərək yeridilər...
24/01/2020 [21:21]:
Ölüdən sperma götürüb, uşaq dünyaya gətirmək mümkündür - ALİMLƏRDƏN TƏKLİF
24/01/2020 [21:17]:
Onun özünü görmək kifayətdir ki, dərhal alasan: Sağlamlığın özü olan möcüzə...
24/01/2020 [21:11]:
Xəstə uşaqlarını hava limanında tərk etdilər - AĞLASIĞMAZ...
24/01/2020 [20:53]:
İstanbul nəhəngi baş məşqçisini qovdu
24/01/2020 [20:51]:
Azay Quliyev 8-ci mikrorayon İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb - FOTOLAR
24/01/2020 [20:46]:
Bakı metrosunda problem: Sərnişin qatarın hərəkətinə mane oldu
24/01/2020 [20:41]:
Saxtakar dilənçinin etdikləri şok yaratdı - MARAQLI... + VİDEO
24/01/2020 [20:36]:
Düşmən Kəlbəcərdə yeni SES tikintisinin son görüntülərini yaydı…-VİDEO  
24/01/2020 [20:26]:
Dəniz suyu 30 metr çəkildi - QORXUDUCU GÖRÜNTÜ
24/01/2020 [20:13]:
"Supergüclər öz maraqlarını təmin etmək üçün din-məzhəb amilindən yararlanmağa çalışırlar" - VİDEO
24/01/2020 [20:13]:
Xocalıda əsgərlər tərəfindən zorlanan 12 yaşlı Azərbaycanlı qız: "Başımı əllərimin arasında sıxıb ağladım"
24/01/2020 [20:03]:
Sərxoş kişinin dişlədiyi it öldü
24/01/2020 [19:57]:
Sankt-Peterburq şəhərinin qubernatoru Azərbaycana gələcək
24/01/2020 [19:56]:
Azərbaycan dövləti təbii hadisələrdən zərər çəkənlərə 1 milyard manata yaxın pul xərcləyib
24/01/2020 [19:55]:
ADY ilk dəfə olaraq karbamidin 40 futluq konteynerlərlə daşınmasına başlayıb
24/01/2020 [19:40]:
Bakı metrosunda problem: Sərnişin qatarın hərəkətinə mane oldu
24/01/2020 [19:20]:
"Utanmadan deyilənləri təkzib edirlər, amma 10 milyon manatlır sistem bu saata qədər işləmir"
24/01/2020 [19:16]:
Əli Əsədov icbari sığortaya görə nazirləri topladı
24/01/2020 [19:14]:
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib
24/01/2020 [19:14]:
İnsanların yarısı ağlayırdı... - IX məqalə
24/01/2020 [18:48]:
Əli Məsimli seçiciləri islahatları aktiv surətdə dəstəkləməyə çağırdı - FOTOLAR
24/01/2020 [18:45]:
Çində ilk dəfə koronavirusun müalicəsi mümkün olub, xəstələrdən biri sağalıb
24/01/2020 [18:43]:
“Haftara verilən dəstək onu ərköyünləşdirib" - Ərdoğan
24/01/2020 [18:42]:
Pablo Eskobara məxsus olan oteldə 5 milyona dəniz mənzərəli otaq kirayələdi - FOTOLAR
24/01/2020 [18:35]:
"Ailə o zaman yaxşı olur ki, xanım kişini özünü ailə başçısı kimi hiss etməyə icazə verir"
24/01/2020 [18:32]:
ABŞ səfirliyin ətrafına beton plitələr düzdü – Bağdadda “milyonluq nümayiş” gözlənilir - FOTO
24/01/2020 [18:29]:
Qarabağdakı erməni hərbçilər xidmətdən imtina edirlər
24/01/2020 [18:21]:
Azərbaycanın cənub bölgəsi ağ örpəyə büründü - VİDEO
24/01/2020 [18:17]:
Sabirabadda qadını şantaj edən şəxs həbs edilib
24/01/2020 [18:14]:
Vərəqləndikcə, səhifələndikcə, oxunduqca yeni çalarlar, yeni keyfiyyətlər üzə çıxır...
24/01/2020 [18:08]:
Rəşad Mahmudovla görüşdə izdiham: Zal doldu, seçicilərin bir qismi ayaq üstə qaldı...
24/01/2020 [18:07]:
Mətbuat Şurasının “qara siyahı”sı ləğv olunub
24/01/2020 [18:00]:
Həyat yoldaşı tərəfindən atılan 3 uşaq anası: “Yeriyə bilmədiyim üçün məni istəmədilər” – VİDEO
24/01/2020 [17:57]:
“Ümid edirəm ki, qarşıdakı səfərlərdən ölkəmizə yenə nominasiyalarla qayıdaram”
24/01/2020 [17:57]:
Putindən fələstinli əsgərə böyük jest - VİDEO
24/01/2020 [17:51]:
İstirahət günləri üçün hava proqnozu
24/01/2020 [17:43]:
Azər Kərimli 90 yaşlı seçicisini evində ziyarət edib - FOTOLAR
24/01/2020 [17:40]:
Koronavirusun əsas əlamətləri
24/01/2020 [17:36]:
Vladimir Putin keçmiş nazirləri özündən uzaqlaşdırmır, əksinə, ətrafına toplayır
24/01/2020 [17:36]:
BAXCP sədri seçicilərlə görüşdü - FOTOLAR
24/01/2020 [17:36]:
Tovuzda üç ustanı elektrik cərəyanı vurması faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
24/01/2020 [17:31]:
“Rusiya və Azərbaycanı necə yaşamaq lazım olduğuna öyrətməyə çalışırlar”
24/01/2020 [17:23]:
İsrail səfiri: "Azərbaycan bizim strateji tərəfdaşımızdır"
24/01/2020 [17:20]:
Xarici İşlər Nazirliyi koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
24/01/2020 [17:18]:
BNA-dan hava ilə bağlı sərnişinlərə müraciət
24/01/2020 [17:07]:
Ağdərədə 94 yaşlı erməni evdə diri-diri yandı - FOTOLAR
24/01/2020 [17:04]:
ABŞ-da güclü partlayış olub - VİDEO
24/01/2020 [17:00]:
SOCAR: Dənizdə təhlükəsizlik rejimi maksimum gücləndirilib
24/01/2020 [16:58]:
Körpələri bir-birinə bağlayan tibb bacıları CƏZALANDIRILDI
24/01/2020 [16:43]:
Soyuq havada küçədə gecələyənlərin aqibəti: Onlar hara yerləşdirilir? – VİDEO
24/01/2020 [16:41]:
Türkiyədə MSK sədri dəyişib
24/01/2020 [16:40]:
Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
24/01/2020 [16:40]:
Fərid Şəfiyev Şuşa qalasının təmiri ilə bağlı məlumatlara münasibət bildirib
24/01/2020 [16:37]:
DSX-nın üç hərbçisinə general, ikisinə kontr-admiral rütbəsi verilib - SƏRƏNCAM
24/01/2020 [16:23]:
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO
24/01/2020 [16:16]:
Könül İsmayılovanın könüllülər komandası yenə iş başındadır - VİDEO
24/01/2020 [16:01]:
Koronavirusun digər ölkələrə yayıla biləcəyi ehtimal olunur - ÜST
24/01/2020 [15:59]:
"Qapını açanda gördüm ki, alt paltarındadır, əlində də masaj üçün yağ var..."
24/01/2020 [15:57]:
Şahzadə Diananın anası ona "fahişə" deyirmiş... - FOTOLAR
24/01/2020 [15:55]:
Mixail Qusman Azərbaycan Prezidentinə təşəkkür edib
24/01/2020 [15:49]:
Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu keçirilib
24/01/2020 [15:46]:
Jirinovski SSRİ-nin niyə dağıldığını açıqladı
Bütün arxiv bir sırada
05/08/2017 [21:34] - Köşə - ( 3151 dəfə baxılıb)

"Dünyanın siyasi temperaturu yenə kəlləçarxa qalxıb...

Qulu Məhərrəmli

Müstəqil Azərbaycanın sabahını düşünən, onun varlığı üçün ürəyi döyünən hər kəsin beynini  bu sual məşğul edir. Neçə illərdir ki, bu narahat sual özünü və milli istiqlalın nə demək olduğunu dərk edən,  sahib olduğumuz müstəqillikdən qürur duyan hər kəsin içində mürgüləyir. Elə ki, dünyada və bölgədə naqolay hadisələr başlayır, Moskvanın sərt gedişləri üzə çıxır, o zaman həmin əbədi sual da qıvrılıb oyanır və cavab axtarışları başlanır.

Bu günlər dünyanın siyasi temperaturu yenə kəlləçarxa qalxıb. ABŞ konqresi və ardınca Avropa təşkilatları Rusiyaya qarşı sanksiyalara güc verir, Vaşinqtonla Moskva arasında hələlik diplomatiya sahəsində soyuq küləklər əsir, NATO qulağımızın dibində Ermənistanın da iştirak etdiyi təlimlər keçirir, Rusiyayla Ermənistan müştərək qoşunlar yaradır və hər gün cəbhə bölgəsindən də həyəcanlı xəbərlər alınır”¦

Belə mürəkkəb hərbi-siyasi şəraitdə bəziləri Azərbaycanın Rusiyaya münasibətdə yeritdiyi xarici siyasətin yanlış olduğunu iddia edir, təxminən Gürcüstan kimi sərt davranışa çağırır. Əlbəttə, yaxşı avazdır, amma oxunan Quran olsa. Bəli, hər kim olursa-olsun, hərəkəti ölkənin suverenliyinə təhlükə yaradırsa, onunla mütləq sərt dildə danışılmalıdır. Çünki öz heysiyyətini qorumayan dövlətə heç kim hörmət etməz. Amma strateji planda Moskva ilə münasibətlərdə yumşaq və ehtiyatlı davranışı mövcud reallıq və geosiyasi gəzişmələr diqtə edir. Əsas məsələ onsuz da dünyanın sevmədiyi, öcəşkən, davakar, həm də yaralı ayı kimi görünən Rusiyanı boş yerə qıcıqlandırmamaq və gözlənilən təhlükələri aradan qaldırmaqdır. Xarici siyasətin risklər və macəraçılıq üzərində qurulması qarşısıalınmaz fəlakətlərə gətirib çıxara bilər. Bu mənada Azərbaycanın şimal qonşusuna yönəli siyasətinin məqsəd və mənası anlaşılandır.

Təbii ki, Azərbaycanın davranışını Moskvada da diqqətlə izləyir, təhlil edir və əsasən adekvat reaksiyalar verirlər.  Məsələn, xarici siyasətin resurslarından biri budur ki, məqsədə çatmaq naminə kəskin davranışlar (tutaq ki, hərbi müdaxilə) üçün şərait yoxdursa “yumşaq siyasət” taktikası tətbiq olunur. Yəni marağın olan ölkələrdə müxtəlif formalarda dayaq qrupları yaradır və tərəfdarlar toplayırsan. Sonra da tədricən siyasi-ideoloji iş aparıb məqsədinə nail olmağa çalışırsan. 90-cı illərin əvvəllərində ölkəmizdə İran bu taktikanı tətbiq edirdi, indi isə Rusiya. Son bir ildə Rusiya emissarlarının Bakıya səfərlərinə bu prizmadan baxmaq lazımdır.

Məsələn, Rusiya neoimperalizminin təmsilçiləri olan Jirinovski, Duqin və Proxanov kimi siyasətçilərin Bakıya səfərləri, onların burada verdikləri iddialı bəyanatları milli müstəqilliyi bir ideal kimi qəbul etmiş insanlar üçün çox arzuolunmazdır. Baxın, A.Proxanov  Rusiya dövlətçiliyinin bərpası adı altında ifrat millətçiliyi, rus şovinizmini və bunlarla yanaşı, həm də  avtoritar idarəçiliyi təbliğ edən bir rus ideoloqudur. Belə zədəli təfəkkürün daşıyıcısı olan bir siyasətçi gəlib Bakıda danışır və bölgədəki proseslərə yalnız Rusiyanın marağı ilə baxır. Məhz buna görə xiffətlə SSRİ-ni anır, onun  parçalanmasının ağrılarından danışır. Buna görə deyir ki, “Sovet İttifaqını zorlayıblar, ondan nəhəng məkanları, əraziləri və xalqları qoparıblar”. Yəni demək istəyir ki, siz kimsiniz ki, müstəqil dövlət olasınız, siz bizim müvəqqəti azadlıq verdiyimiz təbəələrsiniz.

Bütün bunlara görə mən düşünürəm ki, rus imperiyasının təbliğatçıları olan, Bakının müstəqil siyasətindən qıcıqlanan, Qarabağ işğalına haqq qazandıran  Duqin və Proxanov kimi “rus ideoloqlar”ının ölkəmizə hər gəlişi və burada özünə çoxlu həmfikir tapmaları təhlükədir. Təhlükənin ən böyüyü odur ki, ölkədə bu rus emissarlarının həmfikirləri çoxalır və bu adamlar Azərbaycanın müstəqilliyinə meydan oxumaqdan çəkinmirlər.

Doktor Nərimanov Rusiyaya, bolşeviklərə çox inanmışdı və ona görə də Birinci Respublikanın süqutundan sonra belə hesab edidi ki, Azərbaycanın əbədi səadəti Rusiya ilə bağlıdır. Amma sovet hakimiyyətinin zəfər yürüşü onu qısa zamanda  peşman elədi. Siyasi düşüncəyə görə irimiqyaslı təqiblərdən, iki ilin içərisində 45 min insanın qətlə yetirilməsindən, Moskva elçilərinin milli ruhu öldürmək üçün ölkədə törətdikləri özbaşınalıqlardan sonra  əmin oldu ki, bu gedişlə Rusiya Azərbaycanın səadəti deyil, əbədi fəlakətidir.

Gizlətməyə gərək yoxdur ki, yüz il əvvəl olduğu kimi  bu gün də Azərbaycanın müstəqilliyindən rəncidə olub, onu Rusiyanın yedəyində görmək istəyənlər var. Bölgədə vəziyyət kəskinləşən kimi bu “rus uşaqları”nın səsi daha bərkdən çıxmağa başlayır. Az deyillər, aralarında vəzifəliləri, deputatları, orden-medal alanları da var. Əlbəttə, Rusiyadan orden almaq eyib deyil, eyib olan həmin ordenin taxıldığı sinədəki ürəyin Moskva vaxtı ilə döyünməsidir. Belə ürək sahibləri çoxaldıqca başlıqdaki suala cavab vermək də çətinləşir”¦(Ayna.az)

Qulu Məhərrəmli, professor

Dairə sədrinin ürəyi Rauf Arifoğlu və İqbal Ağazadə arasındakı gərginliyə tab gətirmədi...
Onun özünü görmək kifayətdir ki, dərhal alasan: Sağlamlığın özü olan möcüzə...
Xəstə uşaqlarını hava limanında tərk etdilər - AĞLASIĞMAZ...
Saxtakar dilənçinin etdikləri şok yaratdı - MARAQLI... + VİDEO
Dəniz suyu 30 metr çəkildi - QORXUDUCU GÖRÜNTÜ
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Səhvən göndərilən cənazə ailəni şoka saldı - Film kimi hadisə...
Cəmiyyət
"Utanmadan deyilənləri təkzib edirlər, amma 10 milyon manatlır sistem bu saata qədər işləmir"
Mədəniyyət
“Ümid edirəm ki, qarşıdakı səfərlərdən ölkəmizə yenə nominasiyalarla qayıdaram”
Dünya
Avropada hər 3 qadından biri zorakılığa məruz qalır-  Nəfs azadlığının nəticəsi...
Dünya
Məşhur aktrisa enerji terapiyası zamanı özündən getdi- Maraqlı...
Həftənin ən çox oxunanları
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Gürcülər Ermənistana gedən  dövlət yolunu bağladı...-FOTO
İsrail sərnişin təyyarələrini raketlərdən belə qoruyur- Analoqu olmayan təhlükəsizlik sistemi (FOTOLAR)
“Qarabağa gedən cəmi bir turist avtobusu dronla vurulsa, turist axınına son qoyular...”
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247