““QRU”-nun yaratdığı “Qardaşlıq” cəmiyyəti guya Mütəllibov iqtidarını qoruyurdu, amma...”
Oxunub: 6836
21 Oct 2021 | 17:00
““QRU”-nun yaratdığı “Qardaşlıq” cəmiyyəti guya Mütəllibov iqtidarını qoruyurdu, amma...”
“Əslində həmin təşkilatın qarşısında Rusiya kəşfiyyatının qoyduğu vəzifə Azərbaycanda rayonlular və bakılılar arasında qarşıdurma yaratmaq idi...”
 
“1993-cü ilin iyun çevrilişi “QRU”-nun layihəsi olub. Bu, birmənalı olaraq belədir. Mən həmin proseslərin tən ortasında olmuşam. Kim istəsə, polemikaya hazıram...”
 
“Moskva öz agentlərini gizlədir və qoruyurdu, təhvil vermirdi.  Bu, indi də belədir...”
 
Son 30 illik müstəqillik dövrü, I və II Qarabağ savaşları, eləcə də ölkəmiz ətrafında baş verən son siyasi olaylar əyani şəkildə göstərdi ki, Azərbaycandakı həm siyasi, həm hərbi proseslərə xarici kəşfiyyat və xüsusi xidmət orqanlarının xeyli müdaxiləsi olub. Və həmin qurumlar daim Azərbaycan xalqına, dövlətinə bütün sahələrdə problemlər yaratmağa, Qarabağ torpaqlarının işğalına, sonradan isə azad edilməsinin qarşısını almağa çalışıblar. Azərbaycanın müvafiq dövlət qurumlarının xarici kəşfiyyat və agentura şəbəkələrinə qarşı  mübarizəsi sayəsində həmin cəhdlərin bir çoxunun qarşısı alınıb. Və həmin mübarizə bu gün də davam etməkdədir...
Keçmiş təhlükəsizlik əməkdaşı Ərəstun Oruclu ilə Moderator.az üçün söhbətimizdə hələ sovet dövründə Qarabağ münaqişəsinin qondarılıb ortalığa atılmasında, eləcə də son 30 illik dövrdəki Qarabağ savaşlarında SSRİ “KQB”-si ilə yanaşı digər güclü xarici kəşfiyyat qurumlarının(ABŞ MKİ, Britaniya- “Mİ-6”), xüsusilə yaxın(!) qonşularımız Rusiya və İran xüsusi xidmət orqanlarının mənfi rolunu təhlil etməyə çalışdıq...
 
 
-Ərəstun bəy, sözsüz ki,  Qarabağ  savaşlarında daha çox “KQB”(indi “FSB”) və “QRU”nun(Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) rolunun olması bizim üçün aydındır. Bildiyimizə görə, sizin də keçmiş MTN-də çalışdığınız AXC hakimiyyəti dövründə, yəni 1992-1993-cü illərdə konkret şəxslərin hərbi və siyasi sahədə  Rusiya kəşfiyyatına xidmət etməsi və Qarabağdakı hərbi əməliyyatlara bilavasitə təsir göstərməsi haqda məlumatlar və faktlar meydana çıxıb. Bəziləri  təqib də olunub. Hətta həbs olunub sonradan azad olunanlar da olub...
 
-Azərbaycanda ordusunda son 30 il ərzində hansısa “QRU” agentinin həbsi ilə bağlı məlumatım yoxdur. Amma onu dəqiq bilirəm ki, Azərbaycanın xüsusi xidmət və əks-kəşfiyyat qurumları daim bu qurumun agentləri haqda məlumatlı olub və onları nəzarətdə saxlamağa çalışıb.  Fəqət, görünür, həmin agentlərin arxasında Rusiya dayandığına görə həbs olunmaları haqda siyasi qərar verilməyib. Hətta Heydər Əliyev dönəmində Surət Hüseynovun 1994-cü ilin oktyabrındakı ikinci qiyam cəhdində həbs edilən hərbçilər olub ki, onlar sonradan, çox güman ki, Moskvanın təkidi ilə azad olunublar. Çoxu da qaçıb gedib Rusiyaya...
 
- Müstəqilliyimizin ilk dövrlərində xüsusən Müdafiə Nazirliyi Baş Qərargahında “QRU” şəbəkəsinin qurulması haqda da faktlar və fərziyyələr meydana çıxıb. Hətta keçmiş Daxili İşlər naziri Ramil Usubovun 2018-ci ildə “Azərbaycan” qəzetinə müsahibəsində etiraf etdiyinə görə, 1990-cı illərin sonunda dövlətimizə qarşı bir sıra cinayətlərdə suçlanan keçmiş Baş Qərargah rəisi general Şahin Musayevi Bakıya ekstradisiya etmək üçün prezident Heydər Əliyevin göstərişi ilə Moskvaya gedib. Lakin R.Usubovla görüşən Ş.Musayev açıq şəkildə deyib ki, mən Rusiyanın agentiyəm, məni sizə verməyəcəklər. Eləcə də Rusiya prezidenti  Boris Yeltsin  Heydər Əliyevin telefon zənginə cavab olaraq deyib ki, Ş.Musayev Rusiyanın dövlət sirlərinin daşıyıcısıdır, biz onu sizə verə bilmərik... Bundan sonrakı Baş Qərargah rəisi Nəcməddin Sadıqov isə 27 il ardıcıl işləyib və sonu da bəllidir...
 
-General Şahin Musayevlə bağlı məsələni bilirəm. Bəli, belə olubdur. Amma o, tək deyildi. Bu, elə Vaqif Hüseynovun özü ilə də əlaqəli idi. Mən öncə qeyd elədim ki, Moskva emissarları onun azad edilməsi ilə bağlı “ziyalılar” adından Elçibəyə müraciət etdilər və V. Hüseynovun azad olunmasına nail oldular. Bəli, Moskva öz agentlərini gizlədir və qoruyurdu, təhvil vermirdi. Bu, indi də belədir. Elə eyni işlər Gürcüstanda da baş verirdi. 1992-ci ildə Qamsaxurdiyaya qarşı çevrilişi həyata keçirən  o vaxtkı müdafiə naziri Tengiz Kitovani bu günədək  Rusiyada yaşayır və həmin dövlətdən yüksək pensiya alır... Eynilə Azərbaycanda da bir sıra cinayətlər törətmiş agentlərin bir çoxu sonradan Rusiyada sığınacaq tapdı...
 
Bilirsiz, Azərbaycanda “QRU”nun fəaliyyəti əsasən 1990-cı il 20 Yanvar qətliamı ərəfəsindən başlanmışdı. Bakıya sovet qoşunları yeridildikdən sonra “QRU”  Bakı kəndlərində “Qardaşlıq” cəmiyyətini yaratmağa start verdi. Bu, sırf həmin Rusiya kəşfiyyat qurumunun layihəsi idi. Və çox maraqlı bir fakt da odur ki, o dövrdə hələ SSRİ DTK-nın tərkib hissəsi olan Azərbaycan SSR DTK  “Qardaşlıq” cəmiyyətini nəzarətdə saxlamış və onun barəsində yetərincə məlumat da toplamışdı. Halbuki həmin cəmiyyət İttifaqın digər kəşfiyyat qurumu tərəfindən yaradılmışdı...  Və  qoçulardan, kriminallardan (əslində “QRU” ilə əməkdaşlıq edən qoçu və kriminallardan) ibarət “Qardaşlıq” cəmiyyəti guya Ayaz Mütəllibovun hakimiyyətini qoruyurdu.  Amma əslində həmin təşkilatın qarşısında Rusiya kəşfiyyatının qoyduğu vəzifə Azərbaycanda rayonlular və bakılılar arasında qarşıdurma yaratmaq idi...
 
Bundan başqa  öncə qeyd etdiyim kimi, “QRU” 1991-1993-cü illərdə Azərbaycanda yenicə formalaşan Silahlı Qüvvələrin müxtəlif səviyyəli qurumlarına öz agenturasını yerləşdirirdi. Rusiyanın bu kəşfiyyat qurumu 1993-cü ilin iyun qiyamında birbaşa təşkilatçı rolunu oynamışdı. Surət Hüseynovun ətrafındakı əksər hərbçilər, eyni zamanda hərbçi olmayanlar da bilavasitə “QRU” agentləri idi. Bu, hər kəsə bəllidir. Surət Hüseynova siyasi dəstək verənlərin bir hissəsi də “QRU” agenturası idi. Amma onlar hərbçi deyildilər. Və ümumiyyətlə, 1993-cü ilin iyun çevrilişi “QRU”-nun layihəsi olub. Bu, birmənalı olaraq belədir. Mən həmin proseslərin tən ortasında olmuşam. Kim istəsə, polemikaya hazıram...
-Bəzi versiyalara görə, 2016-cı ilin Aprel,  2020-ci ilin yayındakı Tovuz döyüşlərində də Rusiya kəşfiyyatının, “QRU”-nun izləri görünür. Eləcə də  44 günlük müzəffər savaşımızda Rusiya kəşfiyyatının təxribatları özünü göstərib. Bütün bunların ardınca isə 10 noyabr razılaşmasına əsasən Laçın rayonunun “dəhliz” adlandırılmış bir hissəsi və Qarabağın ermənilərin yaşayan ərazisində yerləşmiş sülhməramlı hesab edilən  Rusiya hərbi kontingenti də son bir il ərzində həm faktiki əməllə, həm də virtual təxrubatlara əl atmaqdadır... Məsələn, sizcə, Tərtər rayonunun Qapanlı kəndinin 2021-ci il sentyabrın 26-dən oktyabrın 1-dək, yəni 5 gün ərzində Rusiya “sülhməramlı”larının xəritəsində onların məsuliyyət zonasına salınması ilə həmin kəndlə üzbəüz ermənilər yaşayan və o kəndi 30 ilə yaxın atəş altında saxlayan Seysulan kəndinin 1994-cü ildən bəri, o cümlədən Aprel döyüşlərində və 44 günlük II Qarabağ savaşında azad oluna bilməməsi(!) arasında əlaqə varmı? Burada Rusiya kəşfiyyatının hansısa rolu olubmu?
 
-Hesab edirəm ki, Tərtər rayonunun Qapanlı kəndinin heç bir hüquqi və hərbi əsas olmadan Rusiya kontingentinin məsuliyyət zonasına daxil edilməsi təsadüfi olmayıb. Həmin kəndlə eyni rayonun düşmən işğalı altında qalan Seysulan kəndi istər 1-ci Qarabağ müharibəsi, yəni 1990-cı illərdə, istər 2016-cı ilin Aprel döyüşləri, istərsə də 44 günlük  II Qarabağ savaşı dönəmində həm Azərbaycan, həm də düşmənlərimiz üçün kifayət qədər strateji əhəmiyyət kəsb edib. Çünki Tərtər şəhərinin işğalı Ermənistan və Rusiya üçün prioritet məsələlərdən biri olub. Düşmən ordusunun Seysulanı Tərtərə girmək üçün strateji baxımdan əlverişli mövqe kimi nəyin bahasına olursa-olsun qoruyub saxlaması da məhz bu məqsədə xidmət edirdi ki,  gələcək müharibədə Tərtəri zəbt etmək asanlaşsın (Hamı bilirdi ki, gec-tez müharibə olacaq). Ona görə ki, mediada və digər çıxışlarımda dəfələrlə söylədiyim kimi, Tərtərin işğalı neft-qaz kəmərlərinin keçdiyi Gəncə dəhlizinə, Bakı-Yevlax-Gəncə-Qazax yoluna nəzarət məsələsini həll etmək idi. Həmin plana görə, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti Laçına yox, Goranboya yerləşdirilməli idi...
 
Ümumiyyətlə, Tərtərin Qarabağ uğrundakı bütün müharibələrdə belə başıbəlalı olması, quru qoşunları və artilleriya, raket hücumlarına daha çox məruz qalmasının səbəbi onun strateji mövqeyidir. Çünki Ermənistan üçün Gəncə dəhlizinə çıxış iki yerdəndir: Tərtər və Tovuzdan. Tovuzdan çıxış düşmən üçün qeyri-mümkündür, sərfəli deyil. Çünki bu halda Ermənistan  dövlət sərhədimizi pozmaqla Azərbaycanla bilavasitə özü genişmiqyaslı hərbi əməliyyatlar aparmalıdır.  Tərtəri isə işğal etmək adları çəkilən hər üç dövrdə ermənilərə Azərbaycan ordusunun qəhrəmanlıqla vuruşması, şəhid və qazilərimizin canı və qanı  sayəsində müəssər olmamışdı. Əksinə, Aprel döyüşlərində igid döyüşçülərimiz  Rusiya və erməni kəşfiyyatının  bütün təxrubatlarına rəğmən düşmənin ən güclü istehkamlarını dəf edərək Talış istiqamətində düşmənin bir sıra mövqelərini işğaldan azad etmişdi. Bunun da cavabı Rusiya kəşfiyyatının “QRU”-nun müəllifliyi və təşkilatçılığı ilə həmin istiqamətdə öndə vuruşmuş ən qəhrəman döyüşçülərimizə qondarma və saxta “xəyanət” ittihamlarıyla divan tutulması oldu. İctimaiyyətə bu günədək müəmmalı qalan həmin olaylar məhz ordumuzun Tərtərin işğalına imkan verməməsinin cavabı idi. Və “QRU” Azərbaycan ordusunu, ümumiyyətlə, xalqımızı aşağılamaq və ləkələmək məqsədi güdən bu təxrubatı öz  casus və agentura şəbəkəsinin, yüksək vəzifələrə yerləşdirdiyi  Nəcməddin Sadıqovun, onun bacısı oğlu Ramil Əsgərovun və digər çoxsaylı agent və casuslarının əli ilə həyata keçiribdir... 
 
Bir sözlə, istər 2016 və 2020-ci illərdə Seysulanın işğaldan azad edilməməsi, istər 2017-ci ilin mayında Tərtərdə baş verənlər, istərsə də 44 günlük savaş zamanı Ağdərə istiqamətində daha uğurlu hücumlarımızın qarşısını əngəlləmək üçün törədilmiş xəyanət və təxribatlar – hamısı eyni mərkəzdən idarə olunan proses idi...
 
-Ərəstun bəy, bəs  İran kəşfiyyatı 1990-cı illərdən bəriki  Qarabağ savaşları boyu  Azərbaycanın hərb meydanına necə təsir göstərib? Bu barədə hansısa faktlar olubmu?
 
-Açığı, İran kəşfiyyatının Qarabağ savaşlarına hansısa  müdaxilələr etməsinə bir qədər skeptik yanaşıram. Məsələ burasındadır ki, bu ölkə kəşfiyyatı, əlbəttə, prosesləri izləyirdi. Amma həmin proseslərə təsir imkanları, demək olar ki, minimum idi. Əvvəla, ona görə ki, meydanda Rusiya var idi və Rusiya heç bir halda İranı öz nəzarətində olan hesab etdiyi ərazilərə buraxmır və buna çox qısqanc yanaşır. Digər tərəfdən isə Qarabağdakı hərbi əməliyyatlara təsir göstərmək üçün İranın o qədər resursları yox idi. Amma İran üçün Azərbaycanla sərhədyanı zolaq boyu ordumuzun irəliləməsi həyati əhəmiyyət kəsb edirdi. Odur ki,  həm I Qarabağ savaşında, həm Aprel döyüşlərində,  həm də  44 günlük  müharibədə həmin ərazilərdəki əməliyyatları ciddi şəkildə izləyirdilər...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
21:01, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər