Ötən gündən etibarən ABŞ-da yaşanan gərginlik və qarşıdurma bütün dünyada diqqətlə izlənməkdədir.
Maraqlıdır, bəs ABŞ-da baş verən bu olayların dollara, habelə, ümumdünya maliyyə sisteminə təsir göstərməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov, belə bir ehtimalının olduqca zəif olduğunu vurğuladı:
“ABŞ-da baş verən gərginliklərin dollara qısamüddətli mənfi təsir göstərməsi mümkündür. Bu, ola bilər. Amma bu proseslər dollara uzunmüddətli təsir göstərməyəcək. Ola bilsin ki, proseslərin dollara ümumiyyətlə hər hansı təsiri olmasın. Adi vaxt olsaydı, bəlkə də təsir edərdi. Lakin indi – pandemiya dövründə, dünya dövlətlərinin əksəriyyəti öz vəsaitini Amerikanın qiymətli kağızlarına qoyublar. Bu vəziyyətdə onlar onsuz da öz vəsaitlərini çıxarmayacaqlar. Ona görə də proseslərin dollara təsir ehtimalı olduqca zəifdir”.
Seymur ƏLİYEV