Koronavirus dünya iqtisadiyyatı sarsıtmaqda davam edir. Bəs bu gün baş verənlər post-koronavirus dönəmində ciddi dəyişikliklərə səbəb ola bilərmi? Azərbaycan mümkün dəyişikliklərə indidən hazırlıq görməlidirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bu kimi dəyişikliklərin qaçılmaz olacağını vurğuladı:
“Təbii ki, koronavirus iqtisadiyyata çox ciddi zərbə vurub. Hansı ki, bu proses bu gün də davam etməkdədir. Azərbaycan da neft ixrac edən dövlətdir. Bu baxımdan neftin qiyməti ilə bağlı yaranmış vəziyyət də bizim üçün arzuedilməzdir.
Hesab edirəm ki, yaxın gələcəkdə dünya siyasətində, iqtisadiyyatında ciddi yeniliklər olacaq. Biz dövlət olaraq bunların hamısına hazır olmalıyıq. Mövcud reallıq bizdən bunu tələb edir”.
Seymur ƏLİYEV