Peruda turistləri daşıyan təyyarə qəzaya uğrayıb, yeddi nəfər həlak olub. Hadisə Naska vadisində baş verib.
Bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Cümə günü Naska zonasında təyyarənin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub”, - bildirilib.
Məlumata görə, təyyarə geoqliflər - uzunluğu yüzlərlə metr olan, yalnız havadan görünən əsrarəngiz qədim təsvirlər üzərində ekskursiyaya çıxmışdı. Nəticədə ekipaj üzvləri, həmçinin təyyarədə olan Niderland və Çili vətəndaşları həlak olub.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
Mənbə: news.ru