Rumıniyanın milli müdafiə naziri Vasile Dınku Rusiya hökumətinin dünyada yeni “dəmir pərdə” yaratmaq siyasəti həyata keçirdiyini bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun bu sözləri “Agerpres” portalı tərəfindən yayılıb.
Dınkunun fikrincə, burada söhbət dünya arenasında yeni nüfuz dairələrinin bölüşdürülməsindən gedir. “Müəyyən vaxtlarda ölkələr, hərbi-siyasi bloklar arasında yeni tip sazişlərin imzalanması mümkündür”,-deyə rumın nazir bildirib.
Müdafiə naziri Rusiyanın NATO qüvvələrinin Rumıniya və Bolqarıstandna çıxarılması barədə tələbini heç hesaba belə alınmaması gərəkdiyini söyləyib. Onun sözlərinə görə, 2022-ci il dünya səviyyəsində köklü dəyişikliklər üçün həlledici ola bilər.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-la aparılan son danışıqlarda NATO qüvvələrinin Ruminiya və Bolqarıstandan çıxarılması və Şimali Atlantika Alyansıın 1997-ci ildəki sərhədlərinə geri qayıtması barədə tələb irəli sürdüklərini təsdiqləyib. Qeyd edək ki, hər iki ölkə NATO-nun tam hüquqlu üzvüdür.