Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO
170
13:06, Bu gün

Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO

Son günlər şimal bölgəsində yağan aramsız yağışlar Xaçmaz rayonunda sel və daşqınlara səbəb olub. Nəticədə 1 022 evdə subasma hadisəsi qeydə alınıb.
 
Baku TV-nin xəbərinə görə, Samurçay qəsəbəsində sel suları yolu tamamilə yuyaraq kəndlə əlaqəni kəsib, iki elektrik dirəyi isə sıradan çıxıb.
 
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dərhal operativ tədbirlər görülüb, zərərçəkmiş ərazilərə baxış keçirilib:
 
"37 nəfər təhlükəsiz əraziyə təxliyə edilərək müvəqqəti yaşayış yerləri ilə təmin olunub. Qısa müddətdə aidiyyəti qurumlar tərəfindən infrastruktur qismən bərpa edilib. Həmçinin 18 evin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılıb, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ərazilərdə bərpa və quruculuq işlərinin ilboyu davam etdirilməsi nəzərdə tutulur".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər