Kim deyər ki, 80 YAŞINDADIR? - 40 yaş vermək olur - VİDEO
197
14:40, Bu gün

Kim deyər ki, 80 YAŞINDADIR? - 40 yaş vermək olur - VİDEO

Türkiyənin pop musiqisinin əfsanəvi simalarından biri olan Ajda Pekkan yenidən səhnə performansı ilə gündəmə gəlib.

Mderator.az xəbər verir ki, son konsertlərindən birində çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Kadrlarda sənətçinin səhnədə enerjili hərəkətlər etdiyi, musiqinin ritminə uyğun sərbəst performans nümayiş etdirdiyi aydın görünür.

İzləyicilər onun çıxışını böyük maraqla qarşılayaraq müxtəlif rəylər yazıblar. Bir çox istifadəçi sənətçinin yaşına baxmayaraq yüksək enerjisini qoruduğunu vurğulayaraq, onu "illərə meydan oxuyan sənətçi" kimi dəyərləndirib.

Uzun illərdir səhnə fəaliyyətini davam etdirən Ajda Pekkan bu gün də canlı ifaları və səhnə xarizması ilə tamaşaçıların diqqətini çəkməyi bacarır. Onun son çıxışı da sosial mediada geniş müzakirələrə səbəb olub. /milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər